Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında


İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi



Yüklə 27,35 Kb.
səhifə8/9
tarix18.04.2022
ölçüsü27,35 Kb.
#55700
1   2   3   4   5   6   7   8   9
4 cu

6. İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Təsisçi adından İnstitutun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə əsasında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər. [36]



6.2. İnstitutun inkişaf istiqamətlərini Agentlik müəyyən edir.

 

7. İnstitutun nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

7.1. İnstitutun əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. [37]



7.2. İnstitutun əmlakı onun balansında göstərilir.

7.3. İnstitutun nizamnamə fondu 1.000 (bir min) manatdır.

7.4. İnstitutun illik maliyyə hesabatları, illik büdcəsi, o cümlədən maliyyə ilinin sonuna İnstitutun hesabında qalan vəsaitin yönəldilməsi istiqamətləri və işçilərinin say həddi Agentlik tərəfindən təsdiq edilir. [38]

7.5. İnstitut öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İnstitut balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. [39]

7.6. İnstitut qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra İnstitutun, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. [40]

7.7. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddələrinə müvafiq olaraq İnstitut tərəfindən nəzarət tədbirləri məqsədilə həyata keçirilən xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir. [41]

 


Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin