Mənbə: Azerbaijan International jurnalı - AI 11.3 (Payız 2003) ©
2004. Azerbaijan International AZERI.org
keptiklər musiqinin müalicəvi gücünə şübhə ilə yanaşsalar da,
alimlər əsrlər boyu musiqinin sağlamlıq prosesinə verdiyi
töhvədən xəbərdar olmuşlar. Musiqinin bitkilərə göstərdiyi
təsir artıq sübut olunmuşdur. Məsələn, müasir dövrdə alimlər
klassik musiqinin müntəzəm olaraq çalındığı yerlərdə bitkilərin
daha güclü inkişafın etdiyini müəyyən etmişlər. Bethoven, Motsart,
Şopen kimi qərb klassik musiqisinin vasitəsilə testlər aparılmışdır.
Əgər musiqi bitkilərin inkişafına təsir göstərirsə, onda onun insan
sağlamlığına təsiri də təəcüblü deyil. Aşağıda Azərbaycanın və
başqa ölkələrin orta əsr alimləri və həkimlərinin musiqinin
müalicəvi gücü barəsində söylədiyi fikirlər verilmişdir.
S
Əsrlər öncə həkimlər musiqinin qüdrətinə çox yaxşı bələd
idilər. 7 əsr öncə Azərbaycan alimi Səfiyəddin Urmiyyəvi (13-cü
əsr) elmi əsərlər yazmış, “Şərəffiyyə” və “Musiqi tonları kitabı”
əsərlərində musiqinin müalicəvi qüdrəti barəsində fikirlərini
açıqlamışdır.
Onun əsərlərində həmin dövrə aid muğamların adı çəkilir.
Yorğunluğu azaltmaq, əsəbləri sakitləşdirmək, əhval-ruhiyyəni
qaldırmaq və ya yuxu gətirmək üçün əcdadlarımız rübab, ud, dütar,
tambur, ney, mizmar, surnaya, çəng, şahrud və kanun kimi qədim
Şərq musiqi alətlərində çalardılar.
Iran və digər ərəb ölkələrində Səfiyyəddin Urmiyyəvi
“Muğamın atası” hesab olunur. O, bu janrda elmi nəzəriyyə ya-
radan, musiqi terminologiyası işləyib hazırlayan və modal
qammaları müəyyən edib onları tədris edən ilk insan olmuşdur. O,
musiqinin insan sağlamlığına müsbət təsiri haqqında yazmışdır.
Bundan sonrakı əsrdə digər Azərbaycan musiqiçisi Əbdül-Qədir
Marağayi (1353-1433) onun işini davam etdirmişdir.
17
9-14-cü əsrlərdə musiqinin tibbi keyfiyyətləri Əbu Nəsr əl-
Fərabi, əl-Xarəzmi, Əbu Reyhan Biruni, Ibn Sina, Səfiyyədin
Urmiyyəvi kimi tanınmış alimlər tərədinfən diqqətlə öyrənilmişdir.
Onlar musiqinin müalicəvi gücünü nədə görürdülər? Orta
Asiyalı dahi türk alimi Əbu Nəsr əl-Fərabi (873-950) özünün
“Musiqi barəsində böyük kitab”ında yazırdı: “Musiqi yaxşı əhval-
ruhiyyə, mənəvi dərs, hisslərin tarazlığını və mənəvi inkişaf yaradır.
O, fiziki sağlamlıq üçün lazımlıdır. Əgər ruh sağlam deyilsə, onda
bədən də xəstə olur. Ruhu müalicə edən musiqi bədənin də
sağlamlığını bərpa edir. ”
“Başınız ağrayır? Çiçək ləki və sakit axan fontanın yanında
dincəlin və ya musiqiçi çağırın və sizin üçün çalmasını xahiş edin
ki, dütarın (Şərq simli aləti) zərif sədaları altında yuxuya gedə
biləsiniz, ” deyə dahi həkim Ibn Sina (980-1037) məsləhət görürdü.
Yeddi əsr sonra Məhəmməd Yusif Şirvani (18-ci əsr) melanxoliya
və yuxusuzluqdan əziyyət çəkən xəstələrə simli alətlərdə çalınan
musiqiləri dinləməyi məsləhət görürdü.
Məşhur həkim Sultan Qiyasəddin özünün “Kitab əs-Sənaət”
(18-ci əsr) əsərində öz həmkarlarını musiqini örənməyə çağırırdı. O
deyirdi: “Hindistan həkimləri mahnıları və musiqi nəzəriyyəsini
öyrənməyi məsləhət görmüşdülər. Elm həkimə nəbzin müəyyən
olunmasının incəliyini anlamaq üçün vacibdir. Bundan əlavə, bir
sıra xəstəliklər xəstələrin bəzi mahnılara qulaq asması ilə müalicə
oluna bilər.”
Humayun və Maur-Hindi kimi bəzi tanınmış müğamlar hələ
də Azərbaycanda ifa olunur. Hind mahnıları Azərbaycana buraya
gəlib burada həmişəlik qalan hindli tacirlər və səyyahlar tərəfindən
gətirilmişdir. Məsələn, Azərbaycanın Muğan düzənliklərindəki bəzi
kəndlərdə buraya Şimali Hindistan və Pakistandan 17-18-ci əsrlərdə
gələn türk tayfaları məskunlaşmışdı. Bu tayfaların kişiləri Şəfəvi
şahlarının ordusunda vuruşurdu və bu xidmərtləri müqabilində
şahlar onlara Azərbaycanda torpaq sahələri verirdilər.
Sultan Qiyasəddinin məsləhətlərinə əməl edən orta əsr
həkimləri musiqinin müalicəvi gücü barədə məlumatları ( elm əl-
musiqi) toplamağa çalışırdılar, lakin bu o qədər də asan deyildi.
Musiqi o qədər incə və dəqiq elm idi ki, Orta Asiya alimi əl-
Xarəzmi (783-850) onu riyaziyyata bənzədirdi, və cəbr sahəsindəki
ən məşhur əsərində tədqiq etmişdi.
18
Əbdül Qədir Marağayinin “Musiqi Barəsində Elmi Əsər”
adlı kitabında və Əbu Reyhan Biruninin (973-1048) “Tibbə aid
geniş kitab” əsərləri riyaziyyat, həndəsi fiqurlar, musiqi alətlərinin
rəsm və şəkilləri ilə zəngindir. Lakin görünür həkimlər musiqinin
qüvvətli təsirini öyrənmək üçün çox vaxt sərf etməyin əleyhinə
deyildirlər, çünki onlar bunu xəstələrin sağlamlığı üçün çox dəyərli
hesab edirdilər.
MUSİQİ VASİTƏSİ İLƏ MÜALİCƏ. Orta əsrlər Azərbay-
canında həkimlər xəstələri müalicə etmək üçün hansı növ musiqi
növlərindən istifadə edirdilər? Həmin dövrdə muğamın 12 əsas
növü və 12 musiqi forması mövcud idi. Marağayi yazırdı: “Başqa
muğamları öz bəstələrinə daxil etmələrinə baxmayaraq, türklər
“usşaq”, “nova” və “busəlik” kimi növlərdə muğamlar bəstələməyə
üstünlük verirdilər.”
Şərəf-xan Bidlisi (16-cı əsr) Azərbaycan şahı Şah Ismayıl
Xətainin verdiyi bir məclisi belə təsvir edirdi: “Xoş səsli müğən-
nilər gözəl musiqiçilərin müşaiyyəti ilə həm yüksək, həm də alçaq
səslərlə usşaq mahnısını ifa etməyə başladılar. Sonra ud və dütar-
ların naləsi həm yaşlı, həm də cavan dinləyicilərin könlünü aldı və
ağlını apardı.”
Musiqi bir sıra mistik elmlərin inkişafına da təkan verdi.
13-cü əsrdə Fırlanan Dərvişlər (Məvləvi təriqəti) hesab edirdilər ki,
Allahı dərk etmək üçün xüsusi musiqiyə qulaq asmaqla transa düş-
mək lazımdır. Onların öz oxu ətrafında fırlanması mistik rəqsin bir
növü sayılırdı. Sufi mistikasına yaxın olan Azərbaycan filosofu
Süxraverdi (1191-ci ildə vəfat edib) yazırdı: “Bilin ki, ruhun tər-
biyəsi işinə cəlb olunan insanlar bəzən zərif musiqi və xoş rayi-
hədən istifadə edirlər. Buna görə onlar mənəvi işıq əldə edə bilirlər.
Bu, uzun müddət davam edərsə, tədricən təsbitlənir və adət halına
çevrilir.”
10-cu əsrin sonlarında Şiə filosoflarının bir qrupu (Saflıq
Qardaşları) musiqi və təbiətin müxtəlif elementləri—heyvanlar,
bitkilər, minerallar və rənglər arasındakı münasibətlərə dair bir
nəzəriyyə yaratdılar. Bu nəzəriyyəyə görə hər bir musiqi səsi
müəyyən bir rəngə uyğun gəlir və hər hansı bir mineral, bitki, və
heyvan ilə əlaqəlidir. Bəzi səslər parlaq rənglərlə, əlvan metallarla,
gözəl çiçəklərlə və müəyyən heyvanlarla eyniləşdirilirdi.
Bizim əcdadlarımız musiqi alətlərinin dərman bitkilərinə və
ədviyyələrə uyğun gəldiyinə inanırdılar. Tar sağlamlığa yaxşı təsir
19
göstərən ətirli zəfəran ilə müqayisə edilirdi. Nağara mixək və
jenşenin müalicəvi gücü ilə müqayisə olunurdu. Ud valerian və
bad-rəncin sakitləşdirici təsiri ilə assosasiya edilirdi. Zurna qüvvətli
ko-fe ilə uyğunlaşdırılırdı.
Bu və digər alətlərin tibbi xüsusiyyətləri haqqında məlumat
aşağıda verilir. Musiqi alətlərinin müalicəvi xüsusiyyətləri
Keykavus Ziyarinin “Qabusnamə”, Əbdül-Qədir Marağayinin,
Fərabinin, Səfiyəddin Urmiyyəvinin kitablarında sənədləşdirilib. Bu
məlumat-lar bir qismi isə Azərbaycanın şifahi folklor nümunələrinə
aid 19-20-ci əsr aşıq sənətindən qaynaqlanır.
TAR. Tarda ifa olunan melodiyaların baş ağrısının,
yuxusuzluğun, melanxoliyanın müalicə olunmasına və eyni
zamanda əsəbiliyin, əzələ ağrılarının aradan qaldırılmasına yardım
etdiyi hesab olunurdu. Bu musiqi alətinə qular asmaq insanda sakit
və filosofik əhval-ruhiyyənin yaranmasına və bununla da
dinləyicinin həyatı dərk etməsinə səbəb olurdu. Bu alətdə çalınan
qəmli musiqi insanların rahatlaşmasına və onların yuxuya
getməsinə səbəb olurdu.
“Qabusnamə”nin (11-ci əsr) müəllifi musiqi pərdələrini
seçərkən dinləyicinin temperamentini nəzərə almağı məsləhət
görürdü. O, bəm tonların şən və laqeyd insanlar üçün, zil tonların
isə qəzəbli və melanxolik temperamentə malik adamlar üçün təsirli
olacağını deyirdi.
NEY. Neyin zərif səsi əsəb sistemini sakitləşdirir, yüksək
qan təzyiqini və yorğunluğu aradan qaldırır, yaxşı yuxu gətirir. Ney
insanda düşünmək əhval-ruhiyyəsi yaradır və həmin insanın təbiəti
qiymətlərndirməyə və ondan ləzzət almağa vadar edir. Ney dərin
fəlsəfi ideyalarla əlaqələndirilir.
UD. Əcdadlarımız udun səsinə qulaq asmağın baş ağrısı və
melanxoliyanın aradan qaldırıslmasına,
əzələ
ağrılarının
azaldılmasına, və qüvvətli sakitləşdirici təsir göstərməsinə
inanırdılar. Ud orta əsrlər Azərbaycanında ən geniş yayılmış və
sevilən musiqi alətlərindən biri idi. O yunan arfası ilə əlaqləndirilir.
Uda bənzər alətlər qədim misir freskalarında təsvir olunub.
SAZ. Sazda ifa olunan musiqi əsəb sistemini sakitləşdirir və
insanın əhval-ruhiyyəsini artırır. O, melanxoliyanın müalicə
olunmasına və pessimist hislərin aradan qaldırılmasına kömək edir.
20
ZURNA. Bu musiqi aləti insanda döyüş əhval-ruhiyyəsini
və bəzən təcavüz və müharibə xarakterlərini oyadır. Zurna səsi
insanda apatiyanı, laqeydliyi azaldır və qan təzyiqini qaldırır.
NAĞARA. Bu alət həkimlərə pis əhval-ruhiyyə, melan-
xoliya, intelektual və fiziki yorğunluq və eyni zamanda aşağı qan
təzyiqi ilə mübarizə aparmağa yardım edirdi. Belə hesab edilirdi ki,
nağara bir sıra dərman bitkiləri və ətirli mixək kimi ədviyyatları
əvəz edir. Nağaranın ritmlə çalınmasının ürəyin gücləndirilməsinə
səbəb olduğuna inanılırdı. Nağara ilkin orta əsrlər Azərbaycan
ədəbi dastanı olan “Kitabi Dədə Qorqud” kitabında təsvir
olunmuşdur. Nağaraya oxşayan alətlər qədim Misirdə də istifadə
olunurdu.
Beləliklə, əcdadlarımızın zəngin elmi və musiqi mirasına
əsasən demək olar ki, onlar musiqiyə yalnız şənlənmək və istirahət
üçün qulaq asmır, musiqini həm də müxtəlif xəstəliklərin qarşısının
alınmasında və müalicəsində qüvvətli bir vasitə kimi qəbul
edirdilər.
Dostları ilə paylaş: |