SEYİD HÜSEYN SADİQ
Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım.
O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik
illərimizdə aramızda "nadinc" tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq
damarını tutub dərs zamanı dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə
Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi. Onu deyim ki, Həsən
müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə
bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da
çatırdı.
Bir gün o sinfə girəndə hamımız bir ağızdan:
- Müəllim, "bir ağız" deyə səs-küy saldıq.
- Sakit, "nə bir ağız" başa düşmürəm, nə istəyirsiniz?
- Müəllim, bir ağız... Səhnədə oxuduğunuzdan bir ağız.
- Eyibdir. Şuluqluq salmayın, müdiriyyət otağında eşidərlər. Sonra
yaxşı olmaz.
Biz yenə inadla:
- Müəllim, bir ağız, müəllim, bir ağız, deyib bağırdıq.
Həsən müəllim çox həlim bir adamdı. O naçar qalıb qızara-qızara pəsdən
bizim üçün bir ağız oxudu. Əl çalıb Həsən müəllimi alqışladıqdan sonra sakit
olduq. Sonra isə tutduğumuz işdən çox peşman olduq.
Seyid Hüseyn də çox sakit, xeyli həlim bir adamdı. Ona hamımız hörmət
edirdik.
O bütün dərsləri aydın, rəvan, sadə bir dillə bizə yetirməyi bacarırdı. Seyid
Hüseynin dərsləri səmərəli keçirdi. Hamımız onun dərsinə hazır gəlirdik ki,
xəcalət çəkməyək. O özünü bizə belə tanıtdırmışdı.
Mənim ilk şerim onun köməyilə nəşr olunmuşdur. Bu şerim çap
olunmasaydı, bəlkə mən ədəbiyyat aləminə bu qədər tez atılmazdım. Bu, belə
olmuşdur.
Mən "Unudulmuş gənc" adlı kiçik bir şeir yazmışdım. Onu utana-utana
Seyid Hüseynə verib dedim ki, müəllim, mən bir şeir yazmışam. Xahiş edirəm
baxıb mənə fikrinizi deyəsiniz. Seyid Hüseyn şeri alıb, çox gözəl, vaxt tapıb
baxaram, dedi.
Həftələr keçdi, lakin Seyid Hüseyn şerim haqqında mənə heç bir söz
demədi. Mən də onu narahat etməkdən çəkindim. Bunun üstündən iki ay keçdi.
Bir gün yoldaşlarım məni əhatəyə alıb təbrik etdilər.
- Gözün aydın, "Maarif və mədəniyyət" məcmuəsində şerin çıxıb.
____________________Azərbaycan Milli Kitabxanası___________________
233
- Necə? Mən ora şeir verməmişəm, ola bilməz. Uşaqlar məni inandırdı ki,
məcmuədə şeri gözlərilə görüblər. Mən bunu növbəti zarafat bildim.
Məktəbdən çıxanda məcmuəni aldım, vərəqlədim, gözlərimə inanmadım.
Seyid Hüseynə verdiyim şerin məcmuəmdə bir kəlməsinə toxunulmadan
eynən dərc edildiyinin şahidi oldum. Bu münasibətlə Seyid Hüseynə müraciət
etdim. Ona təşəkkürümü bildirdim, o dedi ki, şeir xoşuma gəldiyindən jurnal
redaksiyasına verdim, çap ediblər, sağ olsunlar. Seyid Hüseyn mənə yazmağı
və çox mütaliə etməyi, şeir üzərində çox zəhmət çəkməyi məsləhət gördü. Bu
hadisə mənə qol-qanad verdi.
Seyid Hüseynin məsləhətilə ilhamlanıb gərgin mütaliəyə girişdim. Seyid
Hüseynlə 1937-ci ilə qədər tez-tez görüşərdik. Şəxsən mən Seyid Hüseynin
hekayə yazdığını bilmirdim. Amma inqilabdan əvvəl mətbuatda bir neçə
hekayəsi çıxıbmış.
Mən 1927-ci ildə Ruhulla Axundovun nıəsləhətilə "Maarif və mədəniyyət"
məcmuəsinə məsul katib təyin olundum. Jurnalın arxivini əvvəlki katibdən
təhvil alanda Seyid Hüseynin "Gilan qızı" adlı hekayəsinə rast gəldim.
Üzərində "getmədi" yazılmışdı. Katibdən hekayənin çap olunmamasının
səbəbini soruşdum. O, dedi ki, hekayə zəif olduğundan dorc etmədik. Mən
hekayəni evə aparıb diqqətlə, böyük maraqla və həyəcanla oxudum. Sonra
Ruhulla Axundov da oxudu. Hekayə çox xoşumuza gəldiyindən məcmuədə
dərc etdik. Beləliklə mən müəllimimin borcunu ödəmiş oldum.
Seyid Hüseyni redaksiyaya çağırdıq. Jurnalımızda yaxından, fəal iştirak
etməsini xahiş etdik.
Seyid Hüseyn bir-birinin ardınca bizə "Bir kuçənin tarixi", "Gələcək həyat
yollarında", "Yatmış kəndin qış gecələrində", "Sümük azarı" və qeyri
hekayələrlə məcmuəmizin səhifələrini zinətləndirdi. Belə əsərlər məcmuəmizin
oxucularının artmasına səbəb olurdu. Biz Seyid Hüseyni proletar yazıçıları
ittifaqına üzv qəbul etdik.
Seyid Hüseyn gənclərin yetişməsində də böyük fəaliyyət göstərirdi. Biz onu
fəhlə rayonlarındakı ədəbiyyat dərnəklərinə təhkim etmişdik. Mirzə İbrahimov,
Məmmədağa Sultanov və başqaları onun rəhbərlik etdiyi dərnəklərdəndir.
Seyid Hüseynin dili şirindi. Bəzi hərflər onun tələffüzündə zəif çıxırdı.
Seyid Hüseyn çox prinsipial adamdı. Oxuduğu əsər haqqında açıq və qəti
fikir söylərdi. İclaslarda "Kim söz istəyir, kim danışmaq
____________________Azərbaycan Milli Kitabxanası___________________
234
istəyir" deyiləndə salondan səs çıxmazdı. Heç kəs birinci danışmaq istəməzdi.
Burada Seyid Hüseyn bizim köməyimizə çatardı. İlk o danışardı. Biz buna
öyrəndiyimizdən müzakirə zamanı həmişə, "ağa, sözü sənə veririk" deyəndə o
imtinasız tribunaya qalxardı. Yadımdadır, bir dəfə biri bizi evinə çağırdı. Seyid
Hüseyn, Çəmənzəminli də bizimlə idi. Bu evdə qutabdan tutmuş plova qədər
bişmişdi. Əsər oxundu. Yeməkdən sonra əsər haqqında söhbət başlandı. İlk
sözü Seyid Hüseyn dedı:
- Doğrudur, dadlı qutabınızı, plovunuzu yemişəm, inciməyin, ancaq əsəriniz
çox zəifdir. Müəllifə bir-bir sübutla, dəlillə əsərin nöqsanlarını açıb göstərdi.
Biz gənc şairlər o zaman Seyid Hüseynə zarafatla "Məzlum ağa" adı
vermişdik. Çünki o çox təmiz, açıqürəkli təvazökar bir insandı. Heç bir kəsə
qarşı qəlbində həsəd, kin, qərəz hissi yoxdu.
Gənclərə qayğıyla, öz həmyaşlarına isə ciddi yaradıcılıq tələbkarlığıyla
yanaşardı. Onun yanında heç kəs başqasının qiymətini qırmağa cürət etməzdi.
Seyid Hüseyn novxanılı idi, mən də ata tərəfdən novxanılıyam. Mən yayda
onunla Novxanı bağlarında görüşərdim.
1936-cıildəXalq Komssarları Şurası bədii əsərlər üçün müsabiqə elan
etmişdi. Mən səhnəyə bir qədər bələd olduğumdan Seyid Hüseyn təklif etdi ki,
birlikdə bir dram əsəri yazaq.
Əvvəlcə mövzu seçdik. Plan qurduq. Hərəmiz öz öhdəmizə düşən hissəni
yazdıq. Sonra birlikdə işlədik. Əsər üzərində həm onun içəri şəhərdəki kiçik
mənzilində, həm də Novxanıda birlikdə çalışdıq. Əsərin aqibəti yaxşı olmadi.
Müsabiqədə əsər yaxşı qiymət almışdı. Zərf açılandan sonra Seyid Hüseynin
imzasnı mənim imzamla yanaşı görəndə diksinmişdilər. Nəticədə bizə mükafat
verməməyi qərara almışdılar.
Seyid Hüseyn 1930-cu illərdə işçi teatrı üçün "Kölgə" adlı bir pyes
yazmışdı. Mən həmin teatrda ədəbi hissə müdiri vəzifəsində çalışırdım. Bu əsər
Abbas Mirzə Şərifovun iştirakilə oynarıdı. Əsər kənddə gedən sinfi
mübarizədən bəhs edirdi.
Biz 1937-ci ilə qədər Seyid Hüseynlə tez-tez görüşərdik. Təəssüf, min
təəssüf, bu böyük istedadı vaxtından çox tez itirdik. Sadə, təmiz geyimli, gözü
eynəkli, əli əsalı Seyid Hüseyni sanki indi də Bakı küçələrində tələsik hara isə
gedən görürəm.
3 noyabr 1964
____________________Azərbaycan Milli Kitabxanası___________________
235
CƏFƏRİ YAD EDƏRKƏN
Bu torpağın gözü acdır, nə versələr yeyəcək,
O hər zaman dil açıb mən acam, acam deyəcək.
Bu iki sətri əziz dostum Cəfərin ölüm xəbərini eşidəndə demişdim, Onun
ölümü biz dostlarını dərindən sarsıtdı. Cəfəri xalqa sevdirən onun yaratdığı
ölməz əsərlər oldu.
İlk gənclik illərində biz onun əsərlərinə teatrda təkrar-təkrar tamaşa edər və
sonra məktəbimizin dram dərənyində hazırlayıb tələbələr qarşısında nümayiş
etdirərdik. O zaman hər yerdə, hər evdə Cəfərin səhnə əsərlərindən qızğın, şirin
söhbətlər gedərdi. Ailələr də təzə doğulan körpələrə təntənəylə, böyük iftixarla
Cəfərin əsərlərindəki qəhrəmanların adlarını qoyurdular. O dövrdə mən
Nəriman Nərimanov adma sənaye məktəbində oxuyarkən onun "Aydın"
pyesində Surxay rolunda çıxış etmişdim. Bu tamaşanın rejissoru Cəfərin yaxın
dostu, xalqımızın böyük sənətkarlarından biri olan mərhum İsmayıl
Hidayətzadə idi. Cəfərlə yaxından tanışlığım 1925-ci ildə Azərbaycan Dövlət
Darülfünun Şərq fakültəsində oxuyarkən oldu. O yuxarı kursda olduğuna
baxmayaraq bizimlə dostluq eləyirdi.
Onun sadəliyi, səmimiliyi, təvazökarlığı bizi özünə ürək dostu eləmişdi.
O, 1926-cı ildə darülfünun nəzdində dram və ədəbiyyat dərnəyinin
təşkilində bizə çox yaxından kömək etdi. Cəfər, bu dərnəklərə tez-tez gəlib bizə
gözəl məsləhətlər verirdi.
Yadımdadır, biz Hüseyn Cavidin mənzum "iblis" faciəsini böyük bir
həvəslə tamaşaya hazırlayırdıq. Məşqlərimizdə o da iştirak edirdi. Əfirasiyab
Bədəlbəyli İblis, mən isə Arif rolunda çıxış etməli idik. Yaman həyəcan
keçirirdik... Cəfər bizə ürək-dirək verib tamaşanın yaxşı keçəcəyindən
danışdıqca biz özümüzdə qüvvət, cəsarət hiss eləyirdik. Doğrudan da o zaman
Mirzə Fətəli Axuudov teatrında verdiyimiz tamaşa müvəffəqiyyətlə keçdi.
Hətta "Kommunist" qəzetində bu tamaşa haqqında yaxşı bir məqalə də çıxdı.
Biz darülfünunda dərslərimizə yaxşı hazırlaşan tələbələrdən idik. Bir dəfə
təhsil linin sonunda fars dilindən imtahana hazır olmadığımızı başa düşdük. Bir
neçə nəfərdən başqa tələbələrin hamısı imtahan verib qurtarmışdı. Bu dəfə də
Cəfər köməyimizə yetişdi. O
____________________Azərbaycan Milli Kitabxanası___________________
236
bizə müəllimin evinə gedib orda imtahan verməyi məsləhət gördü. Cəfər də
imtahana gecikənlər sırasında idi.
Fars ədəbiyyatı müəllimi Mirzə Möhsün içəri şəhərdə yaşayırdı. Cəfər,
Əfrasiyab Bədəlbəyli və mən qərara gəlib onun evinə tərəf yollandıq.
Müəllimimiz kiçik, qaranlıq bir otaqda yaşayırdı. O, bizi görüb təəccübləndi.
Cəfər dedı ki, sizə imtahan verməyə gəlmişik. Müəllimimiz otağın
pərakəndəliyindənmi, ya nədənsə yaman tutulmuşdu.
İlk söhbətə Cəfər başladı. Vəziyyət elə oldu ki, müəllimimiz yox, biz
müəllimimizi imtahana, sorğu-suala çəkdik. Ona yeni fars ədəbiyyatı haqqında
suallar yağdırırdıq. O da bizə hərarətlə cavab verirdi.
Nəhayət, Mirzə Möhsün gülümsəyərək kitabçamızı alıb fars ədəbiyyatından
bizə qiymət yazdı. Biz Mirzə Möhsünün yanından çıxıb qələbəni təntənəylə
qeyd elədik.
Cəfər Cabbarlı "Gənc qızıl qələmlər ittifaqının" üzvü olmasa da o bu
təşkilatın yaranmasında yaxından iştirak edənlərdən biri idi. İttifaq
yaranmamışdan əvvəl "Kommunist" qəzeti yanında ədəbiyyat dərnəyi vardı. Bu
dərnəkdə gənclərin yeni əsərləri təhlil və müzakirə olunmdu. Cəfər Cabbarlı bu
dərnəyə demək olar ki, rəhbərlik eləyirdi. Cəfər o zaman "Kommunist"
qəzetinin əməkdaşı idi. Müəyyən illərdə qəzetə rəbbərlik edən Həbib Cəbiyev,
Ruhulla Axundov, Cəfərə böyük hörmət bəsləyirdilər. Qəribə burasıdır ki,
Cəfər kimi sənətkar, istedadlı, şöhrətli dramaturq həmişə gənclərin arasında
görünürdü...
Dostu səfərdə daha yaxşı, daha dərindən tanımaq olur.
Cəfər Cabbarlı ilə bir neçə dəfə səfərdə olmuşuq. İlk səfərimiz 1929-cu ildə
Gürcüstana, Ermənistana getməyimizdir. Heyətimizin sədri Haqverdiyev, katibi
isə mən idim. Bizi çox böyük hörmət və məhəbbətlə qarşıladılar.
Bütün səfər boyu Cəfər biz gənclərin arasında idi. Cəfərin məzəli, duzlu
söhbətləri, hazırcavablıği biz gəncləri ona daha yaxın eləmişdi.
Bir gün Tiblisidən Msxetiyə yola düşərkən, Cəfər, Şaiq və mən bir maşına
minməli olduq. Qabaqda qocaların - Haqverdiyevin, Qalaktion Tabidzenin
mindiyi maşın gedirdi. Birdən Cəfər sürücünün qulağına gülə-gülə nə isə
pıçıldadı. Sürücü maşının sürətini artırdı. Yoldan toz qaldıran maşınımız
mənzilə hamıdan əvvəl yetişdi. Qocaların maşını bizdən sonra gəlib çixdı.
Haqverdiyev çox pərt idı. Mən ondan belə bir töhmət aldım: "Bu dəfəlik
günahından keçirəm... Adam sədrin maşınını keçməz, cavan oğlan!.."
____________________Azərbaycan Milli Kitabxanası___________________
237
Mən onun sözlərini təsdiq edərkən Cəfər bığaltı gülürdü. Tbilisidə,
Yerevanda və başqa şəhərlərdə keçirdiyimiz xoş saatlar, günlər unudulmazdır.
Cəfər Cabbarlı da bu səfərin ən qaynar, fəal nümayəndələrindən biri kimi
bizi ruhlandırırdı. İllər keçdikcə Cəfərlə dostluğumuz get-gedə bərkiyirdi. O
yeni yaranan hər yaxşı əsərə ürəkdən sevinən sənətkardı. Hacıbaba Nəzərli ilə
yazdığımız və işçi teatrında tamaşaya qoyulmuş "Yanğın" komediyası
münasibətilə o məni səmimi təbrik etdi, alqışladı. Dövlət dram teatrı üçün əsər
yazmaği məsləhət gördü. Ədəbiyyata xaltur əsərləriə soxulmaq istəyən təsadüfi
adamlara qarşı Cəfər amansızdı. Bəziləri ağzına gələni yazıb dövlət dram
teatrında zorla oynatmaq xəyalına düşmüşdü. Bunlar rədd cavabı aldıqda
böhtanlara, iftiralara əl atmaqdan çəkinmirdilər. Bəziləri isə döviət dram
teatrtnda Cəfərin vəzifəsinə, lojasına belə göz dikmişdilər.
Bir defə Cəfər mənə bu adamların əlindən zinhara gəldiyini söylədi. Mən bıı
məsələylə əlaqədar "Kommunist" qəzetində çıxış etmək istədim. O buna razı
olmadı. Mən öz fikrimi ayrı şəkildə qələmə aldım. "Dramaturq Səfdər Əmi
oğlu" adlı hekayəmdə Cəfərə qarşı olan xalturaçılara, böhtançılara qarşı çıxdım.
Cəfərin üzünə tərif sözləri deyiləndə heç xoşlanmazdi. O, həmişə: "mən
həvəskaram, yazırıq, görək axırımız hara çıxacaq" - deyərdi.
Biz Cəfərlə hər görüşəndə ürəkdən sevinərdik. O, həmişə yazıb yaratmaq
eşqilə yaşayırdı.
1934-cü ildə Moskvadan sovet yazıçıları qurultayından qayıdandan sonra
Cəfər xəstələndi. Xəstəykən bir gün məni evinə çağırtdırdı. Yanında yalnız
Əlili vardı. Quzu kəsmişdilər, Sona baci gözəl süfrə açdı. Söhbətimiz uzun
çəkdi...
Bir neçə ay sonra bir gün onun aramızdan getdiyini eşidəndə gözlərimdən
ixtiyarsız yaşlar axdı. O, aramızdan gənc ikən getdi. Cəfər xalqımız üçün hələ
bir çox qiymətli əsərlər yarada bilərdi. O, böyük, coşqun istedadın aramızdan
vaxtsız getməsinə inana bilrairdik. Heyhat, bu itki ədəbiyyatımız üçün böyük,
çox ağır bir itki oldu. Təsəllimiz budur ki, Cəfərin əsərləri yaşayır və həmişə
yaşayacaqdır. Demək, dostumuz Cəfər də yaşayır və yaşayacaq!
Fevral 1960
____________________Azərbaycan Milli Kitabxanası___________________
238
VLADİMİR MAYAKOVSKİ
Sovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə
gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən
Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq
həyatıma xeyirxah təsir buraxmışdı. İllər ötdükcə Mayakovskinin əvəzedilməz,
təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın
görünür.
Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə
yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara
rast gəlirik.
Bu yaxınlarda bir təşkilatdan mənə belə sual verdilər: "Mayakovski Bakıda
olarkən aşıqlarla görüşməsi və bir aşığın sazına rus aşığından Azərbaycan
aşığına" sözünü yazması doğrudurmu? Bir jurnalist bizə bu haqda bir məqalə
yazmışdır. Mən bu sualı verən yoldaşa bildirdiın ki, Mayakovski Bakıda
aşıqlarla görüşmədiyinə görə bir aşığın sazına, deyilən sozü də yaza bilməzdi...
Mayakovskinin şeirlərilə 1925-ci ildən tanışdım. Onun özünə və
yaradıcılığına dərin hörmət və məhəbbət bəsləyirdim.
Ədəbiyyata təzəcə həvəs göstərdiyimiz və rus sovet şairlərindən öyrənməyə
can atdığımız illər idi.
O zaman rus sovet şairlərinin əsərlərini diqqətlə izləyib öz respublikamızda
yeni inqilabi sovet ədəbiyyatı uğrunda mübarizə aparırdıq. "Sənət sənət
üçündür" nəzəriyyəsinin tərəfdarları, mücərrədçilər, formalistlər, simvolistlər
yaranmaqda olan yeni poeziyamızın inkişafına əngəl törətmək istəsələr də,
onlar öz arzularına nail ola bilmirdilər.
O zaman respublikamızın daxilində künc-bucaqda maskalanmış
pantürkistlər, millətçilər Azərbaycan yazıçılarının öz rus qələm dostlarıyla
yaxınlaşmasına mane olmaq istəyirdilər. Onlar iradəsi zəif, sinfi görüşü
yetişməmiş, bəzi gəncləri həqiqət yolundan müvəqqəti azdırsalar da, lakin öz
murdar niyyətlnrinə nail ola bilmirdilər...
Mətbuat səhifələrində tez-tez rus yazıçı və şairlərinin gözəl əsərlərini çap
edib geniş oxucu kütlələri arasında yayırdıq. O illərdə Moskvadan Bakıya tez-
tez yazıçılar və şairlər gəlirdi. Onlarla yaxınlaşan görüşümüz yeni inqilabi
poeziyamızın inkişafı üçün çox xeyirli olurdu.
____________________Azərbaycan Milli Kitabxanası___________________
239
Məsələn, dahi sovet yazıçısı Maksim Qorkinin Bakıya gəlməsi və biz gənc
yazıçılarla müsahibəsi ədəbiyyatımızın inkjşafı üçün cox əhəmiyyətli bir
hadisə oldu.
Mayakovski Bakıya 1927-ci ilin dekabr ayında gəldi. Onun şeir gecələrinin
iri, maraqlı afişaları Bakı küçələrinin bəzəyi oldu. Azərbaycan proletar
yazıçıları cəmiyyəti indiki Akademiya binasının ikinci mərtəbəsində yerləşirdi.
Mən cəmiyyətin məsul katibi vəzifəsində çalışırdım. Gənc və şair dostlarım
Mayakovski ilə necə görüşmək haqda söhbət edirdi. Onun yanına nə zaman
gedəcəyimizi düşünürdiik. Bir qədər sonra mən qapı arxasından gələn cürətli
sərt addım səsləri eşitdim. Qeyri ixtiyari, lapdan yoldaşlarıma: "Odur,
Mayakovski özü bura gəlir" dedim.
Mənim bu sözüm həqiqətə çevrildi. Qapıdaıı içəri ucaboylu enli kürəkli,
uzun qollu bir adam girdi. Cəld ayağa qalxdıq. O iki iri addım atmaqla bizim
stola yaxınlaşdı. Əllərimizi bir-birimizə uzatdıq.
O: - Mayakovski - dedi. Sevincimizin dərəcəsini dillə demək çətindir.
Oturub söhbətə başladıq. Mayakovskinin söhbətə başlaması o qədər sadə və
səmimi oldu ki, biz özümüzü çox sərbəst hiss etdik.
Mayakovski təşkilatımızın nə kimi ədəbi qüvvəyə malik olmasıyla
maraqlanırdı. O, bizdən nəşriyyatlarla əlaqəmizi, kitablarımızın necə
yayılmasını soruşdu.
Onu bizim əsərlərimizin mövzusu, Bakı neflçilərinə nə kimi əlaqəmiz
olduğu çox maraqlandırırdı. Söhbət əsnasında dedi ki: "Bizə əsərlərimizi
özümüz üçün yazmırıq. Özümüz üçün yazsaydıq nəşr etməyə ehtiyac qalmazdı.
Biz əsərlərimizi geniş oxucu kütlələri üçün yazırıq. Buna görə də ilk növbədə
əsərlərimizi onlara oxuyub fikirləi öyrənməliyik. Xüsusilə siz Bakı şairləri
fabrikalarda, zavodlarda fəhlələrlə, mədənlərdə neftçilərlə əlbir işləməlisiniz.
Bunsuz yeni ədəbıyyat yaratmaq olmaz. Sizin oxucularınız onlardır! Oxucusuz
şair olmaz
Biz ona harada və nə kimi çıxışlar etdiyimizdən danışdıq.
Mayakovski Moskvada yaşasa da, bizim Baki həyatilə yaxından tanışdı.
Ədəbiyyatımız haqqında ötərgi məlumatı vardı.
O, bizə deyirdi: "Gənclər üçün müvəffəqiyyətdən baş gicəllənməsi qorxulu
xəstəlikdir". Sonra Mayakovski dedi:
"Klublarda, mədəniyyət saraylarında təşkil etdiyımız gecələrə kütlələrdə
maraq, ehtiyac oyatmaq lazımdır. Qoy oxucularda
____________________Azərbaycan Milli Kitabxanası___________________
240
şairlərin yeni əsərlərini dinləməyə daxili, bədii ehtiyac oyansın. O şairin şerinə
məhəbbət bəsləyən, onu dinləməyə ehtiyac hiss belə gecələrə axın-axın gələr.
Bunun böyük əhəmiyyəti var".
Biz onunla iki saata qədər səmimi söhbət etdik. Böyük şair qardaşımız
Vladimir Mayakovskinin Bakıya gəlişi və bizimlə açıq, söhbət etməsi
hamımızda böyük ruh yüksəkliyi oyatdı.
Müsahibədən sonra küçəyə çıxdıq. Onunla birlikdə şəhərin küçələrini
gəzərkən yol keçənlərin hamısı dönüb heyran-heyran bu pəhləvan gövdəli, iri
addımlı şairə baxırdı.
Hamı - Mayakovski... Mayakovski... deyirdi. Mayakovskinin ədəbi
gecələrindən biri mədəniyyət sarayında (İndiki akademiyanın binasında) oldu.
Salon ağzına qədər adamla dolu idi. Burada əsas etibarilə ziyalılar, müəllimlər,
mühəndislər, yazıçılar, tələbələr toplanmışdı.
Biz gənc şairlər salonun orta sıralarında bir yerdə oturmuşduq. Bizi gecəyə
şəxsən Mayakovski özü dəvət etmişdi. Budur, Mayakovsk: səhnədə göründü.
Salon hərəkətə gəldi. Alqış sədaları salonu bürudü. Gecəni özü açıb özünə söz
verdi. O, salondakılara ən gözəl əsərlərindən biri olan "Xoroşo" poemasını
oxudu. Mayakovski poemanı oxuyub qurtarandan sonra hamımız onu ürəklə
alqışladıq. Bir nəfər ona belə yazmışdı: "İnsanın qəlbində boşluq olanda, onun
iki çıxış yolu var. Biri susmaqdan digəri isə bağırmaqdan ibarətdir. Siz nə
səbəbo ikinci yolu seçmisiniz?"
Mayakovski əsla pərt olmadı. Lakin biz onun halına acıyırdıq. Onu ürəkdən
sevən, poeziyasına pərəstiş edənlər cərgəsində tək-tük nadanların olması və
belə hərəkət etməsi bizi əsəbiləşdirirdi. Mayakovski bu sualın müəllifinə belə
cavab verdi:
Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da var. O da belə
axmaq suallar yazmaqdan ibarətdir.
Btün salon gülüşdü. O bu cavabilə bizim ürəyimizdən tikan çıxartdı. O vaxt
bir para adamlar unudurdular ki, Mayakovski artıq yaşıl koftalı Mayakovski
deyildir.
Mayakovski bir sıra ölməz poemaların və şeirlərin müəllifidir.
Mayakovskinin günləri Bakıda çox mənalı və səmərəli keçirdi. Fəhlələrin
xahişilə Mayakovski ilə birlikdə Paris Kommunası tərsanəsinə getdik.
Bu göruş günorta yeməyi saatında oldu.
____________________Azərbaycan Milli Kitabxanası___________________
241
Mayakovskinin tərsanəyə gəlişi dalğa kimi fəhlələr arasına yayıldı.
Tərsanənin mexaniki şöbəsinə bir neçə yüz fəhlə toplaşdı. Mərhum yazıçı
Mixail Kamski, Mixail Yurin də buradaydı. Bəli, burada təntənəli, bəzəkli
şərait yoxdu. Burada sovet şeri dəzgahlar arasında, əmək qəhrəmanları üçün
səslənməli idi. Sexdə dərin sükut hökmfərma idi. Mayakovski burada da özü
yığıncaği açıq elan edib özünə söz verdi. Fəhlələr Mayakovskini böyük diqqət
və maraqla dinləyib onun poeziyasına valeh olduqlarını öz gurultulu alqışlarıyla
büdirdilər.
Dəzgahların ahənginə öyrənmiş qulaqlar yeni əsrimizin yeni şeir ahəngini
öz zəhmət himni kimi dinləyirdi.
Fəhlələr Mayakovski şerinin ahəngində, vəznində öz zəhmətlərinin
ahəngini, musiqisini duyub şairə minnətdarlıqlarını bildirirdilər. Şair üçün
bundan da böyük səadət olarmı?
Bir gün Mayakovski, Mixail Yurin və mən yazıçı Mixail Kamskinin Razin
qəsəbəsindəki evində qonaq olduq. Mayakovski Kamskinin qonşuluğundakı
fəhlələrin mənzilləri və yaşayışlarıyla tanış olmaq niyyətilə qocalarla,
cavanlarla söhbətə girişdi. Biz Mayakovskidən Azərbaycan proletar yazıçıları
ilə birlikdə ədəbi gecə təşkil etməyi xahiş etdik. Ədəbi gecəmiz dekabrın 6-da
"Maarif evində" (indi həmin yer Sabir bağıdır) keçdi. Bu gecə Mayakovski bir-
birinin dalınca xeyli gözəl şeir oxudu.
Sonra yenə qaydası üzrə oxucularla söhbətə başladı. Mayakovski salona
xitab edərək: "kim mənim oxuduğum şeirləri başa düşməyibsə. kim,
ümumiyyətlə, mənim şeirlərimi oxuya bümirsə əlini qaldırsın" dedi.
Salonda bir uğultu oldu. Hamı bu suala təəccüb etdi. Çünki bir az əvvəl
hamı onu dərindən başa düşüb alqışlamışdı.
Biz Mayakovski ilə birlikdə bir xatirə olsun deyə şəkil çəkdirməyi qərara
aldıq. O vaxt indiki "Nərgiz" kafesinin yerində ikimərtəbəli köhnə bir bina
vardı. İkinci mərtəbədə Breqadze adlı yaxşı bir fotoqraf işləyirdi. Bakıya gələn
böyük simaların, hörmətli yazıçıların, sənətkarların və dövlət xadimlərinin
şəkillərini o çəkirdi.
Mayakovski ilə bərabar fotoqrafxanaya getdik. Biz Hüseyn Cavid,
Məmməd Arif, Mixail Yurin, Mixail Kamski Q.Stroqonov, P.Tarasov və bir
neçə başqa şairlə birlikdə şəklimizi çəkdirdik. Bu bizimçin ən əziz, ən qiymətli
xatirədir.
____________________Azərbaycan Milli Kitabxanası___________________
242
Mayakovski Bakıdan çox razı getdi. Moskvada təhsil aldığımız illərdi.
Proletar yazıçılarının Azərbaycan seksiyası təşkil edilmişdi. Bu seksiyada
Səməd Vurğun, Əli Nazim, Osman Sarıvəlli, Məmməd Əkbər, Əbdülbaqi
Fövzi, Beydulla Musayev və başqa gənc yazıçi və şairlər vardı. Biz hamımız
Mayakovskinin Moskvada təşkil etdiyi ədəbi gecələrə gedib onu böyük maraqla
dinlərdik. 1930-cu il idi. Yazıçılar evində Mayakovskinin ədəbi fəaliyyətinin 20
illiyi qeyd olunurdu. Mən bir neçə dostumla oraya getdim. Orada Moskva
yazıçılarından yalnız iki nəfəri görə bildim. Bu iki nəfərdən biri "insan cildini
dəyişir" romanının müəllifi məşhur polyak yazıçısı Bruno Yasenski, digəri şair
Bezımenski idi.
Salonda oturanların çoxu fabrikalardan, zavodlardan gəlmiş ədəbiyyat
həvəskarlan, yeni yazanlardı.
Mayakovski öz yubiley iclasını açıq elan edib özünə söz verdi. O, yubiley
gecəsində çox mənalı bir nitq söylədi. Mayakovskinin ədəbi fəaliyyətinin 20
illiyi münasibətilə yazıçılar evinin foyesində təşkil olunmuş maraqlı sərgiyə
axın-axın gənclər, müəllimlər gəlirdi. Həmin sərgidə fəhlə ilə kəndlinin
qardaşlığını göstərən bir rəsm nəzərimi cəlb etdi. Bu rəsm manə tanış gəlirdi.
Bu rəsmin hardan və necə buraya düşdüyünü sərginin təşkilatçısından
soruşdum. Məlum oldu ki, bu rəsmi Mayakovski Bakıdan gətirmişdir. Bəli, bu
rəsm bizim xalq rəssamımız Əzim Əzimzadənin işi idi. Bəlkə də bu rəsmi ona
Əzimzadə özü bağışlamışdı. Bu sərgidə şairin müxtəlif illərdə çap olunmuş
kitabları, plakatları, əlyazmaları, afişaları, karikaturaları, şarjları fotomontajları
vardı.
Mayakovskini son dəfə 1930-cu ilin fevralında Yazıçılar evində gördüm.
Moskva yazıçılarının növbəti konfransı keçirilirdi. Konfransın son günü idi.
Bir sıra cansıxıcı çıxışlardan yaxa qurtarıb bufetdə çay içməklə məşğulduq.
Birdən tənqidçi dostum Sutırin mənə yaxınlaşıb dedi:
- Burda niyə oturmusan? Tez salona keç. Yoxsa çox şey itirmiş olarsan!
Mən cəld salona cumdum. Mayakovski tribunada idi. O, əvvəlcə "Rappa"
qəbul edilməsi haqda öz ərizəsini oxudu. Salondakılar ayağa qalxıb onu qızğın
alqışladılar. Təbrik etdilər. Mayakovski sonra cibindən kibrit qutusundan bir az
iri dəftərçə çıxarıb ordan bizə ilk dəfə
____________________Azərbaycan Milli Kitabxanası___________________
243
"Vo vse qolos" poemasından parça oxudu. Bu şeir öz orijinalığı, öz bədii
qüvvətilə hamımızı sarsıtdi. Salonda alqış sədaları çox uzun sürdü. Mayakovski
şeri ikinci dəfə oxudu. Mayakovskinin Rusiya proletar yazıçıları ittifaqına
qəbul olunması səsə qoyuldu.
Hamımız qırmızı mandatlarımızı bayraq kimi qaldırıb ona ürəkdən səs
verdik. Mayakovski üzvlüyə qəbul edildikdən sonra üzünü köhnə "Rappçılara"
tutub belə dedi: "Mən bu gündən "RAPP"ın üzvüyəm. Lakin onun daxilində
müəyyən məsələlərdə prinsipial mübarizəmi davam etdirəcəyəm!
Mayakovskini bir daha görmədim. Son görüş çox acı və kədərli idu. Aprelin
14-ü idi. Saat 11 radələrində Moskva meydançalarının birində idim. Burada
tanıdığım iki gənc yazıçı məni saxladı. Bunlardan biri dostum idi. Biz onu öz
adıyla çağırmadıq. Aramızda onun adı "Jivoy çelovek" idi. Çünki o iclaslarda
çıxış edərkən bu sözü həddindən çox işlədərdi.
Dostum qəmgin bir tövrlə mənə dedi: "Bilirsənmi, deyirlər Mayakovski
intihar etmişdir. Evləri bu yaxındadır. Biz oraya gedirik".
Bu xəbər məni sarsıtdı. Onun dediyinə inanmaq istəmədim. Onlarla birlikdə
bir həyətə girdik. Bir qapının ağzında qapalı, qara təcili yardım maşını
dayanmışdı. Tanıdığımız bir neçə Moskva yazıçısı həyətdə başıaşağı, kədərli
durmuşdu. Gözlərimiz yaşardı. İki gün sonra bu böyük itkidən ürəyi qana
dönmüş biz gənclər onu qəbiristanlığa qədər müşayiət etdik.
Lakin Mayakovski öz poeziyası ilə bu gün də bizim novator
ədəbiyyatımızın Ön sırasında dayanmışdır. Onun inqilabi, alovlu poeziyası
sabah da yaşayacaqdır.
İyun 1963
Dostları ilə paylaş: |