Göstərilən tibbi xidmətin faktik maya dəyərinin hesablanması (qr. 4 = qr.
1 + qr. 2 + qr.3).
Misal. Özəl müalicə profilaktika müəssisəsində 2012-ci ilin aprel ayında
“Medial epikondilitin cərrahi müalicəsi” tibbi xidməti göstərilmişdir. Müəssisənin
mühasibi tibbi xidmətin faktik maya dəyərinin kalkulyasiyasını tərtib etmiş və tibbi
xidmət üzrə xərclərin qeydiyyatı kartoçkasını doldurmuşdur .
Səhiyyə üçün xərclər aşağıdakı kimi müəyyən edilir:
1.
Rayonlar üzrə xəstəxanaların və digər stasionarların tibbi işçilərinin əmək haqqı
fondunun həcmi müəyyən edilir. Şəhərlərdə, qəsəbə və kəndlərdə yerləşən hər
bir dispanser üzrə müəyyən edilən çarpayıların orta illik sayından və bir ildə
çarpayıya düşən orta əmək haqqından asılı olaraq:
ƏHF il= C orta · ƏHc
Burada ƏHF il – illik əmək haqqı fondu;
ƏHc- il ərzində çarpayıya düşən orta əmək haqqı.
Dostları ilə paylaş: |