237.2.2, 237.2.3-cü maddələri və 24 noyabr 2015-ci il tarixə kimi qüvvədə olmuş
.
ilə qanunsuz olaraq narkotik vasitələr əldə edib hazırlamaq niyyəti ilə tərkibində
narkotik maddələr olan külli miqdarda bitkiləri əkib yetişdirmək üçün tanışları
2
Alməmmədov Eldar Həsən oğlu, Məmmədov Cavid Yaqub oğlu, Məmmədov
Dəyanət Yaqub oğlu və Suleymanov Sərraf Tapdıq oğlu ilə birlikdə təşkil etdiyi
mütəşəkkil dəstənin tərkibində 2014-cü ilin mart ayında Saatlı rayonunun Azadkənd
kəndi ərazisində “Ovçu qobu” adlanan sahədə yerləşən dövlət qış otlaq sahəsinə
məxsus 3 hektar torpaq sahəsini özbaşına tutaraq torpaq üzərində qanunla müəyyən
olunmuş mülkiyyət hüququnu pozmaqla müəyyənləşdirilməsi mümkün olmayan
mənbədən tərkibində narkotik maddələr olan çətənə toxumlarını əldə edib həmin
sahədə əkərək 4 ay ərzində həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərib
yetişdirməklə kultivasiya etmiş, 18 iyun 2014-cü il tarixdə, saat 16 radələrində
Sabirabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat
tədbirləri nəticəsində 261 ədəd çətənə bitkisi və narkotik vasitə olan 400 qram
qurudulmuş marixuana, 26 iyun 2014-cü ildə isə həmin əraziyə polis əməkdaşları
tərəfindən baxış keçirilməsi zamanı 1 ədəd çətənə bitkisi aşkar edilərək
götürülmüşdür.
Bundan başqa o, təkrarən, eyni niyyətlə tərkibində narkotik maddələr olan külli
miqdarda bitkiləri əkib yetişdirmək üçün Alməmmədov Eldar Həsən oğlu,
Məmmədov Cavid Yaqub oğlu, Məmmədov Dəyanət Yaqub oğlu və Süleymanov
Sərraf Tapdıq oğlu ilə birlikdə təşkil etdiyi mütəşəkkil dəstənin tərkibində 2014-cü
ilin may ayında Saatlı rayonunun Azadkənd kəndi ərazisində “Ovçu qobu” adlanan
sahədə yerləşən dövlət qış otlaq sahəsinə məxsus 1 hektar torpaq sahəsini özbaşına
tutaraq torpaq üzərində qanunla müəyyən olunmuş mülkiyyət hüququnu pozmaqla
məlum olmayan mənbədən tərkibində narkotik maddələr olan çətənə toxumlarını əldə
edib həmin sahədə əkərək 2 ay ərzində aqrotexniki qaydada qulluq göstərib
yetişdirməklə kultivasiya etmiş, 19 iyun 2014-cu ildə, saat 15 radələrində Saatlı rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin
ərazidən 37 ədəd çətənə kolu, 5,10 qram, 26,99 qram və 25,37 qram narkotik vasitə
olan qurudulmuş marixuana, 13 ədəd yaş halda narkotik tərkibli çətənə (kannabis)
bitkiləri aşkar edilərək götürülmüşdür.
Əzizov Mirsamil Ağafəlah oğluna qаrşı irəli sürülmüş ittihаm birinci instаnsiyа
məhkəməsi tərəfindən yuхаrıdа göstərilmiş qаydаdа həll edilmişdir.
Əzizov Mirsamil Ağafəlah oğlu məhkəmənin hökmündən аpellyаsiyа şikаyəti
verərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 237.2.1,
237.2.2, 237.2.3-cü maddələri ilə bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 188-ci maddəsi ilə xəstəliyi nəzərə alınaraq ona yüngül cəza təyin
edilməsini xahiş etmişdir.
Dostları ilə paylaş: