Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında


İnstitutun fəaliyyətinin idarə olunması



Yüklə 27,35 Kb.
səhifə6/9
tarix18.04.2022
ölçüsü27,35 Kb.
#55700
1   2   3   4   5   6   7   8   9
4 cu

5. İnstitutun fəaliyyətinin idarə olunması

 

5.1. İnstitut öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.



5.2. İnstitut kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən idarə edilir.

5.3. İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. [16]

5.4. İdarə Heyətinin sədri müvəqqəti olaraq öz vəzifələrini icra etmədikdə və ya edə bilmədikdə, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir. [17]

5.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

5.5.1. İnstitutun fəaliyyətinə dair illik hesabatı, habelə illik maliyyə hesabatını və Agentliyin tələbi ilə rüblük və ya digər hesabatları hazırlayaraq Agentliyə təqdim edir; [18]

5.5.2. İnstitutun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri Agentliyə təqdim edir, bu Nizamnamənin 3.1.4-cü və 4.1.7-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür; [19]

5.5.2-1. İnstitutun strateji məqsəd və planlarını müəyyən edir; [20]

5.5.2-2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Agentliyə təkliflər verir və sənədlər təqdim edir;

5.5.2-3. İnstitutun fəaliyyətini təşkil edir və ona nəzarət edir;

5.5.3. ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsini təmin edir;

5.5.4. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

5.5.5. Agentliklə razılaşdırmaqla, İnstitutun əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq edir, İnstitutun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir; [21]

5.5.6. fəaliyyətinə dair daxili qaydaları, habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir; [22]

5.5.7. İdarə Heyətinin və İnstitutun əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir; [23]

5.5.8. İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İnstitutun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə Agentliyin razılığı ilə qərar qəbul edir;

5.5.9. Agentliyin razılığı ilə İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.5.10. aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.5.11. İnstitutun kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

5.5.12. İnstitutun göstərdiyi xidmətlərin və gördüyü işlərin qiymətləri ilə bağlı Agentliyə təkliflər verir;

5.5.13. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

5.5.14. cari və operativ məsələlər barədə Agentliyi məlumatlandırır;

5.5.15. İnstitutun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir; [24]



5.5.16. İnstitutun daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;


Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin