Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Hava ilə doldurulan xilasedici salın atılması və açılması



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə19/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   15   16   17   18   19   20   21   22   ...   84
Dənizdə təhlükəsizlik

1.4.7. Hava ilə doldurulan xilasedici salın atılması və açılması.
48


Hava ilə doldurulan sallar gəmidə konteynerlərə
qablaşdırılmış şəkildə saxlanılır. Salın konteynerlə birlikdə çəkisi 185kq-dan artıq olmamalıdır. Sal altlıq üzərində qlaqol-qakı
olan naytov (calaq ipi) vasitəsilə bərkidilir; calaq ipi ayırıcı hidrostatik qurğuya bərkidilir. Konteynerdən çıxarılmış falinin(işə
salma ipinin) kök sonucu gəmidə bərkidilməlidir. 
Salı təyinatı üzrə istifadə etmək üçün qlaqol-qakı çıxararaq konteyneri calaq ipindən ayırmaq, işə salma ipinin gəmidə
bərkidilməsini yoxlamaq, konteyneri bortun yanına gətirmək və ya diyirləmək və onu suya atmaq lazımdır. Salı doldurmaqdan
ötəri falinin boşluğun yığıb onu kəskin dartmaq lazımdır. Bu zaman karbon qazı olan balonun klapanı açılacaq. Üzmə
kameraları və qövslər qazla dolacaq, sal konteynerdən azad olacaq və öz formasını alacaq. 
Şəkil 1.14. Hava ilə doldurulan xilasedici salın konteyneri
49


Salın hava ilə doldurulması 
ətraf mühitin 18ºC-dən 
20ºC-yə qədər 
qədər temperaturu zamanı
1dəq ərzində və
ətraf 
mühitin temperaturu -30ºC 
olduqda 
3dəq ərzində baş verməlidir.
Əgər calaq ipi verilməyibsə və hava ilə
doldurulan sal olan konteyner gəmi ilə birlikdə batarsa, o
zaman 4 metrdən çox olmayan dərinlikdə hidrostatik
qurğu suyun təzyiqindən işə düşərək avtomatik olaraq salı
gəmidən ayırır. Müsbət üzmə qabiliyyətinə malik olan
konteyner suyun üzərinə çıxır.
Əgər falinin dartılması ilə qazdoldurma sistemi işə düşməyərsə, o zaman tam uzunluğu üzrə falin konteynerdən
dartılıb çıxarıldıqda, o işə salınır. 
Sal falin vasitəsilə gəmiyə bağlı vəziyyətdə qalır, hansının ki, qırılma gücü, salın tutumundan asılı olaraq 7,5-dən
10kN hüdudunda olur. Gəmidə bərkidilmə yerində falin zəif manqaya malikdir. O, lini konteynerdən dartıb çıxarkən
qırılmamalı, o, qazdoldurma sistemini işə salmaq üçün kifayət qədər möhkəmliyə malikdir və 2,2±0.4kN güc ilə dartılarkən
qırılır, hansı ki, gəmi suya batarkən salın suyun altına çəkilməsinin qarşısının alınmasını təmin edir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin