Hüquq məsələləri:
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə
görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin
faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin
nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır.
Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi
tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi
tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında
yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu
Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
apellyasiya şikayətinin və apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq
yохlanılır.
Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya
məhkəməsinin Əzizov Mirsamil Ağafəlah oğlunun əməlini Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 237.2.1, 237.2.2, 237.2.3-cü maddələri və 24
noyabr 2015-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə
tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayətləri törətməsi birinci
instansiya məhkəməsində Əzizov Mirsamil Ağafəlah oğlunun özünün qismən etirafı,
şahidlər Əliyev Əbduləli Mirzə oğlu, Əliyev Şirxan Əbduləli oğlu, Alimov Kamil
Ciyanşah oğlu, Əhədov Təbriz Nadir oğlu, Paşayev Bəxtiyar Aydın oğlu Əsgərov
Emin Dostu oğlu, İbrahimov Əzulla Fərzi oğlunun ifadələri, ekspert rəyləri, işdə olan
digər sübutlar əsasında sübuta yetirilmişdir.
Belə ki, Əzizov Mirsamil Ağafəlah oğlu birinci instansiya məhkəməsində ifadə
verərkən bildirmişdir ki, hadisə ərəfəsində onun Saatlı rayonunun Azadkənd kəndi
ərazisində ferması olmuşdur. Onunla qonşuluqda isə yaxın yoldaşlıq munasibətində
olduğu Oktay Məmmədovun ferması yerləşmişdir. Oktay ondan xahiş etdiyi üçün o,
axırıncının da fermadakı işlərinə ümumi nəzarəti həyata keçirmişdir. Fermadakı daimi
işlərə isə Əzulla İbrahimov nəzarət etmişdir. Oktayın fermasına işçilərin qəbul
edilməsi işlərinə də o baxmışdır. Özü fermaya ayda 1 dəfə, bəzən 2 aydan bir gəlib baş
çəkmişdir. 2013-cü ilin mart ayında o, Əliyev Əbdüləli adlı şəxsi, sonra isə onun oğlu
Şirxanı və qohumu Emin Əsgərovu Oktayın fermasına çoban kimi işə götürmüş və
həmin vaxtdan da axırıncılar Oktayın fermasında qalmaqla çoban işləmişlər. 2014-cü
ilin təxminən mart ayında tanışı, Saatlı rayonunun Sarıcalı kənd sakini Eldar
Alməmmədov ona qazanc əldə etmək üçün iş verməyi xahiş etmiş və o da axırıncını
Oktayın fermasında muxtəlif işlərə cəlb etməklə ona günəmuzd pul ödəmişdir. Bundan
bir müddət sonra Eldar Alməmmədov Qaraqunlu kənd sakini olan tanışı Sərraf
Süleymanovla ona müraciət edərək Oktayın ferması yanındakı sahədən onlara bostan
kimi istifadəyə icazə istəmişlər. O, həmin sahənin ona və ya Oktaya məxsus
olmadığını, lakin orada bostan bitkiləri becərməyə etirazı olmadığını bildirmiş, yəni
onlara bu torpaqdan öz mülkiyyəti kimi istifadə etməyə icazə vermişdir. Onlar da
4
həmin ərazidə qarpız əkib becərmişlər. Lakin onların çətənə kolları əkmələrindən
xəbəri olmayıb. Bundan başqa həmin ərazidə yerləşən gölə Eldargillə gətirib balıq
buraxıb yetişdirməyə başlamış və Eldargilə də göldəki balıqlara nəzarət etməyi
tapşırmışdır. Ona görə də, kənar şəxslər gəlib göldən balıq tutmaq istədikdə Eldar və
ya Sərraf ona zəng edib buna icazə istəmişlər və o da vermişdir. Məmmədov Cavid
Yaqub oğlu və Məmmədov Dəyanət Yaqub oğlunu isə o, axırıncıların atası Yaqub
Məmmədovun xahişi ilə 2013-cü ilin payız vaxtı fermada günəmuzd işlərə cəlb
etmişdir. Sonuncuların da Oktayın ferması yaxınlığındakı “Ovçu Qobu” adlanan
sahədə narkotik tərkibli bitkilər becərmələri barədə məlumatı olmamışdır. O, fermaya
nadir hallarda gəlmiş, yalnız 1-2 dəfə Eldar və ya Cavidgilin bostan əkdiyi sahəyə
yaxınlaşmışdır.
Birinci instansiya məhkəməsindəki çıxışının sonunda Əzizov Mirsamil Ağafəlah
oğlu ona istinad edilən cinayətlərdə günahı olduğunu etiraf etdiyini və buna görə
peşimançılıq çəkdiyini bildirib, məhkəmədən bunları, həmcinin əvvəllər məhkum
olunmadığını, himayəsində azyaşlı uşağının, eləcə də ahıl yaşlı və xəstə
valideynlərinin olmasını, axırıncıların onun mənəvi və maddi köməkliyinə ehtiyacları
olmasını, özünün də ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə alıb ona təqsirli
bilindiyi maddələrin sanksiyasının aşağı həddindən artıq olmayan müddətə cəza təyin
etməyi xahiş etmişdir.
İşdə olan və məhkəmə iclasında elan olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi
Əsədov Ağa Ziyad oğlunun dindirmə protokolundan görünür ki, o, ibtidai istintaq
zamanı verdiyi ifadəsində göstərmişdir ki, Saatlı Rayon İcra Hakimiyyətində
iqtisadiyyat şöbəsində işləyir. Saatlı rayonun Azadkənd kəndinin ətrafında yerləşən
“Ovçu qobu” adlanan ərazi bütövlükdə Saatlı rayonun inzibati ərazisinə daxil olan
dövlət qış otlaq sahələridir. Həmin ərazi heç bir fiziki və hüquqi şəxsə icarəyə
verilməmişdir. O cümlədən Əzizov Mirsamil Ağafəlah oğlu, Süleymanov Sərraf
Tapdıq oğlu, Alməmmədov Eldar Həsən oğlu, Məmmədov Cavid Yaqub oğlu və
Məmmədov Dəyanət Yaqub oğluna icarəyə verilməmiş, həmçinin bu şəxslərin qeyd
olunan yerdən torpaq sahəsini icarəyə götürməsi ilə bağlı rayon icra hakimiyyətinə
müraciətləri olmamışdır. Həmin şəxslər dövlət mülkiyyətinə aid torpaq sahələrini
özbaşına tutmuşlar. Mirsamil Əzizov, Sərraf Süleymanov, Eldar Alməmmədov, Cavid
Məmmədov və Dəyanət Məmmədovun özbaşına tutduqları torpaq sahəsi əvvələr heç
kimin istifadəsinə verilməmişdir. Bu şəxslərin torpaq sahəsini özbaşına tutmaları ilə
bağlı dövlətə hər hansı maddi ziyan dəyməmişdir.
Zərərçəkmiş şəxsin nümayəndəsi Əsədov Ağa Ziyad oğlu tərəfindən məhkəməyə
ünvanlanmış ərizədə Saatlı rayonunun “Ovçu Qobu” adlanan ərazisində 2014-cü ilin
aprel-iyun aylarında qanunsuz becərmə işlərinin aparılması nəticəsində Rayon İcra
Hakimiyyətinə ziyan dəymədiyi və bu səbəbdən də Əzizov Mirsamil Ağafəlah oğluna
qarşı heç bir iddia və tələb olmadığı bildirilmiş və məhkəmədən axırıncı barəsində
qanuna muvafiq qərar qəbul olunması xahiş olunmuşdur.
İşdə olan «baxış keçirilməsi barədə» 18 iyun 2014-cu il tarixli protokoldan
görünür ki, həmin gün Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayonun
Moranlı kəndinin ərazisində olan pay torpaqlarının ətrafında narkotik tərkibli bitkilərin
əkilib-becərilməsinə dair daxil olmuş məlumata əsasən həmin əraziyə baxış
keçirilmişdir. Baxış zamanı suvarma kanalının sağ tərəfində yulğun və biyan bitkiləri
ilə əhatə olunmuş ərazidə, xüsusi düzəldilmiş şrımlarda təqribən 3 hasa hədə
dağınıq
şəkildə bir neçə hissədə cərgə üsulu ilə əkilmiş, aqrotexniki qaydada əkilib-becərilmiş,
hündürlükləri 0,4-1,3 metr olan, yaş çəkisi 493 kq olmaqla 261 ədəd çətənə kollarına
5
oxşar bitkilər, habelə təqribi çəkisi 575 qram olan qurudulmuş marixuanaya oxşar
kütlə təhqiqat orqanı tərəfindən götürülmüşdür.
İşdə olan «baxış keçirilməsi və götürmə aparılması barədə» 19 iyun 2014-cü il
tarixli protokol və protokola əlavə edilmiş foto şəkillərlə müəyyən edilir ki, həmin gün
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayonun Azadkənd kəndi ərazisində
yerləşən fermanın ərazisinə baxış keçirilmişdir. Baxış zamanı 2 ədəd göy rəngli iplə
sarınaraq bağlanmış narkotik tərkibli çətənə bitkilərinə oxşar kötükləri üzərində olan,
eyni zamanda kötüklərinin üzərində qurumuş torpaq hissəcikləri olan 37 ədəd kollar,
həmin kollar olan bükümlərinin arasında 1 ədəd üzərində “Davidoff” sözləri yazılmış
siqaret qutusunun içərisində narkotik maddəyə oxşar kütlə aşkar olunub
götürülmüşdür. Həmçinin bu ərazidə olan koma ilə su kanalı arasında xüsusi olaraq
şumlanmış zolaqda aşkar olunan narkotik tərkibli çətənə bitkisinin yarpaqları sellofan
torbaya yığılaraq
götürülmüşdür. Həmin ərazidən torpaq nümunələri də
götürülmüşdür. Eyni zamanda komadan 150-200 metr aralıda olan su kanalın sağ
qurtaracağında şumlanmış ərazi və həmin ərazidə yerdə çətənə bitkisinin yarpaqlarına
oxşar yarpaqlar yığılaraq götürülmüşdür. Qeyd olunan ərazidən 1,5-2 km aralıda əkin
sahəsini sulamaq üçün istifadə edilən kiçik ölçülü su kanalının içərisində 13 ədəd
çətənə bitkisinə oxşar kollar aşkar olunaraq götürülmüşdür.
İşdə olan 30 iyun 2014-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki,
narkotik tərkibli çətənə bitkilərinin aşkar edildiyi “Ovçu qobu” adlanan ərazi Saatlı
rayonunun inzibati ərazi vahidi olmaqla dövlət fonduna aid qış otlaq sahəsinə aiddir.
İşdə olan 26 iyun 2014-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Eldar
Alməmmədov və Sərraf Süleymanov çətənə bitkiləri əkib yetişdirdikləri torpaq
sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi “Ovçu qobu” adlanan
yer olmaqla Sabirabad rayonunun inzibati ərazisinə aid deyil, həmin ərazi Saatlı
rayonunun inzibati ərazisinə aiddir.
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji
ekspertizasının 20 iyun 2014-cü il tarixli, 11775 nömrəli rəydən görünür ki, tədqiqata
təqdim olunmuş ağ kağız üzərində “Oqtay Məmmədova məxsus fermanın ərazisində
şor kanalının yanında …13 ədəd çətənə bitkiləri …” sözlər və imzalar olan bir ədəd ağ
rəngli sintetik torbada 13 (on üç) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi-3 kq 730,0
qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli
çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin
bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir.Tədqiqata təqdim olunmuş ağ kağız
üzərində “37 ədəd kökündə torpaq qalıqları olan çətənə bitkiləri …” sözlər və imzalar
olan bir ədəd ağ rəngli sintetik torbada 37 (otuz yeddi) ədəd, quru vəziyyətdə ümumi
təmiz çəkisi 1 kq 130,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan
olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 (bir) ədəd “Davidoff” siqaret
qutusunda təmiz çəkisi 5,10 qram bitki mənşəli kutlə tərkibində narkotik maddələr
olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-
qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “… xususi olaraq əkin
üçun hazırlanmış sahədən götürülmüş …” sözlər və imzalar olan bir ədəd kağız
paketdə sellofan torbada təmiz çəkisi-25,37 qram bitki mənşəli kütlə tərkibində
narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış
narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 37 (otuz yeddi)
ədəd, quru vəziyyətdə olan çətənə (kannabis) bitkiləri ilə onun aşkar olunduğu yerlərin
yanında xüsüsi olaraq əkin üçün hazırlanmış sahələrdən götürülmuş kağız paketlərdə
sellofan torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər.
6
Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərin qalıqları 3 kq 729,74 qram və 1
kq 129,26 qramdır. Habelə tədqiqata sərf edildikdən sonra narkotik vasitə olan
qurudulmuş marixuananın qalıqları 5,08 qram, 26,97 qram və 25,35 qramdır.
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-torpaqşunaslıq və
bioloji ekspertizasının 23 iyun 2014-cü il tarixli, 11967 nömrəli rəyindən görünür ki,
tədqiqata təqdim olunmuş iki ədəd polietilen torbalarda “1” və “2” işarəsilə
işarələnmiş torpaq nümünələrinin tərkibində əkib-becərilməsi qadağan olunmuş
narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri vardır. Tədqiqata təqdim
olunmuş 37 (otuz yeddi) ədəd, quru vəziyyətdə olan çətənə (kannabis) bitkiləri ilə
təqdim olunmuş “1” və “2” işarəsi ilə işarələnmiş torpaq nümunələrinin tərkibində
olan çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Tədqiqata
təqdim olunmuş iki ədəd polietilen torbalarda “1” və “2” işarəsi ilə işarələnmiş torpaq
nümunələri ilə 37 ədəd çətənə (kannabis) bitkisinin köklərindən götürülmüş torpaq
qrup və cins əlamətlərinə görə eynidirlər.
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji
ekspertizasının 19 iyun 2014-cü il tarixli, 11663 nömrəli ekspert arayışı ilə müəyyən
edilir ki, tədqiqata təqdim edilmiş 5 ədəd torbada yaş vəziyyətində, ümumi sayı 261
ədəd, ümumi təmiz çəkisi 18 kq 740 qram olan bitkilər əkilib-becərilməsi qadağan
olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin
bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Habelə vət. Süleymanov Sərraf
Tapdıq oğlundan və Alməmmədov Eldar Həsən oğlundan götürülmüş təmiz çəkisi
400,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə
(kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə-qurudulmuş marixuanadır.
Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərin qalığı 18 kq 739,5 qramdır. Habelə
tədqiqata sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalığı
399,9 qramdır.
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji
ekspertizasının 14 iyul 2014-cu il tarixli, 12495 nömrəli rəyindən görünür ki, tədqiqata
təqdim edilmiş 01 (bir) ədəd bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş
tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir.
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji
ekspertizasının 30 sentyabr 2014-cu il tarixli, 18025 nömrəli rəyindən görünür ki,
Sabirabad rayonunun Moranlı kəndi ərazisində baxış zamanı götürülmüş və tədqiqata
təqdim olunmuş 5 ədəd ağ rəngli sintetik torbada, quru vəziyyətdə ümumi sayı 261
ədəd, ümumi təmiz çəkisi-8765,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi
qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. İlkin tədqiqat zamanı
həmin 5 ədəd ağ rəngli sintetik torbalarda olan bitkilərin yaş vəziyyətdə ümumi təmiz
çəkisi -18740,0 qram olmuşdur. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin
bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş bir
ədəd sellofan torbada təmiz çəkisi-399,9 qram bitki mənşəli kütlə, tərkibində narkotik
maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə-
qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı həmin bitki mənşəli kütlənin təmiz
çəkisi -400,0 qram olmuşdur. Habelə Alməmmədov Eldar Həsən oğlunun ifadəsinin
yerində yoxlanılması zamanı götürülmüş və tədqiqata təqdim edilmiş böyük kağız
paketdə quru vəziyyətdə 1 (bir) ədəd, təmiz çəkisi-5,59 qram bitki nümunəsi, əkilib-
becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Bundan
əlavə tədqiqata təqdim edilmiş Moranlı kəndi ərazisinə baxış zamanı götürülmüş 5
ədəd ağ rəngli sintetik torbada 261 ədəd çətənə (kannabis) bitkiləri, sellofan torbada
7
olan marixuana, Eldar Alməmmədovun ifadəsi yerində yoxlanılarkən götürülmüş
böyük kağız paketdə 1 (bir) ədəd çətənə (kannabis) bitkisi tərkiblərinə görə eynidirlər
və Saatlı rayonunun Azadkənd kəndi ərazisinə baxış zamanı götürülmüş 2 ədəd ağ
rəngli sintetik torbalarda olan çətənə (kannabis) bitkilərindən, “Davidoff” siqaret
qutusunda, iki ədəd kiçik kağız paketlərdə sellofan torbalardakı marixuanalardan
fərqlənirlər. Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərin qalıqları 8764,489 qram,
5,57 qram və 2994,16 qramdır. Habelə tədqiqata sərf edildikdən sonra narkotik vasitə
olan qurudulmuş marixuananın qalıqları 399,88 qram, 5,06 qram, 26,95 qram və 25,3
qramdır.
İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə-narkoloji
tibbi yoxlamanın 25 sentyabr 2014-cü il tarixli, 2132 nömrəli rəyindən görünür ki,
Əzizov Mirsamil Ağafəlah oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin
əlamətləri aşkar olunmur və o, narkokomaniya xəstəliyindən əzab çəkmir,
narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİ İdarəsinin 15
oktyabr 2015-ci il tarixli tələbnaməsindən görünür ki, Əzizov Mirsamil Ağafəlah oğlu
əvvəllər məhkum olunmamışdır.
İşdə olan və məhkəməyə təqdim edilmiş xasiyyətnamə və arayışlardan görünür
ki, Əzizov Mirsamil Ağafəlah oğlu Saatlı şəhəri, H.B.Zərdabi küçəsi, ev 106-da
qeydiyyatda olmaqla, orada ailə üzvləri, habelə 1924 və 1930 təvəllüdlü valideynləri
ilə birlikdə yaşayır, himayəsində bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət
xarakterizə olunur və o, Saatlı Rayon Mərkəzi Xəstəxanasının poliklinikası şöbəsində
“ UİX gərginlik stenikardiyası II f/sinif. Şəkərli diabet II tip orta ağır forma diaqnozu
ilə qeydiyyatda olub müalicə almışdır.
Birinci instansiya məhkəməsi аrаşdırılmış yuxarıda sadalanan sübutlаrın
məcmusunа əsаslаnıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Əzizov Mirsamil
Ağafəlah oğlu ona istinad edilən əməlləri törətmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Əzizov
Mirsamil Ağafəlah oğluna ona istinad edilmiş maddənin sanksiyasında nəzərdə tutulan
azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən səhv etməmişdir. Bununla belə
məhkəmə kollegiyası Əzizov Mirsamil Ağafəlah oğlunun ailə və sağlamlıq
vəziyyətini, əməlindən peşmançılıq çəkməsini, birinci instansiya məhkəməsində
müəyyən edilmədiyi halda müharibə veteranı olmasını, birinci instansiya məhkəmə
baxışının sonunda iş üzrə səmimi ifadələr verməsini nəzərə alaraq birinci instansiya
məhkəməsi tərəfindən ona təyin ediliş cəzanın azaldılmasını mümkün hesab edir.
Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cu il tarixli, 4
saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda
təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət
qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və
41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ
adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz
barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə
yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi
haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə səsləşən AR
CPM-in “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan
35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət
8
verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun
yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu
hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi xahişinin təmin edilməsi heç
də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini
yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci
instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında yüngülləşdirmənin
mümkünlüyün özündə ehtiva edir.
Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən məhkumun bu Məcəllənin 35.1 və
35.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.
Qeyd edilənlərə əsasən və birinci instansiya məhkəməsi tərəfindən nəzərə
alınmadığı halda Əzizov Mirsamil Ağafəlah oğlunun müharibə veteranı olduğunu
müəyyən edən məhkəmə kollegiyası işin Əzizov Mirsamil Ağafəlah oğlunun
şəxsiyyəti, ailə və sağlamlıq vəziyyəti ilə bağlı olan hallarını, nəzərə alaraq hesab edir
ki, Əzizov Mirsamil Ağafəlah oğluna təyin edilmiş cəza sanksiya həddində
yüngülləşdirilməlidir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza
təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın
şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin
olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə
alınır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzаnın аnlаyışı və məqsədi»
аdlаnаn 41.2-ci mаddəsinə əsаsən cəzа sоsiаl ədаlətin bərpаsı, məhkumun islаh
edilməsi və həm məhkumlаr, həm də bаşqа şəхslər tərəfindən yeni cinаyətlərin
törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir.
Məhkəmə kоllegiyаsı yuхаrıdа sаdаlаnаn hаllаrı nəzərə аlаrаq Əzizov Mirsamil
Ağafəlah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2
maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının daha
aşağı həddə təyin edilməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci
mаddəsində nəzərdə tutulаn cəzаnın məqsədinin əldə edilməsinin mümkün оlаcаğını
hesаb edir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya
şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan
398.1.4-cu maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin
baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya
qərarının dəyişdirilməsi bаrədə qərar qəbul edə bilər.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-cı maddəsınə
əsasən təyin edılmış cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun
olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilməsi üçün
əsasdır.
Şirvаn Аpellyаsiyа Məhkəməsinin Cinаyət Kоllegiyаsı məhkəmə istintаqı
аpаrmаmаqlа cinаyət işinin mаteriаllаrını аrаşdırıb аpellyаsiyа şikаyətinin dəlillərini
müzаkirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihаmçısının аpellyаsiyа
şikаyətinin təmin olunmamаsı bаrədə rəyini dinləyərək hesаb edir ki, аpellyаsiyа
şikаyəti təmin edilməli, Əzizov Mirsamil Ağafəlah oğlunun Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 237.2.1, 237.2.2, 237.2.3 maddələri və 24
noyabr 2015-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə
məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2016-cı il
tarixli 1(089)256/2016 saylı hökmü dəyişdirilməlidir.
9
Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin 397, 398.1.4-cu, 399.1.5-ci, 407-410-cü maddələrini rəhbər tutaraq
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kоllegiyası,
Dostları ilə paylaş: |