Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


“Azərbaycan dilinin qloballaşma şəraitinə uyğun istifadəsinə və ölkədə dil­çiliyin inkişafına dair Dövlət Proqramı haqqında”



Yüklə 1,21 Mb.
səhifə70/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   64   65   66   67   68   69   70   71   72
12. “Azərbaycan dilinin qloballaşma şəraitinə uyğun istifadəsinə və ölkədə dil­çiliyin inkişafına dair Dövlət Proqramı haqqındasərəncamda qazanılan uğur­lar­la yanaşı, ədəbi dilimizin inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ün­sürlərin üzə çıxarılması və onların aradan qaldırılması istiqamətində lazımi çe­vik­lik göstərilməsi də qeyd olunur. Burada bəzi mətbuat orqanlarında, radio və te­le­viziya kanallarında dilimizin qanunlarına riayət edilməməsi, dublyaj edilən film­lə­rin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcümələrinin yük­sək estetik tələblərə cavab vermədiyi, küçə reklamlarında Azərbaycan dilinin ən adi leksik, qrammatik qaydalarının pozulması və s. haqlı olaraq tənqid edilir.

Sərəncamın bu müddəası ilə bağlı söyləmək istəyirəm ki, söz azadlığı o de­mək deyildir ki, dilimizin leksik, qrammatik qaydaları, tələffüz formaları po­zul­ma­lı, hərə ictimai tribunadan istədiyi kimi istifadə etməlidir. Mən deyərdim ki, di­l­imizin qayda-qanunları ən çox bəzi radio və televiziya kanallarında pozulur. Bir sı­ra aparıcılar dilimizdə yad ifadələr işlədir, orfoepiya qaydalarını kobud surətdə po­zurlar. Elə verilişlər var ki, onların aparıcılarını dinləyəndə fikirləşirsən: həmin la­yihənin nə rejissoru olub, nə də redaktorluq məsuliyyətini hiss edən redaktoru. Əl­bəttə, bunu bütün telekanallara aid etmək olmaz. Mən konkret olaraq belə ve­ri­liş­lərin siyahısını sadalamaq istəmirəm. Bayağı verilişlərə aid ayrı-ayrı məqalələr ve­rilməlidir. Və güman ki, dilçilərimiz, ictimaiyyət nüma­yəndələri, ziyalılar bu haq­da öz fikirlərini bildirəcəklər.

Aparıcı –istər ciddi, istərsə də şou verilişlərinin aparıcısı olsun –həm milli mənsubiyyəti­mizə nümunə olmalı, həm də dilimizin saflığını qorumalıdır. Bu mənada şahidi olduğum hadisəni diqqətə çatdırmaq istəyirəm. Ötən əsrin 80-ci illərinin sonu olardı. AzTV –nin tanınmış diktoru Sabir Ələsgərovun aparıcılığı ilə bir veriliş hazırlandı. Həmin verilişdə mən də iştirak edirdim. Çəkiliş zamanı Sabir müəllim nəzərdə tutulmayan məqamda gülümsədi. Rejissor çəkilişi saxlayıb yenidən lentə alınmasını tapşırdı. Bu, televiziya mədəniyyətinin bariz nümunəsi idi. Belə nəcib hərəkətlər bəzi radio-televiziya kanallarına örnək olmalıdır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin