Azərbaycan Respublikası adından


Аpellyаsiyа şikayətinin dəlilləri



Yüklə 262,92 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix28.12.2021
ölçüsü262,92 Kb.
#17206
1   2   3   4   5
Аpellyаsiyа şikayətinin dəlilləri: 

 

Məhkum  edilmiş  şəxs  Əzizov  Mirsamil  Ağafəlah  oğlu  apellyasiya  şikayətində 



göstərmişdir  ki,  özünü  qismən  təqsirli  bilir.  O,  özünü  CM-nin  234.4.1,  234.4.2, 

237.2.1,  237.2.2,  237.2.3-cü  maddələri  ilə  təqsirli  hesab  eləmir.  Səbəbi  də  budur  ki, 

ifşa olunmuş dəstənin üzvləri ilə, yəni Eldar Məmmədov, Cavid Məmmədov, Dəyanət 

Məmmədov, Sərraf Süleymanov ilə nə məhkəmə istintaqı zamanı, nə də ilkin istintaq 

zamanı  aralarında  üzləşmə  aparılmayıb.  O,  Saatlı  rayonu  ərazisində  “Ovçu  Qobu” 

adlanan  sahədə  torpaq  sahəsini  özbaşına  tutaraq  yuxarıda  adları  çəkilmiş  şəxslərə 

bostan əkmələri üçün vermişdir. Onların həmin sahədə çətənə kolları əkmələri ilə bağlı 

nə  xəbəri  olmuş,  nə  də  onlara  göstəriş  verməmişdir.  Buna  baxmayaraq  barəsində 

çıxarılan  hökmdə  o  mütəşəkkil  dəstənin  başçısı  kimi  göstərilmişdir.  Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsində  işə  baxılarkən  həmin  şəxslərin  şahid  qismində  dəvət 




 

edilmələrini  dəfələrlə  xahiş  etsə  də,  hakim  buna  məhəl  qoymamışdır.  Apellyasiya 



şikayətinə həmin şəxslərin ifadə  vermələrinin   təmin edilməsi ilə  baxılaraq ona CM-

nin  234.4.1,  234.4.2,  237.2.1,  237.2.2,  237.2.3-cü  maddələri  ilə  bəraət  verilməsini 

xahiş  edir.  Himayəsində  ahıl  yaşlı  valideynlərinin  olmasını,  Qarabağ  müharibəsi 

veteranı olmasını, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsini nəzərə  alıb ona 

CM-nin  24  noyabr  2015-ci  il  tarixədək    qüvvədə  olmuş  CM-nin  188-ci  maddəsi  ilə 

aşağı həddə cəza verilməsini xahiş edir.  

 


Yüklə 262,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin