AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
§12.1.2.  ngiltərə iqtisadiyyatı 

 

ngilis  burjua  inqilabı  (1642-1648)  feodal  münasibətlərini  aradan 

qaldırmaqla  yeni,  kapitalist  münasibətlərinin  qərarlaşması  yolundakı 

maneələri  ləğv  etdi.  Ticarət  və  sənayenin  inkişafını  tənzimləyən  hüquqi 

normalar, istehsalın sex quruluşunun qalıqları və s. ləğv edilməklə xarici 

ticarətin  inkişafı,  müstəmləkə  ələ  keçirilməsi  prosesinin  intensivləşməsi 

və  ümumiyyətlə,  ilkin  kapital  yığımı  prosesi  XV  əsrin  sonundan 

başlayaraq  XVIII  əsrin  ortalarına  qədər  davam  etmişdir.  Proses  özündə 

aşağıdakıları ehtiva edirdi: 

1.

  stehsalçıların  (kəndlilər,  sənətkarlar)  muzdlu  işçilərə 



çevrilməsi, işçi qüvvəsi bazarının yaranması; 

2.

  Kapitalist  istehsalına  keçid  üçün  zəruri  olan  səviyyədə  kapital 



yığımı  aparılmış  və  onun  ticarət-sənaye  burjuaziyasının  əlində 

təmərgüzləşməsinə nail olunmuşdu. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



304

                                                            

ngiltərədə  ilkin  kapital  yığımının  əsas  mənbələri  və  metodlarına 

aşağıdakıları aid etmək olar: 

1.

 

Kəndli torpaqlarının mülkədarlar tərəfindən zəbt olunması, 



dövlət 

mülkiyyətində 

olan 

torpaqlarla 



möhtəkir 

əməliyyatların  aparılması;  Bu  prosesin  nəticəsi  olaraq 

ngiltərədə  fermer  –  icarə  sisteminin  inkişafı  (XVIII  əsr) 

daha  sürətli  olmuşdur.  Natural  xarakterli  kəndli 

təsərrüfatları 

sisteminin 

ləğvi 

daxili 


bazarın 

genişlənməsində mühüm rol oynamışdır. 

2.

  Müstəmləkələrin istismarı hesabına əldə olunan gəlirlər; Belə 



ki,  ingilis  ixracatı  1697-ci  ildə  3.5  mln.  f.st.  olmuşdursa,  bu 

göstərici  1770-ci  ildə  -  14.2  mln.  f.st.,  1815-ci  ildə  isə  58.2  mln. 

f.st-ə çatmışdı. 

3.

  Dövlət istiqrazları və vergiləri sistemi; 



4.

  Proteksionist 

siyasət; 

Proteksionizm 

ngiltərədə 

Hollandiyanın  dəniz  hökmranlığının  aradan  qaldırılmasına 

yönəldilmiş Kromvelin naviqasiya aktlarından başlanır (XVII əsrin 

ortaları).  Bu  siyasətdən  yararlanan  ingilis  hökuməti  milli 

iqtisadiyyatın  gənc  və  perspektivli  sahələrini  xarici  rəqabətdən 

qorunmağa çalışırdı. 

lkin  kapital  yığımı  –  bir  proses  olmaq  etibarı  əsaslı  keyfiyyət 

dəyişikliklərinə  gətirib  çıxardı  (XVIII  əsr):  işçi  qüvvəsi  bazarı  yarandı, 

əhəmiyyətli  səviyyədə  kapital  yığımı  həyata  keçirildi,  daxili  bazar 

genişləndi,  manufakturalar  özünün  yetkinlik  səviyyəsinə  çatdı  və  iri 

maşınlı  sənayeyə  keçid  başlandı:  detallar  üzrə  əmək  bölgüsü  yarandı, 

istehsal  alət  və  vasitələrinin  ixtisaslaşması  başlandı,  əmək  prosesi 

sadələşdirildi, müəyyən ixtisasa malik mütəxəssislər yetişdirildi və s. 

XVIII əsrin 60-cı illərindən etibarən  ngiltərədə sənaye inqilabı baş 

verdi.  ngilis sənaye inqilabı iki məqamla səciyyələnir: 

1.

  Əl əməyinin maşınlı istehsalla əvəzlənməsi: Texniki inqilab; 



2.

  Sosial məzmunlu dəyişiklik: əməyin kapitaldan asılılığının real 

mahiyyətdə meydana çıxması. 

Sənaye  çevrilişi  sənayeləşmə  prosesinə  güclü  təkan  verdi.  Texniki 

inqilab,  buxar  mühərriklərindən  istifadə  nəinki  yüngül  və  ağır  sənaye 

sahələrində,  eləcə  də  ölkənin  nəqliyyat  sistemində  əsaslı  dəyişikliklərə 

səbəb oldu. 

Sənaye  inqilabı  sənaye  istehsalının  həcmini  görünməmiş  dərəcədə 

artırdı.  1841-ci  ildə  ngiltərədə  528  mln.  funt  pambıq  xammalı  istehsal 

olunmuşdu.  Sənaye  istehsalının  struktur  dəyişiklikləri  vüsət  almışdı: 



Dünya iqtisadiyyatının tarixi 

 

 



305

                                                            

kətan  istehsalı  pambıq-parça  istehsalı  ilə  əvəzləndi,  metallurgiya, 

maşınqayırma,  daş  kömür  və  ümumiyyətlə,  hasilat  sənayesi  sürətlə 

inkişaf etməyə başladı. 

Şəhərlərin  inkişafı  yeni  mərhələyə  keçdi.  Xarici  ticarət  əlaqələri 

kəskin  şəkildə  genişləndi:  xarici  ticarət  dövriyyəsi  30  il  ərzində  (1770-

1800-ci  illər)  7-7.5  dəfə  artdı.  Bununla  əlaqədar,  ngiltərənin  xarici 

ticarət  balansı  da  müsbət  olaraq  qalırdı.  Eyni  zamanda,  ixracatın 

strukturu  da  dəyişirdi:  sənaye  malları  içərisində  yun  parçalar  liderliyi 

pambıq  parçalara  verirdi.  dxalat  isə,  əsasən  pambıq-xammalından  və 

ərzaq  məhsullarından  ibarət  olmuşdu.  lkin  olaraq  kapitalizmə  qədəm 

qoyan  ngiltərə  XIX  əsrin  ikinci  yarısından  etibarən  dünyanın  lider 

ölkəsinə  çevrilmişdi.  Dünya  bazarındakı  inhisarçı  mövqe  xüsusi  önəm 

daşıyırdı. XIX əsrin əvvəllərindən başlayaraq maşın istehsalı kütləvi hal 

almış  və  1843-cü  ildən  etibarən  maşın  ixracını  qadağan  edən  hüquqi 

normaların  ləğvi  sözügedən  sferanı  ixracatın  əsas  sahələrindən  birinə 

çevirmişdi.  ngiltərə  maşın  ixracında  inhisarçı  mövqeyə  yüksəlmişdi: 

ingilis  toxuculuq  maşınları  buxar  mühərrikləri  və  parovozlar  bütün 

dünyaya 


yayılmışdı. 

Eyni 


zamanda, 

istehsal 

prosesinin 

mexanikləşdirilməsində  əldə  edilən  yüksək  səviyyə  ingilis  parçalarının 

daha  ucuz  qiymətə  satışına  imkan  verirdi  ki,  bu  da,  mahiyyətcə  rəqabət 

mübarizəsində  birinciliyin  əldə  olunması  demək  idi.  XIX  əsrin 

ortalarında  çuqun  istehsalı  və  daş  kömür  hasilatının  həcmi  Fransa, 

Almaniya və ABŞ-ın birgə əldə etdikləri səviyyədən çox olmuşdur. 



 

Cədvəl 12.7 

ngiltərənin iqtisadi inkişaf dinamikası (1800-1870) 

 

Göstəricilə

1800 

1830 

1850 

1870 

1870⁄1800-

cü ilə 

nisbətə

%-lə 

1. Əhali ¹, mln.n 

2.Dünya 

sənayesində 

xüsusi 

çəkisi, (%) 



3.  Sənaye  istehsalı  indeksi 

(1913=100) 

O cümlədən:  

3.1  stehsal vasitələri istehsalı 

3.2  stehlak şeyləri istehsalı 

4. Kömür istehsalı, mln. t. 

5.Çuqun istehsalı, mln.t. 

9.2 


 



 

 



 

 



13.9 

 



20 

 

 



6.5 

 

18.9 



 

17.9 


39.0 

 

28.5 



 

 

13.7 



 

30.3 


 

22.7 


32.0 

 

44 



 

 

28.6 



 

43.3 


 

+2.5 dəfə 

 



 

 



 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



306

                                                            

6. Polad istehsalı, min.t 

7.Pambıq istehlakı, min t. 

8.Gəmiqayırma, min.  

req. t. 


9.Dəmiryolunun uzunluğu, km 

10.  xracat, mln.f.st 

11.  dxalat, mln. f.st 

12. Kapital ixracı, mlrd. fr.  

10.1 

0.19 


54.2 


 



 

24.9 


31.8 

16.0 



0.7 

269.6 



 

471 



 

61.1 


46.2 

49.0 



2.3 

776 



134 

 

10653 



 

175.4 


100.4 

110 



6.0 

1080 



343 

 



 

199.6 


258.8 

51.2 


+10.9 dəfə 

+31.6 dəfə 

+19.9 dəfə 



 



 

+8.0 dəfə 

+8.1 dəfə 

Qeyd: 1)  ngiltərə və Uels. 

 

Dünya  sənayesində  hökmran  mövqelərə  yiyələnmək  ölkənin  elə 



həmin  miqyasda  maliyyə  gücünə  çevrilməsinə  səbəb  olmuşdu.  1870-ci 

ildə  ölkədə  113  səhmdar  bank  fəaliyyət  göstərirdi.  Kapital  “bolluğu”, 

digər  ölkələrdən  daha  erkən  kapital  ixracını  həyata  keçirmək  imkanı 

verirdi. 

XVIII  əsrin  sonlarına  qədər  kənd  təsərrüfatı  ölkənin  məcmu 

tələbatını  ödəmək  gücündə  olmuşdu.  Lakin  XIX  əsrin  əvvəllərindən 

etibarən kənd təsərrüfatı sənaye ilə müqayisədə, geri qalmağa başladı ki, 

bu  da  ərzaq  məhsulları  idxalatının  əhəmiyyətli  dərəcədə  artırılması  ilə 

nəticələndi.  1814-cü  ildə  qəbul  edilmiş  “çörək  qanunlarına”  əsasən 

qiymətin  səviyyəsi  müəyyən  həddən  yuxarı  olmayan  xarici  “çörəyin” 

idxalatı qadağan edilirdi. Beləliklə,  ngiltərə nəinki sənaye, eləcə də aqrar 

sferada da proteksionist siyasət yeritməyə başlamışdı. 

ngilis  sənayeçilərinin,  “mançestr  məktəbinin”  “çörək  qanunları” 

əleyhinə  apardıqları  mübarizə  1846-1848-ci  illərdə,  həmin  qanunların 

ləğvi  ilə  nəticələndi.  Artıq  çörəyin  qiyməti  milli  deyil,  dünya  bazarının 

konyukturasından  asılı  vəziyyətə  düşdü.  Xarici  rəqabətdən  qorunmaq 

məqsədilə  fermerlər  (1850-ci  illərdə)  yeni  texniki  təkmilləşdirmələrə  əl 

atdılar: drenaj işləri, mineral gübrələrdən istifadə, yeni maşınların tətbiqi 

və s. “Çörək qanunların”dan imtina proteksionizm zəiflənməsinə gətirib 

çıxardı. 

XIX  əsrin  ortalarında  ngiltərə  xarici  iqtisadi  siyasətində  kardinal 

dəyişiklik etdi. Xarici ticarəti məhdudlaşdıran bütün qanunlar ləğv edildi, 

azad  ticarət  (free  trade)  siyasətinə  keçildi.  Azad  ticarət  siyasətinə  keçid 

ngiltərənin  sənaye  istehsalı  və  bütövlükdə  dünya  bazarındakı  liderliyi 

əsasında  mümkün  olmuşdu.  Xarici  ticarətin  genişlənməsində 

müstəmləkələr  önəmli  rol  oynayırdı.  XIX  əsrin  əvvəllərində  Hindistan 



Dünya iqtisadiyyatının tarixi 

 

 



307

                                                            

tam amilə ələ keçirilmişdi. Sonralar  ngiltərə Çinə daxil oldu və Mərkəzi, 

Qərbi, Cənubi Afrikanın bır sıra regionlarını ələ keçirdi. 

1870-1913-cü  illər  ərzində  iqtisadi  inkişaf  sürəti  digər  aparıcı 

ölkələrlə  müqayisədə  zəifləmiş  və  ngiltərə  liderlik  statusunu  itirmişdir 

(cədvəl 12.8). 

 

Cədvəl 12.8 



ngiltərənin iqtisadi inkişaf dinamikası (1870-1913) 

 

 

  

 



Göstəricilə

1870 

1890 

1900 

1913 

1913 ⁄1870-ə 

nisbətən %-lə 

1. Əhali, mln.n 

 

2.Dünya  sənayesində  xüsusi 



çəkisi, (%) 

 

3.  Sənaye  istehsalı  indeksi 



(1913=100) 

 

4. Kömür istehsalı, mln. t. 



 

5.Çuqun istehsalı, mln.t. 

 

6. Polad istehsalı, min.t 



 

7. Gəmiqayırma, min.  

req. t. 

 

8. 



Pambıq 

istehlakı, 

mln.kvintal 

 

9.  xracat, mln.f.st. 



 

10.  dxalat, mln. f.st. 

 

11. Kapital ixracı, mln.f.st. 



25.8 

 

32 



 

 

44 



 

 

110 



 

 

8.0 



 

 

0.2 



 

 

343 



 

 

11 



 

 

199.6 



 

258.8 


 

51.2 


 

32.8 


 

22 


 

 

62 



 

 

182 



 

 

7.9 



 

 

3.6 



 

 

813 



 

 

15.8 



 

 

263.5 



 

356 


 

101.3 


36.7 

 



 

 

79 



 

 

225 



 

 

9.0 



 

 

4.9 



 

 

933 



 

 

1534 



 

 

291.2 



 

459.9 


 

126.1 


41.3 

 



 

 

100 



 

 

287 



 

 

10.3 



 

 

7.7 



 

 

1200 



 

 

19.2 



 

 

525.3 



 

659.2 


 

160,5 


+1.6 dəfə 

 



 

 



 

 

+2.6 dəfə 



 

 

+28.7 dəfə 



 

 

+38.5 dəfə 



 

 

+3.5 dəfə 



 

 

+74.5% 



 

 

+2.6 dəfə 



 

+2.5 dəfə 

 

+3.1 dəfə 



Dünya iqtisadiyyatının tarixi 

 

 



308

                                                            



§12.1.3. Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı 

 

XVI  əsrdə  ABŞ  ərazisi  Avropa  ölkələri  arasında  ( spaniya, 



Portuqaliya,  Fransa,  Hollandiya,  ngiltərə)  bölünmüşdü.  Müstəmləkəyə 

çevrilmiş ərazilər iqtisad inkişaf səviyyəsinə görə fərqlənirdi: 

1.

  Şimal  əraziləri,  yaxud  Yeni  ngiltərə  inkişaf  səviyyəsinə  görə 



digərlərindən kifayət qədər üstün idi. 

2.

  Mərkəzi, yaxud orta atlantik əraziləri iri fermer təsərrüfatlarının 



üstünlük təşkil etdiyi aqrar rayon olmuşdur. 

3.

  Cənub  əraziləri  isə  iri  plantasiya  təsərrüfatları  və  qul  (zənci) 



əməyindən geniş istifadə ilə xarakterizə olunurdu. 

Bütün  XVIII  əsr  ərzində  ilkin  kapital  yiğimi  prosesi  getmişdi. 

ngiltərənin nəzarətində  olan regionlarda müşahidə edilən sürətli inkişaf 

–  ngiltərənin özünü narahat etməyə başlamışdı. Belə ki, ingilis hökuməti 

tabeliyində  olan  ərazilərin  öz  mənafeyinə  uyğun  olaraq  aqrar-xammal 

tipli  inkişaf  yolu  ilə  getməsini  istəyirdi.  Ziddiyyətlərin  kəskinləşməsi 

azadlıq  müharibəsi  ilə  (1775-1782)  nəticələndi.  Bunun  nəticəsində  13 

ştatdan ibarət olmaqla müstəqil dövlət - ABŞ yarandı. 

Müharibə  bir  tərəfdən  müstəmləkə  asılılığına  son  qoydu,  digər 

tərəfdən isə kapitalizmin qərarlaşması yolundakı bütün maneələri aradan 

qaldırdı. Mövcudluğunun ilk dövrlərindən başlayaraq ABŞ  yeni ərazilər 

əldə etməyə can atırdı. 1803-1847-ci illər ərzində Şimali Amerikada olan 

ispan,  fransız,  ingilis  müstəmləkələrini  ələ  keçirdikdən  sonra,  1867-ci 

ildə 7.2 mln. dollara Alyaskanı Rusiyadan satın almaqla Yeni Dünyanın 

ən iri dövlətinə çevrildi. 

XVIII əsrin sonlarından başlayaraq ABŞ sənayenin intensiv inkişafı 

yönümündə əhəmiyyətli irəliləyişlərə nail oldu. Sex quruluşunun yoxluğu 

və ingilislər tərəfindən şimalda tətbiq edilən iri feodal torpaqsahibliyinin 

aradan qaldırılması sənayenin inkişafında əhəmiyyətli rol oynamışdı. Elə 

bu  dövrdə  də  sənaye  çevrilişi  –  fabrikə  keçid  başlandı.  Bununla  belə, 

ABŞ-da  regional  inkişafın  qeyri-bərabərliyi  sənaye  çevrilişinin  1870-

1890-cı illərə qədər uzanmasına səbəb oldu. 

lkin dövrlərdə sənaye çevrilişi yüngül sənayeni əhatə etmişdi. 

Ağır  sənaye,  ələlxüsus  dağ-mədən  və  metallurgiya  sənayesində 

müşahidə  edilən  gerilik  daş  kömürdən  istifadəyə  keçməklə  (XIX-40-cı 

illəri)  aradan  qaldırıldı.  1870-ci  illərə  qədər  istehsal  və  kapitalın 

təmərgüzləşməsi  prosesi  kifayət  qədər  ləng  gedirdi.  XIX  əsrin  30-cu 

illərindən sonra dəmiryolu çəkilişinə başlandı. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



309

                                                            

1850-ci  ildə  artıq  ABŞ  dəmiryolunun  uzunluğuna  görə  (14.5  min 

km)  dünyada  birinci  yerə  çıxdı.  Sənaye  çevrilişi  Şimal-Şərq  ştatlarında 

XIX əsrin 50-60-cı ilərində, Qərbdə - 1880-ci ildə, Cənubda isə 1890-cı 

illərdə başa çatmışdı. 

XIX  əsr  ərzində  ABŞ  iqtisadiyyatı  görünməmiş  sürətlə  inkişaf 

etmişdi.  Belə  ki,  1870-ci  ildə  1800-cü  ilə  nisbətən  kömür  istehsalı  98.3 

dəfə, çuqun istehsalı 42.5 dəfə, pambıq istehlakı 61.2 dəfə və s. artmışdır. 

Xarici ticarət dövriyyəsi orta hesabla 10 dəfə böyümüşdü (cədvəl 12.9). 

1859-cu ildə Pensilvaniyada neft tapılması ilə əlaqədar olaraq neft 

hasilatı sürətlə inkişaf etməyə başlamışdı. 



Cədvəl 12.9 

ABŞ-ın iqtisadi inkişaf dinamikası (1800-1870) 

 

Göstəricilə

1800 

1830 

1850 

1870 

1870 ⁄1800-ə 

nisbətə

%-lə 

1. Əhali, mln.n 

2.Kömür istehsalı, mln. t. 

3.Neft hasilatı, mln. qallon¹ 

4.Çuqun istehsalı, mln.t. 

5.Pambıq istehlakı, min kip. 

6.Dəmiryolunun  uzunluğu, 

km 


7.  xracat, mln. dol. 

8.  dxalat, mln.dol. 

 

5.3 


 



 

0.04 


 

19 


 

 



36 

41 


12.9 

0.3 


 

 



0.2 

 

130 



 

40 


 

59 


50 

23.3 


6.3 

 



 

0.6 


 

423 


 

14500 


 

125 


164 

38.7 


29.5 

 

221 



 

1.7 


 

1163 


 

85000 


 

377 


420 

+7.3 dəfə 

+98.3 dəfə² 

 



 

+42.5 dəfə 

 

+61.2 dəfə 



 

+2125 dəfə 

 

+10.5 dəfə 



+10.2 dəfə 

Qeyd: 1) qallon = 3785 litr;   2) 1830-cu ilə nisbətən. 

 

Aqrar  sferanın  inkişafı  isə  bir  sıra  xüsusiyyətlərlə  səciyyələndirdi. 



Müstəqillik  əldə  edildikdən  sonra  Qərbdə  olan  ərazilər  “ictimai  torpaq 

fondu”  elan  edildi  və  sərbəst  satışa  çıxarıldı.  Şimal  və  cənub  arasında, 

ələlxüsus aqrar sferada təzahür edən ziddiyyətlər vətəndaş müharibəsi ilə 

(1861-1865)  nəticələndi.  Müharibə  ölkə  iqtisadiyyatının  normal  inkişafı 

prizmasından mühüm əhəmiyyət kəsb edən dəyişikliklərə gətirib çıxardı: 

Quldarlıq aradan qaldırıldı, aqrar məsələ fermerlərin xeyrinə həll edildi. 

1860-1880-ci  illərdə  fermerlərə  məxsus  torpaq  sahəsinin  həcmi  65  mln. 

hektara çatdı. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



310

                                                            

1870-ci  ildə  amerikan  sənayesi  istehsalın  həcminə  görə  dünyada 

ikinci  yerə çıxdı ( ngiltərədən sonra). Hələ 1850-ci ildə ABŞ aqrar ölkə 

olmuşdu. Lakin 1880-ci ildə, yəni cəmi 30 il ərzində sənaye istehsalının 

həcmi dəyər ölçüsündə kənd təsərrüfatı istehsalını 2.5 dəfə qabaqlayırdı. 

 

Cədvəl 12.10 

ABŞ-ın iqtisadi inkişaf dinamikası (1870-1913) 

 

Göstəricilə

1870 

1890 

1900 

1913 

1913 

⁄1870


-ə 

nisbətə

%-lə 

1. Əhali, mln.n 

2. mmiqrasiya, min.n 

3.  Dünya  sənayesində  xüsusi  çəkisi, 

(%) 

4. 


Sənaye 

istehsalı 

indeksi 

(1913=100) 

5. Kömür istehsalı,  

mln. t. 


6. Neft istehsalı, mln. t 

7.Çuqun istehsalı, mln.t. 

8.Polad istehsalı, mln.t 

9.Elektrik  enerjisi  istehsalı,  mlrd. 

kvt.s 

10.Avtomobil istehsalı, min ədəd 



11.Pambıq istehlakı,  

min t. 


12.Taxıl əkin sahəsi, mln.ha 

13.Taxıl yığımı mln. kvintal¹ 

14.Pambıq əkin sahəsi, mln.ha 

15.Pambıq yığımı, mln. kvintal 

16.Dəmiryolunun uzunluğu, min km. 

17. xracat, mln.dol 

18. dxalat, mln.dol 

38.7 


387.2 

23 


 

 



29.5 

 

0.2 



1.7 

0.7 


 



 

 



8.5 

 

69.2 



 

3.7 


 

8.7 


 

85 


 

377 


420 

63.1 


455.3 

31.0 


 

27.0 


 

140.9 


 

1.9 


9.2 

4.3 


 



 

2518 


 

14.9 


 

122.2 


 

8.5 


 

18.6 


 

 



846 

812 


 

76.1 


448.6 

31.0 


 

37.0 


 

240.8 


 

2.7 


13.8 

10.2 


5.0 

 

4.0 



 

3873 


 

19.9 


 

163.1 


 

10.1 


 

22.0 


 

300 


 

1453 


804 

96.5 


1198 

36.0 


 

69.0 


 

508.9 


 

10.4 


31.0 

31.3 


17.5 

 

485 



 

5786 


 

21.1 


 

204 


 

14.3 


 

30.7 


 

413 


 

2448 


1757 

+2.5 dəfə 

+3.1 dəfə 

+13% 


 

 



+17.2 dəfə 

 

+52 dəfə 



+18.2 dəfə 

+44.7 dəfə 

 



 

2.3 dəfə² 

 

+2.5 dəfə 



 

+2.9 dəfə 

 

+3.8 dəfə 



 

+3.5 dəfə 

 

+4.8 dəfə 



 

+6.5 dəfə 

+4.2 dəfə 

Qeyd:  kvintal = 45.36 kq; 1890-cı illə müqayisədə 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



311

                                                            

1870-1913-cü illər ərzində də ABŞ-ın iqtisadi inkişaf sürəti yüksək 

olaraq  qalmaqda  idi.  Proseslərin  intensivləşməsi,  dünya  sənaye 

istehsalında öncül mövqelərə  yiyələnmə ABŞ-ın  lider ölkəyə çevrilməsi 

ilə nəticələndi. 



 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin