Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında



Yüklə 27,35 Kb.
səhifə7/9
tarix18.04.2022
ölçüsü27,35 Kb.
#55700
1   2   3   4   5   6   7   8   9
4 cu

5.5.17. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

5.5.18. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

5.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclaslarını İdarə Heyətinin sədri və ya onu əvəz edən İdarə Heyətinin digər üzvü çağırır. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər iştirakçı bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir. [25]

5.6-1. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir. [26]

5.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

5.6-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

5.7. İdarə Heyətinin sədri:

5.7.1. İnstitutun fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

5.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir;

5.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

5.7.4. öz təşəbbüsü, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

5.7.5. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.7.6. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

5.7.7. bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla, Agentliyin razılığı ilə İnstitutun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir; [27]

5.7.8. bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla İnstitutun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların (təsərrüfat cəmiyyətlərindən başqa) işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir; [28]

5.7.9. İnstitutun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

5.7.10. Özünün, İnstitutun struktur bölmələrinin (o cümlədən idarə, filial və nümayəndəliklərinin) və təsərrüfat cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; [29]

5.7.11. Agentliyin razılığı ilə dəyəri Agentlik tərəfindən müəyyən ediləcək məbləğdə olan əqdlərin (mühüm əqdlərin) bağlanılması haqqında qərar qəbul edir və onların yerinə yetirilməsini təmin edir; [30]

5.7.12. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür; [31]

5.7.13. İnstitutun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qrupları yaradır;

5.7.14. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

5.7.15. İnstitutda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

5.7.16. İnstitutda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir; [32]

5.7.17. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

5.7.18. Agentliyin tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

5.7.19. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İnstitutun Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Agentliklə razılaşdırmaqla təsdiq edir; [33]

5.7.19-1. İnstitut işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir; [34]

5.7.20. Agentliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.

5.8. İdarə Heyətinin üzvü:

5.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edir;

5.8.2. İdarə Heyətinin iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;

5.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirir;

5.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verir;

5.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olur.

5.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. [35]

 


Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin