Azərbaycan Resbublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində



Yüklə 19,27 Kb.
tarix09.12.2022
ölçüsü19,27 Kb.
#73331
Belge (1)


Azərbaycan Resbublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar kollec

Sərbəst iş: 2


Ad: Amid
Soyad: Ağacanov
Qrup: 280
Kurs: 2
İxtisas: Mühasibat uçotu
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Piriyeva Şəhla
Mözvu: Kommunikasiya prosesində ədəbi dil normalarından düzgün istifadə. Leksik norma

BAKI – 2022


Müasir Azərbaycan dilinin lüğət tərkibi olduqca zəngindir. Dilimizdə əsl türk sözləri ilə yanaşı, həm formaca, həm də məzmunca türkləşmiş ərəb və fars mənşəli sözlər işlənir.

  • Yadda saxlamaq lazımdır ki, dünyanın başqa dillərində olduğu kimi, Azərbaycan dilində də leksik (leksik – semantik) normanın keyfiyyətini milli leksik müəyyən edir.

  • Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.

  • Milli leksika, yəni əsl türk sözləri ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək tezliklə işlənir. İkinci yeri milliləşmiş alınma leksika tutur

  • Leksik norma hər hansı bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir

  • Hər bir söz tarixi inkişaf prosesinin nəticəsində müəyyən məna – məzmun ( semantika) qazanır.

Leksik normanın tələbinə görə hər bir söz öz yerində işlənməlidir. Söz yerində işləmirsə, demək fikir düzgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi ödənilmir

Məsələn : ” Anam başımın yanında dua edirdi” cümləsində ” yanında” sözü yerinə düşmür. Onun yerinə üstündə”  sözü işlınmıli idi. Deməli, burda leksik norma pozulmuşdur.


Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yer verilmir. Küçük, mənə qulaq as – cümləsində kobud söz işləndiyi üçün leksik norma pozulmuşdur. Əgər bu tipli sözlər bədii üslubda bədii məqsədlər üçün edilibsə, leksik norma pozulmur.
☑️ Frazeoloji birləşmələr, bədii təsvir və ifadə vasitələri və ümumiyyətlə, məcazilik norma pozuntusu hesab edilmir.
Leksik norma funksional üslublara görə də fərqlənir. Məsələn :bədii üslubda obrazlı sözlər, ifadələr geniş işləndiyi halda, elmi üslub üçün bu,xaraqterik deyil. Elmi üslubda terminlər üstünlük təşkil edir.

Sözdən düzgün istifadə ilə yanaşı, nitq mədəniyyəti tələb edir ki, o dəqiq və ifadəli olsun, yəni məna incəliklərinə diqqət yetirməklə, müvafiq sinonim variantlardan faydalanmaqla işlədilsin.


Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlər də çox ehtiyyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir. Bu tipli sözlərdən yalnız obrazı təqdim etmək, fərdiləşdirmək üçün istifadədə də, obrazın,bəzi hallarda isə müəllifin nitqində istifadəyə yol verilir.
Leksik norma funksional üslublara görə də gözlənilməlidir. Elmi və ya rəsmi – işgüzar üslubda obrazlılığa yol vermək olmaz.

Leksik normanın pozulmasına nümunələr:


  1. Novruz bayramı günü onlar bizim qapımıza papaq tulladılar (atdılar).

  2. Humay boşqaba aş qoydu (çəkdi).

  3. Toyuqlar yuvalarına doluşdu ( hinə).

  4. Gedib zər tulladıq ( atdıq).

  5. At ayaqlarını şəklədi ( qulaqlarını).

  6. Onun maraqlı yaddaşı var ( iti).

  7. Aşağıdan yuxarıya ( yuxarıdan aşağıya) baxanda dağın dibindən axan çay görünürdü.

  8. Axırıncı zəng günü çox kövrəlmişdik ( son).

  9. Kənd itləri miyoldayırdı ( hürürdü).

  10. Hündür ( ali) mərtəbəyə çatmaq onun çoxdan kı arzusu idi.

  11. Stəkanlar stola sərildi ( stola düzüldü).

  12. İnci rəfiqəsi üçün boşqaba aş qoydu ( çəkdi)

  13. Dünən güclü ( dəhşətli) qətl hadisəsi törədilmişdi.

  14. Lalə onu tanımasınlar deyə qara eynək geyinmişdi ( taxmışdı).

  15. Quşlar gedib ağaca oturdular (qondular).

  16. Alma hələ göy idi ( yetişməmişdi), yeməli deyildi.

  17. Qız südü iri teştə yaydı ( tökdü).

  18. Anam qonaqlara çay tökdü ( süzdü).


Ədəbiyyat: İnternet resursları
Yüklə 19,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin