§12.1.2. ngiltərə iqtisadiyyatı
ngilis burjua inqilabı (1642-1648) feodal münasibətlərini aradan
qaldırmaqla yeni, kapitalist münasibətlərinin qərarlaşması yolundakı
maneələri ləğv etdi. Ticarət və sənayenin inkişafını tənzimləyən hüquqi
normalar, istehsalın sex quruluşunun qalıqları və s. ləğv edilməklə xarici
ticarətin inkişafı, müstəmləkə ələ keçirilməsi prosesinin intensivləşməsi
və ümumiyyətlə, ilkin kapital yığımı prosesi XV əsrin sonundan
başlayaraq XVIII əsrin ortalarına qədər davam etmişdir. Proses özündə
aşağıdakıları ehtiva edirdi:
1.
stehsalçıların (kəndlilər, sənətkarlar) muzdlu işçilərə
çevrilməsi, işçi qüvvəsi bazarının yaranması;
2.
Kapitalist istehsalına keçid üçün zəruri olan səviyyədə kapital
yığımı aparılmış və onun ticarət-sənaye burjuaziyasının əlində
təmərgüzləşməsinə nail olunmuşdu.
Dünya iqtisadiyyatının tarixi
304
ngiltərədə ilkin kapital yığımının əsas mənbələri və metodlarına
aşağıdakıları aid etmək olar:
1.
Kəndli torpaqlarının mülkədarlar tərəfindən zəbt olunması,
dövlət
mülkiyyətində
olan
torpaqlarla
möhtəkir
əməliyyatların aparılması; Bu prosesin nəticəsi olaraq
ngiltərədə fermer – icarə sisteminin inkişafı (XVIII əsr)
daha sürətli olmuşdur. Natural xarakterli kəndli
təsərrüfatları
sisteminin
ləğvi
daxili
bazarın
genişlənməsində mühüm rol oynamışdır.
2.
Müstəmləkələrin istismarı hesabına əldə olunan gəlirlər; Belə
ki, ingilis ixracatı 1697-ci ildə 3.5 mln. f.st. olmuşdursa, bu
göstərici 1770-ci ildə - 14.2 mln. f.st., 1815-ci ildə isə 58.2 mln.
f.st-ə çatmışdı.
3.
Dövlət istiqrazları və vergiləri sistemi;
4.
Proteksionist
siyasət;
Proteksionizm
ngiltərədə
Hollandiyanın dəniz hökmranlığının aradan qaldırılmasına
yönəldilmiş Kromvelin naviqasiya aktlarından başlanır (XVII əsrin
ortaları). Bu siyasətdən yararlanan ingilis hökuməti milli
iqtisadiyyatın gənc və perspektivli sahələrini xarici rəqabətdən
qorunmağa çalışırdı.
lkin kapital yığımı – bir proses olmaq etibarı əsaslı keyfiyyət
dəyişikliklərinə gətirib çıxardı (XVIII əsr): işçi qüvvəsi bazarı yarandı,
əhəmiyyətli səviyyədə kapital yığımı həyata keçirildi, daxili bazar
genişləndi, manufakturalar özünün yetkinlik səviyyəsinə çatdı və iri
maşınlı sənayeyə keçid başlandı: detallar üzrə əmək bölgüsü yarandı,
istehsal alət və vasitələrinin ixtisaslaşması başlandı, əmək prosesi
sadələşdirildi, müəyyən ixtisasa malik mütəxəssislər yetişdirildi və s.
XVIII əsrin 60-cı illərindən etibarən ngiltərədə sənaye inqilabı baş
verdi. ngilis sənaye inqilabı iki məqamla səciyyələnir:
1.
Əl əməyinin maşınlı istehsalla əvəzlənməsi: Texniki inqilab;
2.
Sosial məzmunlu dəyişiklik: əməyin kapitaldan asılılığının real
mahiyyətdə meydana çıxması.
Sənaye çevrilişi sənayeləşmə prosesinə güclü təkan verdi. Texniki
inqilab, buxar mühərriklərindən istifadə nəinki yüngül və ağır sənaye
sahələrində, eləcə də ölkənin nəqliyyat sistemində əsaslı dəyişikliklərə
səbəb oldu.
Sənaye inqilabı sənaye istehsalının həcmini görünməmiş dərəcədə
artırdı. 1841-ci ildə ngiltərədə 528 mln. funt pambıq xammalı istehsal
olunmuşdu. Sənaye istehsalının struktur dəyişiklikləri vüsət almışdı:
Dünya iqtisadiyyatının tarixi
305
kətan istehsalı pambıq-parça istehsalı ilə əvəzləndi, metallurgiya,
maşınqayırma, daş kömür və ümumiyyətlə, hasilat sənayesi sürətlə
inkişaf etməyə başladı.
Şəhərlərin inkişafı yeni mərhələyə keçdi. Xarici ticarət əlaqələri
kəskin şəkildə genişləndi: xarici ticarət dövriyyəsi 30 il ərzində (1770-
1800-ci illər) 7-7.5 dəfə artdı. Bununla əlaqədar, ngiltərənin xarici
ticarət balansı da müsbət olaraq qalırdı. Eyni zamanda, ixracatın
strukturu da dəyişirdi: sənaye malları içərisində yun parçalar liderliyi
pambıq parçalara verirdi. dxalat isə, əsasən pambıq-xammalından və
ərzaq məhsullarından ibarət olmuşdu. lkin olaraq kapitalizmə qədəm
qoyan ngiltərə XIX əsrin ikinci yarısından etibarən dünyanın lider
ölkəsinə çevrilmişdi. Dünya bazarındakı inhisarçı mövqe xüsusi önəm
daşıyırdı. XIX əsrin əvvəllərindən başlayaraq maşın istehsalı kütləvi hal
almış və 1843-cü ildən etibarən maşın ixracını qadağan edən hüquqi
normaların ləğvi sözügedən sferanı ixracatın əsas sahələrindən birinə
çevirmişdi. ngiltərə maşın ixracında inhisarçı mövqeyə yüksəlmişdi:
ingilis toxuculuq maşınları buxar mühərrikləri və parovozlar bütün
dünyaya
yayılmışdı.
Eyni
zamanda,
istehsal
prosesinin
mexanikləşdirilməsində əldə edilən yüksək səviyyə ingilis parçalarının
daha ucuz qiymətə satışına imkan verirdi ki, bu da, mahiyyətcə rəqabət
mübarizəsində birinciliyin əldə olunması demək idi. XIX əsrin
ortalarında çuqun istehsalı və daş kömür hasilatının həcmi Fransa,
Almaniya və ABŞ-ın birgə əldə etdikləri səviyyədən çox olmuşdur.
Cə dvə l 12.7
ngiltə rə nin iqtisadi inkiş af dinamikası (1800-1870)
Göstə ricilə r
1800
1830
1850
1870
1870⁄1800 -
cü ilə
nisbə tə n
%-lə
1. Əhali ¹, mln.n
2.Dünya
sənayesində
xüsusi
çəkisi, (%)
3. Sənaye istehsalı indeksi
(1913=100)
O cümlədən:
3.1 stehsal vasitələri istehsalı
3.2 stehlak şeyləri istehsalı
4. Kömür istehsalı, mln. t.
5.Çuqun istehsalı, mln.t.
9.2
-
-
-
-
13.9
-
20
6.5
18.9
17.9
39.0
28.5
13.7
30.3
22.7
32.0
44
28.6
43.3
+2.5 dəfə
X
X
X
X
Dünya iqtisadiyyatının tarixi
306
6. Polad istehsalı, min.t
7.Pambıq istehlakı, min t.
8.Gəmiqayırma, min.
req. t.
9.Dəmiryolunun uzunluğu, km
10. xracat, mln.f.st
11. dxalat, mln. f.st
12. Kapital ixracı, mlrd. fr.
10.1
0.19
-
54.2
-
-
24.9
31.8
-
16.0
0.7
-
269.6
-
471
61.1
46.2
-
49.0
2.3
-
776
134
10653
175.4
100.4
-
110
6.0
-
1080
343
-
199.6
258.8
51.2
+10.9 dəfə
+31.6 dəfə
X
+19.9 dəfə
X
X
+8.0 dəfə
+8.1 dəfə
Qeyd: 1) ngiltərə və Uels.
Dünya sənayesində hökmran mövqelərə yiyələnmək ölkənin elə
həmin miqyasda maliyyə gücünə çevrilməsinə səbəb olmuşdu. 1870-ci
ildə ölkədə 113 səhmdar bank fəaliyyət göstərirdi. Kapital “bolluğu”,
digər ölkələrdən daha erkən kapital ixracını həyata keçirmək imkanı
verirdi.
XVIII əsrin sonlarına qədər kənd təsərrüfatı ölkənin məcmu
tələbatını ödəmək gücündə olmuşdu. Lakin XIX əsrin əvvəllərindən
etibarən kənd təsərrüfatı sənaye ilə müqayisədə, geri qalmağa başladı ki,
bu da ərzaq məhsulları idxalatının əhəmiyyətli dərəcədə artırılması ilə
nəticələndi. 1814-cü ildə qəbul edilmiş “çörək qanunlarına” əsasən
qiymətin səviyyəsi müəyyən həddən yuxarı olmayan xarici “çörəyin”
idxalatı qadağan edilirdi. Beləliklə, ngiltərə nəinki sənaye, eləcə də aqrar
sferada da proteksionist siyasət yeritməyə başlamışdı.
ngilis sənayeçilərinin, “mançestr məktəbinin” “çörək qanunları”
əleyhinə apardıqları mübarizə 1846-1848-ci illərdə, həmin qanunların
ləğvi ilə nəticələndi. Artıq çörəyin qiyməti milli deyil, dünya bazarının
konyukturasından asılı vəziyyətə düşdü. Xarici rəqabətdən qorunmaq
məqsədilə fermerlər (1850-ci illərdə) yeni texniki təkmilləşdirmələrə əl
atdılar: drenaj işləri, mineral gübrələrdən istifadə, yeni maşınların tətbiqi
və s. “Çörək qanunların”dan imtina proteksionizm zəiflənməsinə gətirib
çıxardı.
XIX əsrin ortalarında ngiltərə xarici iqtisadi siyasətində kardinal
dəyişiklik etdi. Xarici ticarəti məhdudlaşdıran bütün qanunlar ləğv edildi,
azad ticarət (free trade) siyasətinə keçildi. Azad ticarət siyasətinə keçid
ngiltərənin sənaye istehsalı və bütövlükdə dünya bazarındakı liderliyi
əsasında mümkün olmuşdu. Xarici ticarətin genişlənməsində
müstəmləkələr önəmli rol oynayırdı. XIX əsrin əvvəllərində Hindistan
Dünya iqtisadiyyatının tarixi
307
tam amilə ələ keçirilmişdi. Sonralar ngiltərə Çinə daxil oldu və Mərkəzi,
Qərbi, Cənubi Afrikanın bır sıra regionlarını ələ keçirdi.
1870-1913-cü illər ərzində iqtisadi inkişaf sürəti digər aparıcı
ölkələrlə müqayisədə zəifləmiş və ngiltərə liderlik statusunu itirmişdir
(cədvəl 12.8).
Cədvəl 12.8
ngiltə rə nin iqtisadi inkiş af dinamikası (1870-1913)
Göstə ricilə r
1870
1890
1900
1913
1913 ⁄1870 -ə
nisbə tə n %-lə
1. Əhali, mln.n
2.Dünya sənayesində xüsusi
çəkisi, (%)
3. Sənaye istehsalı indeksi
(1913=100)
4. Kömür istehsalı, mln. t.
5.Çuqun istehsalı, mln.t.
6. Polad istehsalı, min.t
7. Gəmiqayırma, min.
req. t.
8.
Pambıq
istehlakı,
mln.kvintal
9. xracat, mln.f.st.
10. dxalat, mln. f.st.
11. Kapital ixracı, mln.f.st.
25.8
32
44
110
8.0
0.2
343
11
199.6
258.8
51.2
32.8
22
62
182
7.9
3.6
813
15.8
263.5
356
101.3
36.7
-
79
225
9.0
4.9
933
1534
291.2
459.9
126.1
41.3
-
100
287
10.3
7.7
1200
19.2
525.3
659.2
160,5
+1.6 dəfə
X
X
+2.6 dəfə
+28.7 dəfə
+38.5 dəfə
+3.5 dəfə
+74.5%
+2.6 dəfə
+2.5 dəfə
+3.1 dəfə
Dünya iqtisadiyyatının tarixi
308
§12.1.3. Amerika Birləş miş Ş tatlarının iqtisadiyyatı
XVI əsrdə ABŞ ərazisi Avropa ölkələri arasında ( spaniya,
Portuqaliya, Fransa, Hollandiya, ngiltərə) bölünmüşdü. Müstəmləkəyə
çevrilmiş ərazilər iqtisad inkişaf səviyyəsinə görə fərqlənirdi:
1.
Şimal əraziləri, yaxud Yeni ngiltərə inkişaf səviyyəsinə görə
digərlərindən kifayət qədər üstün idi.
2.
Mərkəzi, yaxud orta atlantik əraziləri iri fermer təsərrüfatlarının
üstünlük təşkil etdiyi aqrar rayon olmuşdur.
3.
Cənub əraziləri isə iri plantasiya təsərrüfatları və qul (zənci)
əməyindən geniş istifadə ilə xarakterizə olunurdu.
Bütün XVIII əsr ərzində ilkin kapital yiğimi prosesi getmişdi.
ngiltərənin nəzarətində olan regionlarda müşahidə edilən sürətli inkişaf
– ngiltərənin özünü narahat etməyə başlamışdı. Belə ki, ingilis hökuməti
tabeliyində olan ərazilərin öz mənafeyinə uyğun olaraq aqrar-xammal
tipli inkişaf yolu ilə getməsini istəyirdi. Ziddiyyətlərin kəskinləşməsi
azadlıq müharibəsi ilə (1775-1782) nəticələndi. Bunun nəticəsində 13
ştatdan ibarət olmaqla müstəqil dövlət - ABŞ yarandı.
Müharibə bir tərəfdən müstəmləkə asılılığına son qoydu, digər
tərəfdən isə kapitalizmin qərarlaşması yolundakı bütün maneələri aradan
qaldırdı. Mövcudluğunun ilk dövrlərindən başlayaraq ABŞ yeni ərazilər
əldə etməyə can atırdı. 1803-1847-ci illər ərzində Şimali Amerikada olan
ispan, fransız, ingilis müstəmləkələrini ələ keçirdikdən sonra, 1867-ci
ildə 7.2 mln. dollara Alyaskanı Rusiyadan satın almaqla Yeni Dünyanın
ən iri dövlətinə çevrildi.
XVIII əsrin sonlarından başlayaraq ABŞ sənayenin intensiv inkişafı
yönümündə əhəmiyyətli irəliləyişlərə nail oldu. Sex quruluşunun yoxluğu
və ingilislər tərəfindən şimalda tətbiq edilən iri feodal torpaqsahibliyinin
aradan qaldırılması sənayenin inkişafında əhəmiyyətli rol oynamışdı. Elə
bu dövrdə də sənaye çevrilişi – fabrikə keçid başlandı. Bununla belə,
ABŞ-da regional inkişafın qeyri-bərabərliyi sənaye çevrilişinin 1870-
1890-cı illərə qədər uzanmasına səbəb oldu.
lkin dövrlərdə sənaye çevrilişi yüngül sənayeni əhatə etmişdi.
Ağır sənaye, ələlxüsus dağ-mədən və metallurgiya sənayesində
müşahidə edilən gerilik daş kömürdən istifadəyə keçməklə (XIX-40-cı
illəri) aradan qaldırıldı. 1870-ci illərə qədər istehsal və kapitalın
təmərgüzləşməsi prosesi kifayət qədər ləng gedirdi. XIX əsrin 30-cu
illərindən sonra dəmiryolu çəkilişinə başlandı.
Dünya iqtisadiyyatının tarixi
309
1850-ci ildə artıq ABŞ dəmiryolunun uzunluğuna görə (14.5 min
km) dünyada birinci yerə çıxdı. Sənaye çevrilişi Şimal-Şərq ştatlarında
XIX əsrin 50-60-cı ilərində, Qərbdə - 1880-ci ildə, Cənubda isə 1890-cı
illərdə başa çatmışdı.
XIX əsr ərzində ABŞ iqtisadiyyatı görünməmiş sürətlə inkişaf
etmişdi. Belə ki, 1870-ci ildə 1800-cü ilə nisbətən kömür istehsalı 98.3
dəfə, çuqun istehsalı 42.5 dəfə, pambıq istehlakı 61.2 dəfə və s. artmışdır.
Xarici ticarət dövriyyəsi orta hesabla 10 dəfə böyümüşdü (cədvəl 12.9).
1859-cu ildə Pensilvaniyada neft tapılması ilə əlaqədar olaraq neft
hasilatı sürətlə inkişaf etməyə başlamışdı.
Cə dvə l 12.9
ABŞ -ın iqtisadi inkiş af dinamikası (1800-1870)
Göstə ricilə r
1800
1830
1850
1870
1870 ⁄1800 -ə
nisbə tə n
%-lə
1. Əhali, mln.n
2.Kömür istehsalı, mln. t.
3.Neft hasilatı, mln. qallon¹
4.Çuqun istehsalı, mln.t.
5.Pambıq istehlakı, min kip.
6.Dəmiryolunun uzunluğu,
km
7. xracat, mln. dol.
8. dxalat, mln.dol.
5.3
-
-
0.04
19
-
36
41
12.9
0.3
-
0.2
130
40
59
50
23.3
6.3
-
0.6
423
14500
125
164
38.7
29.5
221
1.7
1163
85000
377
420
+7.3 dəfə
+98.3 dəfə²
X
+42.5 dəfə
+61.2 dəfə
+2125 dəfə
+10.5 dəfə
+10.2 dəfə
Qeyd: 1) qallon = 3785 litr; 2) 1830-cu ilə nisbə tə n.
Aqrar sferanın inkişafı isə bir sıra xüsusiyyətlərlə səciyyələndirdi.
Müstəqillik əldə edildikdən sonra Qərbdə olan ərazilər “ictimai torpaq
fondu” elan edildi və sərbəst satışa çıxarıldı. Şimal və cənub arasında,
ələlxüsus aqrar sferada təzahür edən ziddiyyətlər vətəndaş müharibəsi ilə
(1861-1865) nəticələndi. Müharibə ölkə iqtisadiyyatının normal inkişafı
prizmasından mühüm əhəmiyyət kəsb edən dəyişikliklərə gətirib çıxardı:
Quldarlıq aradan qaldırıldı, aqrar məsələ fermerlərin xeyrinə həll edildi.
1860-1880-ci illərdə fermerlərə məxsus torpaq sahəsinin həcmi 65 mln.
hektara çatdı.
Dünya iqtisadiyyatının tarixi
310
1870-ci ildə amerikan sənayesi istehsalın həcminə görə dünyada
ikinci yerə çıxdı ( ngiltərədən sonra). Hələ 1850-ci ildə ABŞ aqrar ölkə
olmuşdu. Lakin 1880-ci ildə, yəni cəmi 30 il ərzində sənaye istehsalının
həcmi dəyər ölçüsündə kənd təsərrüfatı istehsalını 2.5 dəfə qabaqlayırdı.
Cədvəl 12.10
ABŞ-ın iqtisadi inkişaf dinamikası (1870-1913)
Göstəricilər
1870
1890
1900
1913
1913
⁄1870
-ə
nisbə tə n
%-lə
1. Əhali, mln.n
2. mmiqrasiya, min.n
3. Dünya sənayesində xüsusi çəkisi,
(%)
4.
Sənaye
istehsalı
indeksi
(1913=100)
5. Kömür istehsalı,
mln. t.
6. Neft istehsalı, mln. t
7.Çuqun istehsalı, mln.t.
8.Polad istehsalı, mln.t
9.Elektrik enerjisi istehsalı, mlrd.
kvt.s
10.Avtomobil istehsalı, min ədəd
11.Pambıq istehlakı,
min t.
12.Taxıl əkin sahəsi, mln.ha
13.Taxıl yığımı mln. kvintal¹
14.Pambıq əkin sahəsi, mln.ha
15.Pambıq yığımı, mln. kvintal
16.Dəmiryolunun uzunluğu, min km.
17. xracat, mln.dol
18. dxalat, mln.dol
38.7
387.2
23
8
29.5
0.2
1.7
0.7
-
-
-
8.5
69.2
3.7
8.7
85
377
420
63.1
455.3
31.0
27.0
140.9
1.9
9.2
4.3
-
-
2518
14.9
122.2
8.5
18.6
-
846
812
76.1
448.6
31.0
37.0
240.8
2.7
13.8
10.2
5.0
4.0
3873
19.9
163.1
10.1
22.0
300
1453
804
96.5
1198
36.0
69.0
508.9
10.4
31.0
31.3
17.5
485
5786
21.1
204
14.3
30.7
413
2448
1757
+2.5 dəfə
+3.1 dəfə
+13%
X
+17.2 dəfə
+52 dəfə
+18.2 dəfə
+44.7 dəfə
X
X
2.3 dəfə²
+2.5 dəfə
+2.9 dəfə
+3.8 dəfə
+3.5 dəfə
+4.8 dəfə
+6.5 dəfə
+4.2 dəfə
Qeyd: kvintal = 45.36 kq; 1890-cı illə müqayisədə
Dünya iqtisadiyyatının tarixi
311
1870-1913-cü illər ərzində də ABŞ-ın iqtisadi inkişaf sürəti yüksək
olaraq qalmaqda idi. Proseslərin intensivləşməsi, dünya sənaye
istehsalında öncül mövqelərə yiyələnmə ABŞ-ın lider ölkəyə çevrilməsi
ilə nəticələndi.
Dostları ilə paylaş: |