AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə27/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   23   24   25   26   27   28   29   30   ...   46
§ 13.1 Qlobal inkişafın III mərhələsi haqqında bəzi mülahizələ

 

əvvəlcədən  qeyd  etmək  lazımdır  ki,  bir  çox  təsnifatlarda  dünya 

iqtisadiyyatının  inkişafının  III  mərhələsi  I  və  II  Dünya  müharibələri 

dövrü ilə  çərçivələnir. Göstərilən  yanaşma, ümumiyyətlə iqtisadi tarixin 

geniş  spektrliyinə  əsaslanmaqla  aparılan  yanaşmadır.  Qeyd  edilən  dövr 

çox  böyük  itkilərlə  müşahidə  olumuşdur.  Sırf  iqtisadi  itkilər  anlamında 

həmin  dövrün  bəşər  tarixində  analoqu  yoxdur.  Lakin  sözügedən  dövrün 

əlahiddələşməsi yalnız kəmiyyət göstəricilərinə uyğun olaraq aparılır. 

Kəmiyyətcə  azalma,  yaxud  çoxalma  hələ  öz-özlüyündə  sistemin 

keyfiyyətcə  yeni  mərhələyə  keçidi  anlamını  vermir.  Eyni  zamanda, 

kəmiyyət  çoxalmaları  mexaniki  olaraq  keyfiyyət  yeniləşməsinə  gətirib 

çıxarmır,  yaxud  bu  proses  heç  də  həmişə  keyfiyyət  yeniləşməsi  ilə 

müşaiyət olunmur. 

Düzdür, qeyd edilən yanaşma, ümumiyyətlə, tarixi-iqtisadi prosesin 

müəyyən  “dayanacaqlarla”  gedişi  nöqteyi-nəzərindən,  həmçinin,  sırf 

istorizm  (tarixilik)  mövqeyindən  müəyyən  qeyd-şərtlərlə  qəbul  edilə 

bilər. 

Amma  dünya  iqtisadiyyatının  sistem  keyfiyyətində  inkişafı 



prizmasından göstərilən  təsnifat (dövrlənmə) birtərəfli xarakter daşıdığı, 

məzmunlu  keyfiyyət  aspektini  nəzərə  almadığı  üçün  inkişaf  mərhələsi 

(ayrıca bir pillə keyfiyyətində) kimi qəbulu mümkünsüzdür!  

Ona görə ki:  

1.  Dünya  iqtisadiyyatı  –  iqtisadi  sistemdir!  Dünya  iqtisadiyyatının 

tarixi  fənni  də  məhz  həmin  sistemin  genezisi,  formalaşması  və  inkişaf 

tarixini  öyrənir.  Bu  baxımdan,  mərhələli  bölgü  birmənalı  olaraq 

keyfiyyət aspektinə istinadla aparılmalıdır. 

2.  Dünya  iqtisadiyyatında  (bir  sistem  olmaq  etibarilə)  keyfiyyət 

dəyişikliyi  (1970-ci  illərdə)  –  “istehsal”  iqtisadiyyatının  “xidmət” 

iqtisadiyyatına keçidi dövründə baş vermişdi. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



322

                                                            

Dünya iqtisadiyyatının formalaşdığı, qərarlaşdığı andan (XIX əsrin 

sonu-XX əsrin əvvəlləri) bu ana qədər (1970-ci illərə) kəmiyyət və forma 

dəyişkənliyi  baş  vermişdir  ki,  bunların  da  dövrlənmə  kriteriləri  kimi 

tətbiqi metodoloji aspektdən yalnışdır. 

3.  “Xidmət”  iqtisadiyyatına  keçid  dünya  iqtisadiyyatında,  eləcə  də 

bütövlükdə  sivil  dəyərlər  sistemində  substansional  dəyişikliklərə 

səbəb oldu və s. 

1913-1970-ci  illər,  əslində  dünya  iqtisadiyyatının  (genezis  və 

qərarlaşma  nəzərə  alınmadan)  bir  sistem  kimi  inkişafında  birinci 

mərhələdir.  Bu  mərhələni  məzmun  tutumu  baxımında  2 xronoloji  dövrə 

ayırmaq olar: 

 1. 1913-1938;  

          2. 1938-1991. 

Bu  dövrdə  ümumbəşəri  rifaha  birbaşa  zərbə  vuran  bir  çox  nəhəng 

tarixi hadisələr baş vermişdir: 

1.

  I Dünya müharibəsi (1914-1918); 



2.

  Dünya iqtisadi böhranı (1929-1933); 

3.

  II dünya müharibəsi (1939-1945); 



4.

  Dünya sosialist sisteminin yaranması (1917-1991). 

Bu  hadisələrin  hər  biri  ayrı-ayrılıqda  böyük  təsir  gücünə  malik 

olmuş  və  dünya  iqtisadiyyatının  sabitqədəmli  inkişaf  prosesində  böyük 

fəsadlar yaratmışdır. 

 

 



§ 13.2. I Dünya müharibəsi: səbəbləri və iqtisadi nəticələri 

 

XX  əsrin  əvvəllərindən  etibarən  aparıcı  ölkələr  arasında  dünyanın 

yenidən  bölüşdürülməsi,  təsir  sferalarının  genişləndirilməsi,  kapital 

qoyuluşu,  xammal  mənbələri  üzrə  ziddiyyətlərin  kəskinləşməsi  I  Dünya 

müharibəsinə gətirib çıxardı (1914-1918). 

Birinci  Dünya  müharibəsinin  səbəbləri  sırasına  aşağıdakıları  aid 

etmək olar: 

1.

  XX  əsrin  əvvəllərindən  başlayaraq  Almaniyanın  beynəlxalq 



səviyyəli  siyasi  proseslərdən  və  dünya  bazarlarından 

sıxışdırılması;  Məhdud  iqtisadi  resurslara  malik  Almaniyanın 

inkişafı  yolundakı məneələrin müharibə ilə  aradan qaldırılması 

zərurətinin yaranması; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



323

                                                            

2.

  Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının 



bölgüsü 

üzrə 


yaranmış 

ziddiyyət 

və 

onun 


aradan 

qaldırılmasında iqtisadi metodların gücsüzlüyü; 

3.

  Lider  ölkələrin  öz  mövqelərini  nəyin  bahasına  olursa-olsun 



saxlamaq istəyi; 

4.

  Əsas bazarların inhisarlaşması. 



Göründüyü  kimi,  I  Dünya  müharibəsinin  əksər  səbəbləri  iqtisadi 

məzmun daşıyır. 

ki  hərbi  blok  –  Antanta  və  Avstriya  –  alman  blokları  arasında 

başlanan müharibə 2.0 mlrd. nəfər əhalisi olan 56 ölkəni əhatə edirdi. 

Müharibə  çox  ağır  nəticələrlə  sonuclandı.  10  mln.  nəfər  həlak 

olmuş,  20  mln.  nəfər  yaralanmışdır.  Hərbi  əməliyyatlar  nəticəsində  500 

döyüş, 6 min ticarət  gəmisi batırıldı.  qtisadiyyat birmənalı olaraq hərbi 

relsə keçirilmişdi. 1917-ci ildə Antanta (ABŞ – istisna omaqla) blokunda 

13 mln. işçisi olan 40 min müəssisə, Alman-Avstriya blokunda isə 6 mln. 

işçisi olan 10 min müəssisə hərbiyə işləyirdi. 

Müharibə  illəri  ərzində  30  mln.  tüfəng,  1  mln.  pulemyot,  150 

mindən  çox  artilleriya  qurğusu,  9  min  tank,  180  mindən  çox  təyyarə 

istehsal olunmuşdu. 

Ümumi hərbi xərclər 200 mlrd. doll. (o illərin qiymətləri ilə) təşkil 

etmişdi ki, bu da qızıl ehtiyatlarından 12 dəfə çox idi. 

Müharibə  bəşəriyyətin  o  dövrə  qədər  əldə  etdiyi  sərvətlərin  1/3-ni 

məhv etdi. 

Yalnız  Yaponiya  və  ABŞ  müharibənin  gedişində  milli  sərvətlərini 

müvafiq olaraq 25% və 40 % artıra bildi. Yaponiya Cənub-Şərqi Asiyada 

ticarəti  öz  inhisarına  aldı.  ABŞ  isə  hər  iki  bloka  silah  satmaqla  dünya 

qızıl  ehtiyatlarının  təxminəm  50%-ni  ələ  keçirdi.  Əksər  Qərb  ölkələri 

ABŞ-nın borclularına çevrildi. 

Müharibə  Üçlər 

ttifaqının  (Almaniya,  Avstriya-Macarıstan, 

Osmanlı imperiyası) məğlubiyyəti ilə nəticələndi.  

Versal  sülh  müqaviləsinə  (1919)  görə  Almaniya  ərazisinin  1/8-ni, 

əhalisinin isə 1/10-ni itirdi. Eyni zamanda, Almaniyanın Şərqi və Cənub-

Qərbi  Afrikadakı  müstəmləkələri  ngiltərəyə,  Kamerun  və  Toqo  isə 

Fransaya  keçdi.  Almaniyanın  ödəyəcəyi  təzminatın  məbləğı  132  mlrd. 

marka  həcmində  müəyyənləşdirildi.  Almaniya  ilə  bir  blokda  olan 

Osmanlı  imperiyası  ilə  Sevr  müqaviləsi  imzalandı  və  o,  1923-cü  ildə 

Lozanna  müqaviləsi  ilə  əvəz  olundu.  Müharibənin  gedişi  və  ondan 

sonrakı  dövrdə  Antantanın  Avropada  türk  varlığını  məhv  etmək 

istiqamətindəki  bütün  səyləri  nəticəsiz  qaldı.  Qazi  Mustafa  Kamal 



Dünya iqtisadiyyatının tarixi 

 

 



324

                                                            

Atatürkün rəhbərliyi altında verilən mücadilə möhtəşəm Türk dövlətinin 

– Türkiyə Respublikasının yaranması ilə nəticələndi. 

Sosial-iqtisadi  aspekt  də  əlavə  olunmaqla  I  Dünya  müharibəsinin 

əsas nəticələri sırasına aşağıdakıları da aid etmək olar: 

1.

  Rusiyada  Oktyabr  çevrilişi  ilə  beynəlxalq  səviyyədə  siyasi 



situasiyanın gərginləşməsi; 

2.

  Əsas iqtisadi resursların kəskin şəkildə azalması; 



3.

  Ekoloji situasiyanın pisləşməsi; 

4.

  Təsir sferalarının yenidən bölgüsü; 



5.

  Bazarların və istehsal sferasının struktur dəyişiklikləri. 

I Dünya müharibəsinin vurduğu iqtisadi zərərin aradan qaldırıldığı, 

aparıcı ölkələrin dinamik inkişaf yoluna qədəm qoyduqları andan (1929-

cu  il)  “Böyük  durğunluq”  adlanan  planetar  səviyyəli  iqtisadi  böhran 

başladı. 



 

§ 13.3.  Böyük depressiya (1929-1933) 

 

1929-cu  ildə  baş  verən  dünya  iqtisadi  böhranı  kifayətqədər 



fəallaşmış məcmu iqtisadi proseslərin normal gedişini dayandırdı. 1929-

33-cü  illər  böhranı  istehsal  →istehlak  cütlüyündə  yaranan  ziddiyyətlər 

kompleksindən  qaynaqlanmışdır.  Əslində,  söhbət  geniş  təkrar  istehsal 

prosesinin  sistemli  gedişinin  pozulmasından,  ayrı-ayrı  elementlər 

səviyyəsində  əlahiddələşmədən,  XIX  əsrin  sonundan  başlanan 

ictimaişləşmə tipinin böhranından gedirdi. 

qtisadi  böhran  –  “görünməyən  əlin”  effekt  yaratma  mexanizmə 

olan  inamı  sarsıtdı.  Özünütənzimlənmənin  sərhədsiz  olmadığını,  onun 

mütləq  dövlət  tənzimlənməsi  ilə  optimal  uyğunluğa  gətirilməsi 

zəruriliyini ortalığa qoydu. 



 

Cədvəl 13.1 

1929-1933-cü illər böhranı: sənaye istehsalı indeksi (1913=100) 

  

llə

Dünya (¹) 

ngiltərə 

Fransa 

Almaniya 

ABŞ 

1929-  böhranın  başlan-

ğıcı il 

 

1933–  böhrandan  çıxış 



ili 

150 


 

84 


104.4 

 

70.7 



144 

 

92 



108.3 

 

51.8 



182.6 

 

81.2 



Dünya iqtisadiyyatının tarixi 

 

 



325

                                                            



Qeyd: SSR  nəzərə alınmadan. 

 

Cədvəldəki  məlumatlardan  göründüyü  kimi,  böhran  illərində 



sənaye  istehsalı  əksər  inkişaf  etmiş  ölkələr  üzrə  hətta  1913-cü  il 

səviyyəsindən də aşağı düşmüşdü. 

Ən  çox  azalma  Almaniyada  baş  vermişdir.  Zatən,  Almaniya  I 

dünya  müharibəsindəki  məğlubiyyətindən  sonra  yenicə  dirçəlməyə 

başlamış,  1913-cü  il  səviyyəsini  azca  ötməklə  normal  inkişaf  yoluna 

qədəm qoymuşdu. 

 

§13.4. Qərb ölkələri müharibələrarası  

(I və II Dünya müharibələri) dövrdə 

 

§ 13.4.1. ABŞ iqtisadiyyatı 

 

1929-33-cü  illərdə  baş  vermiş  iqtisadi  böhran  Nyu-Yorkun  Fond 



birjasından  başlamaqla  bank  sistemini,  sənayeni  və  kənd  təsərrüfatını 

əhatə  etməklə  dünya  iqtisadiyyatını  əməlli-başlı  silkələdi.  Böhranın  ən 

ağır  təsir  etdiyi  ölkə  ABŞ  idi.  Böhranaqədərki  dövrdə  ABŞ  dünyanın 

lider  ölkəsinə  çevrilmiş,  bütün  Avropanı  viran  qoyan  I  Dünya 

müharibəsindən daha da güclənmiş halda çıxmışdı (Cədvəl 13. 2). 

Cədvəldəki məlumatlardan göründüyü kimi, 1929-cu ildə (1913-cü 

illə  müqayisədə)  əksər  göstəricilər  üzrə  kəskin  artım  müşahidə  edilirdi. 

Neft  hasilatı  8  dəfə,  çuqun  istehsalı  37.4%,  polad  istehsalı  80.0%, 

avtomobil  istehsalı  11.1  dəfə,  ixracat  2.1  dəfə,  idxalat  2.4  dəfə  və  s. 

artmışdı. 

1932-ci ildə isə ABŞ-da məcmu sənaye istehsalı 46%, o cümlədən, 

çuqun istehsalı 79%, polad istehsalı 76%, avtomobil istehsalı 80% aşağı 

düşmüşdü. 

Böhran illəri ərzində (1929-33) 135 mindən çox ticarət, maliyyə və 

sənaye  firmaları,  5760  bank  müflisləşdi.  Xarici  ticarət  dövriyyəsi  3.1 

dəfə azaldı. Əksər göstəricilərə görə ölkə 1911-ci ilin səviyyəsinə düşdü. 

Səhmlərin  məzənnəsinin  aşağı  düşməsi  25  mln.  nəfərin  yaşayış 

səviyyəsinə  kəskin  şəkildə  mənfi  təsir  göstərdi.  şsizlərin  sayı  50%-ə 

qədər  artdı.  Böhran  aqrar  sferada  da  böyük  fəsadlar  doğurdu.  1934-cü 

ildə  taxıl  yığımı  36%,  qarğıdalı  yığımı  45%  azaldı,  kənd  təsərrüfatı 

məhsullarının  satış  qiyməti  58%  aşağı  düşdü,  1  mln.-dan  çox  fermer 

müflisləşdi. 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



326

                                                            



Cədvəl 13.2 

ABŞ-ın iqtisadi inkişaf dinamikası (1913-1938) 

 

Göstəricilə

1913 

1918 

1929 

1938 

1938  ⁄1913-

cü 

ilə 

nisbətən  

%-lə 

1. Əhali, mln.n 

2. Sənaye istehsalı indeksi  

(1923-1925=100) 

 3. Kömür istehsalı,  

mln. t. 


4. Neft hasilatı, mln. barrel 

 

5. Çuqun istehsalı mln.t. 



6. Polad istehsalı, mln.t 

7. Avtomobil istehsalı, min ədəd 

8. Pambıq istehlakı,  

min kip. 

9. Taxıl yığımı, mln. kvintal 

 

10. Pambıq əkin sahəsi, mln.ha 



11. Pambıq yığımı, mln. kvintal 

 

12. xracat, mln.dol 



13. dxalat, mln.dol 

96.5 


69 

 

508.9 



 

10.4 


 

31.0 


31.3 

0.485 


 

5786 


 

204 


 

14.3 


 

30.7 


 

2448 


1757 

104 


83 

 

605.5 



 

31.5 


 

39.1 


44.5 

1.2 


 

7685 


 

246.1 


 

14.2 


 

26.1 


 

6048 


2930 

 

122 



119 

 

543.7 



 

83.9 


 

42.6 


56.4 

5.4 


 

7970 


 

223.8 


 

17.5 


 

32.1 


 

5157 


4315 

130 


105 

 

355 



 

91.5 


 

19.5 


28.8 

4.8 


 

5914 


 

194.7 


 

11.1 


 

27.5 


 

3300 


3100 

+34.7% 


 

-30.3% 



 

+8.8 dəfə 

 

-37.1% 


-8.0 % 

+9.9 dəfə 

 

+2.2% 


 

-4.6% 


 

-22.4% 


 

-10.5% 


 

+34.8% 


+76.4% 

 

Bu  dövrə  qədərki  zaman  intervalında  liberal  dəyərlərin  hüdudsuz 



tətbiqi, 

fərdiyyətçiliyinin 

“mütləqləşməsi” 

müşahidə 

olunur, 

iqtisadiyyatın dövlət tənzimlənməsi birmənalı şəkildə rədd edilirdi. 

Yaranmış  böhran  situasiyasından  çıxış  yolu  axtaran  Amerika 

hökuməti  (Prezident  Q.Quver)  ilkin  olaraq  ticarət  proteksionizminin 

tətbiqi ilə kifayətləndi. O, hesab edirdi ki, 60 gün ərzində ölkə böhrandan 

çıxa biləcəkdir. Lakin böhran getdikcə dərinləşməkdə idi. 

1931-ci ildə müflisləşməni önləmək məqsədilə bankların (eləcə də, 

sənaye  və  nəqliyyat  müəssisələrinin)  dövlət  tərəfindən  kreditləş-

dirilməsinə  cəhd  edildi.  Bu  məqsədlə  yaradılmış  Milli  kredit 

korporasiyası  (3.5  mlrd.  dol.  kapitalla),  “Federal  fermer  bürosu” 

müəyyən  işlər  görə  bilmişdi.  Büronun  əsas  vəzifəsi  kənd  təsərrüfatı 

məhsullarının  qiymətlərini  dəstəkləməkdən  ibarət  idi.  Lakin  bu 



Dünya iqtisadiyyatının tarixi 

 

 



327

                                                            

istiqamətdəki  fəaliyyət  yekun  etibarilə  heç  bir  effekt  vermədi.  1933-cü 

ildə işsizlərin sayı artıq 17 mln. nəfəri keçmişdi. 

Elə  həmin  il  ABŞ-ın  prezidenti  seçilmiş  F.D.  Ruzvelt  vəziyətdən 

çıxmaq istiqamətində irihəcmli islahtalara başladı. 

F.D.Ruzveltin  “Yeni  kursu”  bəşər  tarixinə  ən  effektiv  islahat 

sistemlərindən  biri  kimi  daxil  olmuşdur.  D.Keynsin  nəzəriyyəsinə 

istinadla  “Yeni  kurs”  geniş  təkrar  istehsal  prosesinin  dövlət 

tənzimlənməsinin zəruriliyini ön plana çıxardı. 

Amerika  hökumətinin  qeyd  edilən  yönümdə  həyata  keçirdiyi  yeni 

iqtisadi  siyasət,  geniş  təkrar  istehsal  prosesinə  aktiv  dövlət  müdaxiləsi 

əsas məqsəd kimi götürməklə, 3 prinsipə söykənirdi: 1. planlaşdırma; 2. 

sosial  həmrəylik  və  sosial  əməkdaşlıq;  3.  digər  ölkələrlə  mehriban 

qonşuluq. “Yeni kursun” həyata keçirilməsi dövrü iki mərhələdən ibarət 

idi: 


1.

  lkin mərhələ - 1933-1935-ci illər; 

2.

  kinci mərhələ - 1935-ci ildən sonrakı dövr. 



“Yeni  kurs”  ABŞ-ın  yenidən  dünya  liderliyinə  qayıdışını  təmin 

etdi. 


 

 

§ 13.4.2.  Almaniya  iqtisadiyyatı  



 

I  Dünya  müharibəsində  məğlubiyyət  və  Versal  sülh  müqaviləsinin 

ağır  şərtləri  Almaniyanın  iqtisadi  həyatına  öldürücü  təsir  göstərmişdi. 

Müharibədə  2  mln.  alman  həlak  olmuş,  1.5  mln.  yaralanmış,  1  mln.-a 

qədər  isə  epidemiya  və  aclıqdan  ölmüşdü.  Ölkədə  iqtisadi  xaos 

başlanmışdı. Versal sülh müqaviləsinə görə Almaniyadan alınan ərazilər 

daş kömür hasilatının 25%-ni, dəmir filizinin 75%-ni, poladın 35%-ni və 

s. verirdi. 

1913-cü  illə  müqayisədə  məcmu  sənaye  istehsalının  həcmi  43% 

aşağı  düşmüşdü.  Sənaye  istehsalın  azalması,  daxili  bazarın  tutumca 

daralması,  qiymət  artımı,  real  əməkhaqqının  25%  aşağı  düşməsi  kütləvi 

işsizliklə müşayiət olunurdu. 

Maliyyə sistemi dağılmış, inflyasiya sürətlə yüksəlirdi. 

1923-cü  ildən  başlayaraq  həyata  keçirilən  iqtisadi  islahatlar 

nəticəsində  valyutanın  sabitləşməsinə  nail  olundu  ki,  bu  da  büdcənin 

normallaşdırılmasına  imkan  verdi.  Stabilləşdirmə  tədbirləri  əsasən 

aşağıdakıları əhatə edirdi: 

1.  stehsal güclərinin modernləşdirilməsi; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



328

                                                            

2. Alman inhisarçı birliklərinin mövqelərinin möhkəmləndirilməsi: 

kartel və sindikatların yerinə trest və konsernlər gəlməyə başlayır; 

3. Əmək prosesinin intensivləşdirilməsi. 

1924-cü  il  London  konfransında  təzminatın  ödənilməsi  şərtlərinin 

yüngülləşdirilməsi  haqqında  proqram  qəbul  edildi.  Bunun  ardınca 

imzalanan Lokarn müqaviləsi (1925) Versal sülh müqaviləsinin şərtlərini 

yüngülləşdirmə yönümündə yenidən təftişini həyata keçirdi və Almaniya 

üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bır  sıra  qərarlar  qəbul  etdi:  Hərbi 

nəzarətin ləğv edilməsi, fransız qoşunlarının Saardan çıxarılması və s. 

Təzminatın 

ödənilmə 

mənbələri 

kimi 

aşağıdakılar 



müəyyənləşdirilmişdi (Daues planı): 

1.

  Rüsum və dolayı vergilər (əsasən, kütləvi istehlak malları üzrə): 



xüsusi istiqrazların buraxılması; 

2.

  Alman dəmiryolundan gələn gəlirlər; 



3.

  Sənayedən alınan vergilər. 

Təzminat  xərclərinin  ödənilməsi  1928-ci  ildən  başladı  (illik  2.5 

mlrd. marka) 1932-ci ildə isə ümumiyyətlə, ləğv edildi. 



Cədvəl 13.3 

Almaniyanın iqtisadi inkişaf dinamikası (1913-1938) 

 

Göstəricilə



1913 

1918 

1924 

1938 

1938  ⁄1913-

ə

 nisbətə



 (%-lə

Dünya iqtisadiyyatının tarixi 

 

 



329

                                                            

 

Cədvəldən göründüyü kimi, I Dünya müharibəsində itirilən inkişaf 



səviyyəsi  1924-cü  ildə  belə  bərpa  olmamışdır.  Belə  ki,  1924-cü  ildə 

əhalinin  sayı  1913-cü  il  səviyyəsinin  96.5%-nə,  kömür  istehsalı  üzrə 

85.5%-nə, çuqun istehsalında 67.9%-nə, polad istehsalında 86.9 %-nə və 

s.  bərabər  olmuşdur.  1929-cu  ilə  qədərki  dövrdə  (1924-cü  ildən)  ölkə 

sənayesində  canlanma  yaranmış,  sənaye  istehsalının  həcmi  müharibəyə 

qədərki səviyyəni ötüb keçmişdi. II Dünya müharibəsinə qədərki dövrdə 

isə  Almaniya  sənaye  istehsalında  Avropada  birinci,  dünyada  isə  ikinci 

(ABŞ-dan sonra) yerə çıxdı. 

Məlumatlardan  göründüyü  kimi  (cədvəl  13.4)  1941-ci  ildə 

Almaniya regional liderə çevrilmişdi. 

 

 Cədvəl 13.4 



1941-ci Almaniyasının iqtisadi göstəriciləri 

 

Göstəricilə

Almaniya 

şğ

al olunmuş 



ölkələrlə birlikdə 

Artım (%) 

1. Əhali, mln.n. 

2.Kömür istehsalı, mln.t. 

3.Neft hasilatı, mln. t. 

4.Polad istehsalı, mln.t 

 

69 



235 

0.7 


22 

290 


400 

7.5 


45 

+ 4.2 dəfə 

+ 70.2% 

+ 10.7 dəfə 

+ 2.0 dəfə 

 

§ 13.4.3.  ngiltərə  iqtisadiyyatı 



 

Nəzərdən keçirilən dövr  ngiltərə iqtisadiyyatının assimetrik inkişaf 

dövrü kimi səciyyələnə  bilər.  I Dünya müharibəsindəki itkilər bütöv bir 

dövr  ərzində  çox  ləng  sürətlə  bərpa  olunmağa  başlamışdı  (cədvəl  13.5). 

Məlumatlardan göründüyü kimi, sənaye istehsalının indeksi yalnız 1920-

ci  ildə  1913-cü  il  səviyyəsinə  çatmış,  lakin  sonrakı  dövrlərdə, 

böhranaqədərki illərdə də onu əhəmiyyətli dərəcədə ötüb keçə bilməmiş, 

1935-ci  ildə  isə  hətta  aşağı  düşmüşdür.  I  Dünya  müharibəsi  ngiltərə 

1. Əhali, mln.n 

2.Sənaye 

istehsalı 

indeksi 


(1913=100) 

3.Kömür istehsalı, mln. t. 

4.Çuqun istehsalı, mln.t. 

5. Polad istehsalı, mln.t. 

6.  xracat, mln.marka 

7. dxalat, mln. marka 

67 

100 


 

277.3 


19.3 

18.4 


10097 

10770 


66.8 

57 


 

259.0 


9.2 

11.8 


64.7 



108.1 

 

237.9 



13.1 

16 


13483 

13447 


69 

137 


 

214.4 


19.7 

22.5 


+ 2.9% 



 

- 22.7% 



+2.1% 

+22.3% 




Dünya iqtisadiyyatının tarixi 

 

 



330

                                                            

iqtisadiyyatına həqiqətən də böyük zərbə vurmuşdu. Belə ki, 1918-ci ildə 

1913-cü  ilə  nisbətən  kömür  istehsalı  20.6%,  çuqun  istehsalı  11.7%, 

gəmiqayırma 31.2%, pambıq istehlakı 67.8% və s. aşağı düşmüşdür. 

qtisadi  böhran  ngiltərə  iqtisadiyyatında  1930-cu  ildə  təzahür 

etməyə  başlamış,  1930-32-ci  illərdə  sənaye  istehsalının  həcmi  15% 

azalmışdır.  Bu  prosesdə  ən  çox  zərər  çəkən  ənənəvi  sahələr  – 

metallurgiya, kömür istehsalı və s. olmuşdu. Eyni zamanda, əkin sahələri 

azalmış, xarici ticarət dövriyyəsi 2 dəfə aşağı düşmüş, ticarət balansında 

böyük  kəsir  yaranmışdı.  1932-ci  ildə  işsizlərin  xüsusi  çəkisi  30-35%-ə 

çatmışdı. Funt sterlinqin nüfuzdan düşməsi, nəticə etibarilə ölkənin qızıl 

valyuta  ehtiyatlarının  azalması  ilə  sonuclandı.  Ölkənin  tədiyyə  balansı 

fəlakətli bir vəziyyətə gəlib çatmışdı.  ngilis hökuməti böhrandan çıxmaq 

məqsədilə  sərt  büdcə  siyasəti  yeritməklə  dövlət  xərclərinin  qismən 

tənzimlənməsinə  nail  oldu  ki,  bu  da  müəyyən  yönümlərdə  sabitləşdirici 

effekt  verdi.  Qənaət  siyasəti  yeridən  hökumət  funt  sterlinqin  qızıl 

paritetini ləğv etdi və nəticədə milli valyuta 35% cıvarında devalvasiyaya 

uğradı. 

Cədvəl 13.5 

ngiltərənin iqtisadi inkişaf dinamikası (1913-1938) 

 

Göstəricilə

1913 

1918 

1929 

1938 

1938⁄1913-

cü 

ilə 

nisbətə

%-lə 

1. Əhali , mln.n 

 

2.Sənaye  istehsalı  indeksi 



(1913=100) 

 

3. Kömür istehsalı, mln. t. 



 

4.Çuqun istehsalı, mln.t. 

 

5. Polad istehsalı, mln.t 



 

6.Gəmiqayırma, min.  

req. t. 

 

7. Pambıq istehlakı, mln.t 



 

8.  xracat, mln.f.st 

 

9.  dxalat, mln. f.st 



41.3 

 

100 



 

 

287 



 

10.3 


 

7.7 


 

1200 


 

 

19.2 



 

525.3 


 

659.2 


38.8 

 

100.2(¹) 



 

 

228 



 

9.1 


 

9.5 


 

826 


 

 

6.8 



 

489.4 


 

1254.4 


44.4 

 

100.5 



 

 

258 



 

7.6 


 

9.6 


 

931 


 

 

6.8 



 

729.3 


 

1111.1 


48 

 

98.5(²) 



 

 

231 



 

6.9 


 

10.6 


 

1026 


 

 

5.9 



 

965.6 


 

1703.6 


+16.2% 

 



 

 

-19.6% 



 

-33.1% 


 

+37.6% 


 

-14.5% 


 

 

-59.3% 



 

+83.8% 


 

+2.6 dəfə 



Dünya iqtisadiyyatının tarixi 

 

 



331

                                                            

 

10.Kapital ixracı, mlrd.f.st.  



 

160.5 


 

 



 

87.2 


 

15.4 


 

 

 



-10.4 dəfə 

Qeyd: 1) 1920-ci il;   2) 1935-ci il. 

 

Bunun  ardınca  1931-ci  ildə  yaradılan  sterlinq  blokunun  üzvü  olan 



və olmayan ölkələr – Skandinaviya ölkələri, Yaponiya da qızıl paritetini 

ləğv etdi. 

 ABŞ,  Almaniya,  Fransa,  taliya  və  s.  ölkələrdə  qızıl  standartının 

saxlanılması funt sterlinqlə ticarəti aparılan malların qiymət üstünlüyünə 

gətirib  çıxardı  ki,  bu  da  o  dövrdə  formalaşmış  problemli  situasiyanın 

gərginliyinin  azalmasında  mühüm  rol  oynadı.  1932-ci  ildən  etibarən 

ngiltərədə  stabilləşmə  prosesi  başlamış  və  böhranın  nəticələri  aradan 

qaldırılmışdı. 

1934-cü ildə sərt büdcə siyasəti əhəmiyyətli dərəcədə yumuşaldıldı, 

elə həmin ildə  ngiltərə böhrandan çıxdı. 

 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin