Ядябиййат
1. Айда А. Етрцсклер (Турсакалар) Тцрк идилер. Анкара, 1992.
2. Паллоттино М. Тще Етрусъанс. Лондон, 1975.
3. Вейсялли Ф., Эерман дилчилийиня эириш. Бакы, 2003.
4. Гальперин И.Р. Текст как объект лингвистического исследования. М., Наука, 1978.
5. Левитская Л.С. История морфологии чувашского языка. М., 1976.
6. Мифы народов мира, т.1., М., 1980.
Ъщинэиз Эарасщарли
Ъритериа оф риэщт транслатион оф Етрусъан
техтс тщроуэщ Туркиъ ланэуаэес
Суммарй
Тще Туркиъ wордс дисъоверед ин тще Етрусъан техтс wе щаве интерпретед аре семантиъаллй щармониоус анд форм щиэщ-левел лингуистиъ унитс – эрамматиъал сентенъес денотинэ а ъомплете идеа. Туркиъ интерпретатион оф тще Етрусъан техтс он сентенъе левел ъан невер бе ъоинъидентал анд ис басед он реасонабле линэуистиъ ъритериа.
Чингиз Гарашарлы
Критерия правильного перевода этрусских
текстов на основе тюркских языков
Резюме
Обнаруженные нами тюркские слова в этрусских текстах являются семантически и логически взаимосвязанными, образуя лингвистические единицы на уровне грамматического предложения. Эта система охватывает все тексты переведенные нами и правильность их интерпретации отвечают определенным лингвистическим критериям.
NEKROLOQ
N.F.SEYİDƏLİYEV
B.B.ƏHMƏDOV
(1935-2012)
Azərbaycan elm və təhsilinə ağır itki üz vermişdir. Tanınmış dilçi alim, xeyirxah pedaqoq Əhmədov Bayram Baxşəli oğlu 77 yaşında dünyasını dəyişdi.
B.Əhmədov Ağdaş rayonunun Pirəkə kəndində anadan olmuşdur. İlk təhsilini həmin kənddə yerləşən 7 illik məktəbdə almış, sonra isə təhsilini 1949-53-cü illərdə Ağdaş Pedaqoji texnikumunda davam etdirmişdir. 1953-cü ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra müəllimlik fəaliyyətinə Ağstafa rayonunun Daşkəsəmənli kənd orta məktəbində ibtidai sinif müəllimi kimi başlamışdır. Orada bir il işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı bitirdikdən sonra təyinatla yeni yaradılmış Mingəçevir şəhərinə göndərilmişdir. O, burada fəhlə - gənclər axşam məktəbində ixtisası üzrə müəllimlik etmişdir. 1962 – 70-ci illərdə şəhər 4 saylı beynəlmiləl 8–illik məktəbdə direktor olmuşdur. 1962 – 66-cı illərdə APİ-nin Azərbaycan dilçiliyi kafedrasında qiyabi yolla aspiranturada oxumuşdur. 1967-ci ildə “Mingəçevir ətrafı şıvələr” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 1970-ci ildən 1992-ci ilə kimi həmin kafedrada çalışmışdır. 1992-ci ildə o, “Azərbaycan dilinin dialekt və şivələrində söz yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə professor olmuşdur.
B.Əhmədov 1992-97-ci illərdə Azərbaycan Tibb Universitetində, 1998-ci ildən isə ömrünün axırına kimi Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmışdır. Onun elmi-pedaqoji yaradıcılığı 14 kitab, 100-dən artıq elmi-publisistik məqalədən ibarətdir. Onların içərisində dərslik, dərs vəsaitləri, monoqrafiya, lüğətlər, bakalavr pilləsi üçün proqram və s. vardır. Əsas əsərləri: “Azərbaycan dilinin leksikologiyasından praktikum”(I və II hissə), Bakı 1980, “Leksika məsələləri” Bakı, 1990, “Azərbaycan dialektologiyasından praktikum” (I və II hissə) Bakı, 1977; 1980 , “Mühazirəçinin nitq mədəniyyəti” (şərikli) Bakı, 1988, “Azərbaycan dili söz yaradıcılığında sadələşmə meyli” (şivə materialları əsasında) Bakı, 1990, “Azərbaycan dilinin şivələrinin fono-semantik söz yaradıcılığı” Bakı, 1994, “İxtisaslar lüğəti” (şərikli), Bakı, 2005, “Məktəblinin frazeoloji lüğəti” (şərikli), Bakı, 2011 və s.
B.Əhmədov AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyalarını keçirən Dissertasiya Şurasının üzvü olmuşdur.
Mənalı ömür yolu keçmiş B.Əhmədovun əziz xatirəsi həmkarlarının, tələbələrin, qohum və tanışların yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
B.B. MƏHƏRRƏMLİ
TÜRK DİLLƏRİNDƏ ƏVƏZLİK KÖKLƏRİNDƏ FONOLOJİ
VƏ SEMANTİK TRANSFORMASİYALAR
Açar sözlər: kök, əvəzlik, türk, transformasiya
Ключевые слова: корен, местоимения, тюркских, трансформации
Key words: root, pronoun, Turkic, transformation
Türk dillərində ən qədim leksik laya aid olan əvəzlik kökləri ulu dilin reliktini daşıyan kök sözlər qrupuna daxildir. Son dövrlərdə əvəzlik kökləri ilə bağlı aparılan araşdırmalar da sübut edir ki, əvəzliklər ulu dilin ilk sözlərindən - kök morfemlərindən olmuşdur. Bəzi araşdırmalarda da müxtəlif dillərdə əvəzlik köklərinin eynimənşəli olması haqqında qənaətlər mövcuddur. Məsələn, rus dilçisi K. Babayevin hind - Avropa dillərində şəxs əvəzliklərinin eyni mənşəli olması fikri kifayət qədər dəqiq dil faktlarına söykənir (3, 23). Bu tədqiqat nostratik leksik qata aid olan əvəzlik köklərinin dünya dillərində eyni mənşəli olması fərziyyəsini bir daha təsdiq edir. A.B.Dalqopolski də şəxs əvəzliklərinin nostratik aspektdə təqdimatını vermişdir. Onlardan əvvəl V.M.İlliç-Svitıçın nostratik lüğətində də həmin köklərin bir qismi təqdim olunmuşdur. Ümumiyyətlə, türk dillərinin kök əvəzliklərini müxtəlif dillər üzrə müqayisə etdikdə kifayət qədər paralellər və analogiyalar müəyyənləşdirmək və bu paralellərin heç də təsadüfi xarakter daşımadığını sübut etmək mümkündür. Türk dillərindəki əvəzlik kökləri ilə digər dillərdəki əvəzlik köklərinin analoji paralelləri ilk, protodilin bütün xalqlar üçün eyni olduğunu təsdiqləyir. Baxmayaraq ki, protodil nəzəriyyəsi uzun müddət dünya dilçiliyində eyni cür qəbul olunmamış, hətta bəzən etirazlarla qarşılanmış, inkar olunmuşdur. Ancaq əvəzlik köklərinin müqayisəli-tarixi analizi, tipoloji qarşılaşdırılması protodil nəzəriyyəsinin həqiqliyini bir daha sübut edir. Türk dillərindəki şəxs, sual, işarə əvəzliklərinin bir hissəsi qeyr-türk dillərindəki əvəzlik kökləri ilə eyni genezisə malikdir. Faktlara nəzər salaq:
Yakut dilində sən əvəzliyində anlautda s samiti reduksiyaya uğramışdır: ӓn “sən” (SYY, I, 263). Başqırd dilində isə hən variantındadır. Göründüyü kimi, çağdaş türk dillərində əvəzlik köklərində fərqli fonoloji əlamətlər müşahidə edilməkdədir. Sən əvəzliyinin ilkin kökü salar dilində qalmışdır: se “sən” (ESTY, VII, 248). Müqayisə edək: alman sie “siz”, latın se “ona”, eston dialektləri mia “mən”, sia “sən” (14, 75), teleut ser “sən”, seler “siz” (Tel.RS, 9). Digər maraqlı fakt müasir irland dilindədir: irland sib “siz” (9, 95). Bəzi dillərdə ç~s əvəzlənməsinə əsasən sən əvəzliyi ç anlautu ilə işlənir. Məsələn, oyrat dilndə çı “sən”. Nəzərə alaq ki, sən əvəzliyi türkoloji araşdırmalarda *si və ya *se variantında bərpa olunur. Müasir dillərin müqayisəsini tipologiyanı nəzərə almadan aparsaq, bu cür müqayisələr kifayət qədər məntiqlidir. Etimoloji araşdırmaların lazımi nəticə verməsi üçün məhz bu cür müqayisələrin geniş çevrədə aparılmasını tələb olunur. Bu istiqamətli araşdırmalarda yalnız qohum dillər deyil, qohum olmayan dillərin də faktlarından istifadə olunması söz köklərinin müxtəlif dillərdəki homogenliyini sübut edir.
Monqol mənşəli kalmık dilinin bir qolu olan oyrat dilində mən//ben əvəzliyinin ilkin kökü bi “mən” mühafizə olunmuşdur (15, 65). Çünki türkologiyada və Altayşünaslıqda mən əvəzliyinin kökü *bi şəklində bərpa edilir. Sarı uyğurların bir qolu olan monqollaşmış şira yuqur dilində bu “mən” əvəzlik kök işlənir. Amerika hindularından olan siu dakota dilində mi “mən”, mayya dilində bin “mən” əvəzlikləri mövcuddur (8). Buryat dialektlərində isə bedi “biz” (5, 41) forması var. Digər paralel faktlara baxaq: latın me “mənə”, protoyapon *ba “mən, biz” (EDAL, 342), etrusk mi “mən” (1, 173), fars mən “mən”, eston dialektləri mia “mən” (14, 75), qədim irland me “mən”, mi “biz” (11, 27). Bu cür paralellərin sayını daha da artırmaq mümkündür.
S.Y.Malov biz əvəzliyinin bi+si= biz, yəni sən və mən, siz əvəzliyinin isə si+si=siz, yəni sən+sən=siz şəklində formalaşdıqlarını qeyd etmişdir (PDP, 52). Qədim türk dialektlərində I şəxsin təki bin // bın variantlarında olmuşdur (DTD, 113). Paralel faktlara baxaq: Türk dillərində ben variantı müasir türk, qaqauz, qazax dillərində işlənməkdədir. Klassik ədəbi qaynaqlarımızda I şəxsin təki bən formasında işlənmişdir:
Bu dünyada bənümsən sənü ol dünyada sənün bən,
Qaçan isə asılısar bu qolum tubi talından
(6, 20).
Yakut türkcəsində III şəxsin təki ol // uol “o” (SYY, II, 1813) biçimindədir. O əvəzliyinin ən diferensial formalarından biri çağdaş çuvaş dilindədir: val “o” (ESÇY, 48). Çuvaş dilndə v protetikliyi səciyyəvi olduğundan v sonradan artırılmadır. Praforma *al şəklindədir. Ol variantı Alt., bar.tat., tel., tuv., xak, şor., noq., q.qalp. dillərində mühafizə olunmuşdur. Teleut dilində də ol variantı qalmışdır: alar “onlar” (Tel.RS, 9).
Qazax dilində anav “bu” sözü işlənməkdədir. Məlumdur ki, qədim türk dillərində III şəxsin təki ol forması ilə yanaşı, an formasında da işlənmişdir. Xalac türkcəsində in // ın “bu” işarə əvəzliyi anlamındadır. Orta əsrlər türkmən mənbələrində an “o” əvəzliyi işlənmişdir (13, 59). Müqayisə edək: çin ăn//yan “mən”, “biz” (BKRS, 56), qədim assur anmu “bu” (AD, 125), annu “bu, o” (işarə əvəzliyi) (AD, 176), qədim etrusk an “o” (1, 173), Altay dilinin kumandı-kiji dialektində anar “onlar” (4, 197). Bu tipli analoji faktlar dünya dillərində olduqca çoxdur.
Qədim oğuz abidəsi olan “Bahşeyiş lüğəti”ndə ol əvəzliyinin akuzativ forması olan anı, yəni onu əvəzliyi işlənmişdir (EOS, 24 ). Müqayisə edək, qədim hind dilində ana “bu” işarə əvəzliyi olmuşdur. N.M.Şanski rus dilindəki on əvəzliyi ilə həmin əvəzliyi və qədim alman ёнер “o” əvəzliyi ilə müqayisə edir (KESRY, 309). Qədim xett dilində də türk dilləri ilə analoji oxşarlığı olan əvəzlik kökləri işlənmişdir: amn “mən” (EDHIL, 912), anz “biz” (EDHIL, 1004). Digər dillərdə: macar en “mən”, fin han “o”, on “onlar”. Deməli, burada h protetik səsdir.
Məlumdur ki, hansı əvəzliyinin qədim şəkli qansı formasındadır. Praforma isə *ka- dır. Çünki k q samitindən əvvəl yaranmışdır. Bunu larinqal nəzəriyyə də təsdiq edir. Qədim türk yazılı abidələrində də bu əvəzlik kökləlri k anlautu ilə işlənmişdir. Müasir Altay kajı “hansı” (ATS, 93), kay “hansı” (ATS, 101).
Maraqlıdır ki, qədim assur dilində ka “sən” anlamını ifadə etmişdir (AD, 1). Deməli, tarixən sual əvəzliklərinin bir qisminin şəxs və ya işarə əvəzliklərindən törənməsi fikri öz təsdiqini tapır. Monqol dilində ka sual elementi, yaz.monq. qana “harada”, tunqus dillərində k//x refleksi ilə xoy “hansı” (7, 342). Ural dillərində: kus “harada”, kes “kim” (16, 130),
Türk dillərində bəzi təkhecalı sual əvəzlikləri də ən qədim leksik laya aiddir. Ural dillərində: fin ken, mordov ki “kim” (EDUL, 44), digər Ural dilləri: kes “kim” (16, 130). Bu əvəzlik kökləri ilə türk dillərindəki kim əvəzliyinin eyni köklü olmasına heç bir şübhəmiz yoxdur. Monqol yazılı abidələrində ke`n “kim”, proto-hind Avropa dillərində kes “kim” (EDPC, 174), Ural dillərində *kin “kim” (HDY, 211). Bəzi sual əvəzliklərinin kökü sarı uyğur dilində və xalac dilində qorunmuşdur: ka “hansı” (sarı uyğur) , ki “kim” (xalac). Faktlardan da göründüyü kimi, əvəzlik köklərinin həm türk, həm də qeyri-türk dillərində bir-birinə transformasiya olunmuşdur.
Monqol dilindəki ken “kim” əvəzliyi ilə türk dillərindəki kim əvəzliyinin mənşəyi çox güman ki, eynidir. Çünki n//m refleksi çox səciyyəvidir. Kim əvəzliyini *ki kök morfemindən yaranmasını xalac türkcəsi təsdiqləyir. Belə ki, xalac türkcəsində ki “kim” mənasındadır (10, 21). Kim əvəzliyinin praformasının *ki olmasını F.Cəlilov, Q.Kazımov da təsdiq edirlər. Deməli, qədim türk dillərindən olan xalac türkcəsində kim əvəzliyinin kökü yaşamaqdadır. Qədim hind - Ari dillərində ka “harada” əvəzliyi olmuşdur (EWA, I, 359). Deməli, daha qədimlərə doğru yazılı qaynaqlar əsasında rekurs etdikdə əvəzlik köklərindəki qohumluq, homogenlik daha çox nəzərə çarpır.
Müasir alban dilində kush “kim” (AED, 486) əvəzliyi işlənməkdədir. Bu əvəzlik kökü türk dillərindəki kim əvəzliyinin praforması olan *ki əvəzliyi ilə paralelliyə malikdir. Müqayisə: bolqar dialektlərində kam “harada” (ESSY, III, 136), serb-xorvat kadi “harada”. Slavyan dillərinin etimoloji lüğətində də bu əvəzliklərin kökü ka morfemi ilə izah edilir (ESSY, II, 111). Müxtəlif slavyan dialektlərində ka sual əvəzliyi (ESSY, II, 118). Təsadüfi deyil ki, türk dillərində də sual əvəzliklərinin bir qismi *ka anlautuna malikdir.
Oyrat dilndəki ta “siz” (17, 141) əvəzlik kökü rus dilindəki tı, fars to “sən” , buryat dialektlərindəki taa “siz” (5, 41) kökü ilə paralellik təşkil edir. Göründüyü kimi, Altay dillərində də slavyan və hind-Avropa dillərində mövcud olan tı // to “sən” əvəzlik kökü var. Türk dillərindən olan xalac türkcəsindəki II şəxsin təki İran və slavyan dillərindəki to // tı əvəzliyi ilə homogenlik təşkil edir: tun “sən”. Doğrudur, xalac dilindəki fakt fars dilinin substratı da hesab oluna bilər. Ancaq nəzərə alaq ki, xalac türkcəsi ən qədim türk dillərindən biridir. Ural dillərinə aid kamasin dilində tan//tən “sən” əvəzliyi var (16, 365). Qədim xett dilində isə tu “sən” (EDHIL, 1035) mənasın da olmuşdur. Deməli, xalac dilindəki tun “sən” əvəzliyi hind-Avropa dillərindəki *to // tı “sən” əvəzliyi ilə ortaq kökə bağlıdır. Nəzərə alaq ki, digər türk dillərində də işarə funksiyası daşıyan tu // to hissəcikləri mövcuddur. Analoji faktlar onlarladır: qədim çin ta “o” (EDOC, 488), qədim monqol ti “sən” (MED, 142) və s. II şəxsin təkində, yəni sən əvəzliyinin kökündə (*si//*se) tarixən yaxın məxrəcli səslərin – t//s//ç bir-birinə transformasiya olunması baş vermişdir. Həmin proses həm fonoloji, həm də semantik səviyyədə getmişdir. Məsələn: eston see “bu”, ispan este “bu”, udmurt so “o” (işarə əvəzliyi) (11, 96-97; 100).
Məlum s//ş refleksinə əsasən: saxur şi “biz”, şu “siz”, qədim akkad šu // ši “o” (şəxs əvəzliyi), “bu” (GOA, 246). Deməli, bu faktlar göstərir ki, şəxs əvəzliklərinin diferensiallaşması bütün dillərdə getmişdir. Çeçen dialektlərindəki şu “siz” (2, 162) əvəzlik kökünün türk dillərindəki şu “sən” əvəzliyi ilə oxşarlığını heç də təsadüfi qəbul etmək olmaz. Məhz bu baxımdan dünya dillərinin homogenliyini əvəzlik köklərinin pareliliyi ilə də sübut etmək mümkündür. A. Dolqopolski hesab edir ki, türk dillərindəki siz//sən əvəzliyi nostratik dillər üçün bərpa olunan *su//*si “bu” əvəzliyi ilə genetik cəhətdən bağlıdır. Bu lüğətdə III şəxsin təki *se şəklində bərpa edilir (ND, 1886-1886). Türkologiyada da həmin fərziyyə müdafiə olunur. Eston dialektlərində sia “sən” (14, 75) paraleli var. Təbii ki, eston dilindəki fakt fin-uqor dillərinə aid olduğuna görə, bu qeyri-adi fakt deyil. Ancaq Ural-Altay dillərinə aid olmayan dillərdə də kifayət qədər analoji dil nümunəsi var: Müqayisə edək: qədim yunan dialektlərində su // sü “sən” (ALE, 29). Bu əvəzlik kökü türk dillərindəki *sə//se əvəzlik kökü ilə bənzərlik təşkil edir. Və yaxud: qədim xett zik “sən”, yəni s//z əvəzlənməsi ilə türk dillərindəki *si “sən” əvəzliyini homogen hesab etmək mümkündür.
Ən qədim türk dillərindən biri olan xalac dilindəki şəxs əvəzlikləri digər türk dillərindəki əvəzlik köklərindən öz diferensiallığı ilə fərqlənir:
mın “mən” imə “biz”
tun “sən” üvə “siz”
evə “o” əvənə “onlar” (10, 21). Ümumiyyətlə, türk dillərində şəxs əvəzlikləri arasında ən deferensial formalar sarı uyğur və xalac türkcələrindədir.
Müxtəlif dillərdə I şəxs əvəzliyinin yönlük halda ilkin praformanı qoruması faktı diqqəti cəlb edir. Məsələn, rus dilində ya - menya formasında olduğu kimi. Və yaxud, Azərbaycan dilində o (qədim forma ol)- ona. Dilçilikdə əvəzlik köklərinin müstəqil sözlərdən yaranması haqqında baxışlar mövcuddur. Altay dillərinə aid yapon dilində bərpa olunan *mi “mən” əvəzliyinin yapon dilindəki mi “bədən” mənşəli sözdən törənməsi hipotezi də var (3, 97). Bu cür fərziyyələr türkologiyada da mövcuddur.
XI-XV əsrlərə aid türkmən mənbələrində men variantına da rastlanır. Türk dilində ben variantı olsa da, Anadolu dialektlərində b//m refleksi də müşahidə edilir: mana “mənə”, mən (13, 130). Ben variantı Tonyukuk yazısında da müşahidə edilir. Türkoloji qaynaqlarda ben daha çox qıpçaq elementi kimi izah olunur. A.Dolqopolski nostratik dillər üçün I şəxsin təkini *mi şəklində bərpa edir (ND, 1354). Müqayisə edək: İran dillərində en // in // ın “bu” (ESİY, I, 122) işarə əvəzliyi vardır. Bu əvəzlik kökü ilə qədim türk dillərindəki III şəxs əvəzliyi *an “o” əvəzlik kökü arasında, çox güman ki, bir əlaqə mövcuddur.
Təsadüfi deyil ki, türkoloqlar *an “o” əvəzliyini türk dillərinin ən qədim dövrünə aid edirlər. Qədim dillərdə: şumer in “o” (SL, 6), urartu ini “bu” (12, 136), qədim hind-Avropa dillərində an “ora, o tərəfə” (PİEED, 134), bask en “mən, mənim”, ene “mənim” (EDB, 170), qədim çin anq “mən” (EDOC, 151). Müasir dillərdə: macar en “mən” (EDH, 14), Maraqlıdır ki, nostratik araşdırmalarda I şəxsin təki *en şəklində bərpa olunur. Çünki bir çox dillərdə məhz I şəxsin təki en formasındadır. Məsələn, macar en “mən” (11, 142), fars ana//ane//un “o” (ESİY, I, 156). Bəzi dillərdə metateza baş vermişdir: lak na “mən” , teluq na “mən” (11, 184), karel hӓn “o” (11, 71). Müqayisə edək: fin dilində nӓn “o” kökündəki n samitini protetik hesab etmək olar. Bu cəhətdən türk dillərindəki *an əvəzliyi ilə analogiya təşkil edir. Yapon dilində ano “o” işarə əvəzliyi (BYRS, 22) mövcuddur. Deməli, bu əvəzlik kökləri arasında tarixi-etimoloji əlaqə var.
İstər dünya dilçiliyində, istərsə də türkologiyada bəzi əvəzlik köklərinin müstəqil mənalı adlardan törənməsi haqqında fikirlər və sübutlar mövcuddur. Bu baxımdan *an “canlı, insan, heyvan” morfemi ilə *an “o” əvəzlik kökününün əlaqəsinin olması heç də qəribə görünməməlidir. Bunu sübut etmək üçün, əlbəttə, inandırıcı elmi arqumentlər tələb olunur. Ancaq dünya dillərində belə analoji faktlar onlarladır:
Türk dillərində qədim əvəzlik köklərindən olan *an “o” əvəzliyinə həm qədim türk daş abidələrində, türk bədii nümunələrində rastlanmaq mümkündür. Məsələn, türkmən klassik ədəbiyyatına aid bədii mənbələrdə bu əvəzliyin tez-tez işlənməsi müşahidə olunur: Bil ki, alımlar eziz övladıdır an xezretin (TKES, 26).
Nəticə olaraq onu söyləyə bilərik ki, əvəzliklərin ən qədim sözlər qrupuna aid olmasınının sübutu əvəzlik köklərinin müxtəlif dillərdəki analogiyasıdır. Çünki həm qohum dillərdə, həm də qohum olmayan dillərdəki ortaq leksik qat dillərin ən qədim kök morfemləridir. Əvəzlik köklərinin bir-biri ilə interferensiyası, transformasiya olunması isə dillərin tarixi təkamülünün nəticəsidir. Fonoloji və semantik fərlərin yaranması da dillərin fərdi inkişafı, fərqli dil təmasları ilə bağlıdır
Ədəbiyyat:
-
Ağasıoğlu (Cəlilov) F. Etrusk-türk bağı. Bakı, “Qismət”, 2011, 180 s.
-
Арсаханов И.А. Чеченская диалектология. Грозный, Чечено-Ингушское издательство, 1969.
-
Бабаев К.В. Происхождение индоевропейских показателей лица: исторический анализ и данные внешнего сравнения. М., Калуга: ИП Кошелев А.Б. (Издательство «Эйдос»), 2008, 298 с.
-
Баскаков Н.А. Северные диалекты Алтайского (ойротского) языка-Диалект кумандинцев (куманды - кижи). Москва, Наука, 1972.
-
Будаев Б.Ц. Лексика бурятских диалектов в сравнительно-историческом освещении. Новосибирск, Наука, 1978, 302 с.
-
Bürhаnəddin Q. “Divаn”. Bаkı, Аzərbаycаn Dövlət Nəşriyyаtı, 1988.
-
Иллич - Свитыч В.М. Алтайские гуттуральные. *к’,*к, *g. Этимология // Москва, Наука, 1965, с. 338 - 344.
-
Каримулин A. Прототюрки и индейцы Америки. По следам одной гипотезы // http://kitap.net.ru/karimullin.php.).
-
Льюис Г., Педерсен Х. Краткая сравнительная грамматика кельтских языков. Едиториал УРСС, 2002, 512 c.
-
Mамедов М.А. Язык халаджей. АКД. Баку, 1973.
-
Майтинская К.Е. Местоимения в языках разных систем. Москва, “Наука”,1969, 308 с.
-
Мещанинов И.И. Грамматический строй урартского языка. Ч.1. Mосква, Издательство академии наук СССР, 1958.
-
Мухамедова З.Б. Исследования по истории туркменского языка XI-XIV вв. Ашхабад, “Ылым”, 1973.
-
Основы финно-угорского языкознания (Прибалтийско-финские, саамский и мордовские языки), Москва, “Наука”, 1975, 347 c.
-
Тодаева Б.Х. Словарь языка ойратов Синьцзяна. Элиста, Калмыцко книжное издательство, 2001.
-
Языки мира. Уральские языки. Москва, “Наука”, 1993, 400 c.
-
Языки мира. Монгольские языки. Тунгусо-маньчжурские языки. Японский язык. Корейский язык. Москва, "Индрик", 1997, 406 с.
İxtisarlar:
AD – The Assyrian Dictionary of the Oriental Institute of the University of Chicago (CAD). U.S.A., Chicago Oriental Institute, 1968.
ALE – Roger D. Woodard. The Ancient Languages of Europe. CU Press, 2008, 282 p.
Alb.ED – Albanian Etymological Dictionary. By Vladimir Orel. Leiden-Boston-Köln, Brill, 1988.
ATS – Altayca - Türkçe Sözlük. Ankara, Türk Dil Kurumu Yayınları, 1999.
BKRS – Большой китайско-русский словарь. Москва, ООО “Дом славянской книги”, 2009.
DTD – Древние тюркские диалекты и их отражение в современных языках. Глоссарии указатель аффиксов. Фрунзе, “Илим”, 1971.
EDAL - Starostin S.A., Mudrak O.A., Dybo A.V. An Etymological Dictionary of the Altaic languages. Part I - III. Brill Academic Publishers, 2003, 1558 p.
EDB – Trask R.L. Etymological Dictionary of Basque. University of Sussex, 2008.
EDUL – Collinder B. Finno - Ugric Vocabulary: An Etymological Dictionary of the Uralic languages. 2. edition. Hamburg, Helmut Buske Verlag, 1977.
EDPC – Matasovic Ranko. Etymological Dictionary of Proto - Celtic. Leiden-Boston, Brill, 2009.
EDOC – Schuessler Axel. ABC Etymological Dictionary of Old Chinese. Honolulu, University of Hawai`i of Press, 2007.
EDHIL – Kloekhorst Alwin. Etymological Dictionary of the Hittite Inherited Lexicon. Leiden - Boston, Brill, 2008.
EWA-I- Manfred Mayrhofer. Etymologisches Wörterbuch des Altindoarischen – I Band, Heidelberg, Carl Winter Universitätsverlag, 1992, 865 p.
ESÇY – Егоров В.Г. Этимологический словарь чувашского языка. Чебоксары, Чувашское книжное издательство, 1964.
ESİY- Расторгуева В.С., Эдельман Д.И. Этимологический словарь иранских языков. Т.3. Москва, Восточная литература , 2007.
EOS – Eski Oğuzca Sözlük. Bahşayiş Lügati. Hazırlayan Fikret Turan. İstanbul, BAY, 2001.
ESSY – Этимологический словарь славянских языков. Праславянский лексический фонд. Т. I-II. Москва, “Наука”, I, 1974; II, 1975.
ESTY – VII – Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на буквы “Л”, “М”, “Н”, “П”, “С”). Москва, Издательство восточной литературы РАН, 2003.
HDY – A Historical Dictionary of Yukaghir. By Irina Nikolaeva. Berlin-New York, Mouton de Gruyter 2006 500 p.
KESRY - Шанский Н.М. Краткий этимологический словарь русского языка
Москва , "Просвещение", 1971, 542 c.
MED – Mongolian Etymological Dictionary. Compiled by Andras Rajki. Budapest, 2006, 87 p.
ND – Dolgopolsky A. Nostratic Dictionary. UK, University of Cambridge, McDonald Institute for Archaeological Research, 2008.
PİEED – Pokorny J. Proto-Indo-European Etymological Dictionary (A Revised Edition of Julius Pokorny`s İndogermanisches Etymologishches Wörterbuch). İndo-European Language Revival Assocation, 2007.
PDP – Mалов С.Е. Памятники древнетюркской письменности. Москва-Ленинград, Издательство АH СССР, 1951.
SYY – Пекарский Э.К. Словарь якутского языка. Т.I-III. Ленинград, Издании академии наук СССР, 1959.
ŞRS- Курпешко-Таннагашева Н. Н., Апонькин Ф. Я. Шорско-русский и русско - шорский словарь. Кемерово, Кемеровское книжное издательство 1993, 149 с.
Tel.RS - Рюмина - Сыркашева Л. Т., Кучигашева Н.А . Телеутско - русский словарь. Кемерово, АО Кемеровское книжное издательство, 1995, 120 c.
TKES – Meredov A., Axallı S. Türkmen klassıkı edebiyatının sözlüqi. Aşxabad, “Türkmenistan”, 1988.
SL - John A.Halloran. Sumerian Lexicon: http://www.sumerian.org /
Dostları ilə paylaş: |