Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,
Biçarə vətən sanki olub məhşəri-şərrət,
Səhrayi-bəladə gəzir avarə rəiyyət.
“Vətən ana, vətəndaşları isə onun övladlarıdır”, - deyən şair sual edir:
Övladını bəslərmi belə madəri-şəfqət?
Cavab aydındır: Nə vətən övladının bu halına dözməli, nə də övlad vətənin bu kökə qüşməsinə pazı olmamalıdır. Bəs nə etməli? Cavab aydındır: - Ayağa qalxıb əl-ələ verməli, vətənin və millətin hürriyyətini qazanmalı!
Dərslikdə adı çəkilən, “milli ideyalar və şeiriyyət, sənətkarlıq baxımından ədəbiyyatımızın şah əsərlərindən biri sayılmağa layiq” əsər kimi qiymətləndirilən “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması Birinci Dünya müharibəsinin ifşasına həsr olunmuş əsərdir.
Bu əsər 1918-ci ildə Bakıdakı “Turan” mətbəəsində üç kitabça halında çap olunmuşdur.
İnsan və onun əməlləri barədə dərin düşüncələrin məhsulu olan bu pomantik-fəlsəfi poemada əvvəldən axıradək ardıcıl şəkildə belə bir konsepsiya izlənilir və şərh olunur: İnsan yer üzünün sahibi, yaranmışların ən kamili və ən gözəli, ən güclüsü, ən xoşbəxtidir. Eyni zamanda onun kimi yırtıcı və vəhşi məxluq yoxdur. Bütün tərəqqilərə də, faciələrə də səbəb yalnız insandır. İnsan ürəyinin iki daimi sakini var: mələk və şeytan.
Şairin fikrincə, bəşər tarixindəki faciələrin törənməsinin başlıca səbəbi müxtəlif xarakterli insanların ürəyində ümumi məhəbbətin yurd-yuva qura bilməməsidir.
M. Hadinin qənaətinə görə, beyni maarif ziyası ilə işıqlanmayan şəxs bütün ömrü böyu səfalət içində yaşamağa məhkumdur. Cəmiyyət nə qədər ədalətsiz qanunlarla idarə olunarsa, insanın nəsibi dərd, qəm və müsibət olacaqdır.
Keçmiş, hazırkı dövr və gələcəyi nəzərlərində canlandırıb onlarla həmsöhbət olan şair bügünkü zülmü dünənki məşəqqətlərin məntiqi davamı kimi qəbul edir, düşünür və düşündürür. Bu düşüncələri ilə həm həməsrini, həm də gələcək oxucusunu hərcmərcliyin, naqisliyin, geniş mənada bəşəriyyəti fəlakət girdabına doğru sürükləyən müharibələrin qarşısını almağa çağırır.
Yekunlaşdırsaq belə bir nəticəyə gəlmək olar ki, orta məktəbdə klassik ədəbi nümunələri, xüsusilə dili ərəb-fars və osmanlı türkcəsindən gələn ibarələrlə zəngin olan M. Hadini tədris etmək üçün peşəkarlıqla yanaşı, ədəbi fikir tariximizi də kifayət qədər mənimsəmək, klassik nümunələrlə işləmək vərdişlərinə də yiyələnmək lazımdır.
Dostları ilə paylaş: |