3. Çıldır-Axısqa aşıqları körpü rolunda
Çıldır əyaləti Anadolunu Qafqaz və Güney Azərbaycanla bağlayan karvan yollarının üzərində yerləşdiyindən mədəni əlaqələrdə də bir körpü rolunu oynamışdı. Burada doğulub, boya- başa çatan aşıqlar məclislərdə Yunis İmrənin də, Qaracaoğlanın da, Əmrahın da, Kərəmin də, Qurbaninin də, Duxarxanlı Abbasın da, Xəsdə Qasımın da, Tahir Mirzənin də, Vanlı Gökçəyin (Kuçek) də və b. onlarla aşığımızın şeirlərini, Türk dünyasının onlarla qəhrəmanlıq və məhəbbət dastanını eyni şövqlə çalıb oxumuşlar. Həm də Qafqaz, İran aşıqlarının şeirlərini Anadoluya, Anadolu və Balkan aşıqlarının əsərlərini də İrana və Qafqaza ötürmüşlər. Onların fəaliyyəti yalnız türk mədəniyyətinin inkişafına deyil, fərqli dillərdə danışan, türk mədəniyyəti dairəsində olan ermənilərə, gürcülərə, kürdlərə, ləzgilərə, avarlara, tatlara və b. xalqlara da güclü təsir etmişdir.
Təsəvvüflə sıx bağlı olan aşıqlar, mətbuatın, radio və televiziyanın olmadığı bir çağda kənd-kənd gəzib, məclis aparmaqla, çalıb-oxumaqla, dastan danışmaqla yanaşı kifayətlənməmiş, həm də bir bölgənin xəbərlərini başqa bölgəyə daşımışlar.
Çıldır-Axısqada elə bir aşıq məktəbi yaranmışdır ki, inzibati ərazi vahidlər dəyişsə də, dövlətlər arasında dəmir pərdələr çəkilsə də onu yox etmək mümkün olmamışdı. Aşıqlar arasındakı usta-şagird münasibətləri, ənənənin qırılmaması mədəniyyətimizi yaşatmış və toplumun malı etmişdir. Xəstə Hasan özündən əvvəl yaşamış və çağdaşı olmuş ustad aşıqları “Yüzdə bir” rədifli divanisindən belə xatırlayır:
Аb-i çеşmə göllәrindә sonа dа bir, qаz dа bir.
Süsәn, sünbül, mor mәnәvşә, bülbül ötәr yаzdа bir.
Vаqif dәrtdәn xәbәrdаrdı, Gövhәrin qiymәti yox.
Qul Qаrаnı, Qаrа Zülаl, Аşıq Ömәr sözdә bir.
Qurbаnı hаqq аşığıdır – dаimа xаmnаn sökәr,
Dәstinә аlıb qәlәmi, xәtdinә bir xәt çәkәr.
Çöllü İsmаyıl bаş tаcı, cаnnаn qәsәvvәt tökәr.
Kәrәm ki, yаndı аtаşа, od dа birdi, köz dә bir.
Mollа Xәlis dәlаlәtdә içdi еşqin bаdаsın.
Küfdаdiyа pay vеrildi onnаn dа ziyаdаsın.
İrfаni dәryа-ümmаndı, kеçmәk olmаz аdаsın.
Аşıq Sеyfi, Ustа Polаt, Dәli Tаmu sаzdа bir.
Dostları ilə paylaş: |