Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Xilasedici qayıq və sallarda siqnalizasiya və rabitə vasitələri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
Dənizdə təhlükəsizlik

1.5.2. Xilasedici qayıq və sallarda siqnalizasiya və rabitə vasitələri.
Pirotexnik vasitələr diqqəti cəlb etmək üçün istifadə olunur; aşağıda göstərilən siqnalların istəniləndən birinin
verilməsi, gəminin və ya insanın fəlakətə uğramasını və dərhal köməyə ehtiyacı olmasını bildirir.
Paraişüt raketi:
-
suyadavamlı gövdədə olmalı;
-
onun gövdəsinə çəkilmiş şəkillərlə və ya qısa təlimatla istifadə üsulunu dəqiqliklə göstərməli;
-
içinə salınmış fitil vasitəsinə malik olmalı;
-
istehsalçı zavodun təlimatına müvafiq olaraq istifadəsi zamanı onu tutan insana narahatçılıq yaratmayan quruluşa
malik olmalıdır.
Raketi şaquli istiqamətdə buraxarkən o, azı 300 m hündürlüyə çatmalıdır. Trayektoriyasının yuxarı nöqtəsinə və ya
onun yaxınlığına çatarkən raket paraşüt siqnalı duraxmalıdır, hansı ki:
-
al-qırmızı işıqla yanmalı;
-
azı 30000 kd orta işıq gücü ilə bərabər şəkildə yanmalı;
-
azı 40 san yanma müddətinə malik olmalı;
-
5 m/san enmə sürətinə malik olmalı;
-
yanma zamanı öz paraşütünü və ya onun bərkidilməsini zədələməməlidir.
Falşfeyer pirotexnik patronu özündə təmsil edir. O:
-
suyadavamlı gövdədə olmalı;
-
onun gövdəsinə çap edilmiş şəkillərlə və ya qısa təlimatla istifadə üsulunu dəqiqliklə göstərməli;
-
içinə salınmış fitil vasitəsinə malik olmalı;
-
istehsalçı zavodun təlimatına müvafiq olaraq istifadəsi zamanı onu tutan insana narahatçılıq yaratmayan və
kollektiv xilasetmə vasitəsini yanan və ya közərən qalıqları ilə təhlükəyə məruz qoymayan quruluşa malik olmalı;
56


-
al-qırmızı işıqla yanmalı;
-
azı 15000 kd orta işıq gücü ilə bərabər şəkildə yanmalı;
-
azı 1 dəq yanma müddətinə malik olmalı;
-
onu suya 100 mm dərinliyə 10 san batırdıqdan sonra yanmaya davam etməlidir.
Aydın havada işıq təxminən 6 mil məsafədə görünür. Yanma zamanı falşfeyer əldə saxlanılır. İşığa baxmaq olmaz,
çünki bu gözlərin ağır zədələnməsinə gətirib çıxara bilər.
Üzən tüstü şaşkası gündüz zamanı siqnal vermək üçün istifadə olunur. 
Üzən tüstü şaşkası:
- suyadavamlı gövdədə olmalı;
- istehsalçı zavodun təlimatına müvafiq olaraq istifadəsi zamanı o alışmadan yanmalı;
- onun gövdəsinə çap edilmiş şəkillərlə və ya qısa təlimatla istifadə üsulunu dəqiqliklə göstərməli;
- sakit suda üzən vəziyyətdə olarkən azı 3 dəq ərzində yaxşı görünən rəngdə bərabər şəkildə tüstü buraxmalı;
- tüstü şaşkasının bütün fəaliyyət müddəti ərzində alov püskürməməli;
- dalğalıqda su ilə dolmamalı;
- onu suya 100 mm dərinliyə 10 san batırdıqdan sonra tüstü əmələ gətirməyə davam etməlidir.
Şaşkanın gövdəsi tez bir zamanda yüksək temperatura qədər qızır, buna görə də əlləri yandırmamaq üçün tüstü
buraxma başlayan kimi, onu suya atmaq lazımdır. Şaşkanı xilasedici vasitəyə nisbətən küləyin istiqaməti üzrə atmaq lazımdır
ki, külək tüstünü yana aparsın və tüstüdən boğulma təhlükəsi olmasın.
Siqnal güzgüsü (gelioqraf) gündüz vaxtı, aydın havada 20 milə qədər məsafədə diqqəti cəlb etməyə imkan verir.
Şüanın (zayçikin) müvafiq hədəfin (gəmi, təyyarə, sahil postu) üzərinə düşməsi üçün nişangahdan – plastinkadan və ya dəlikli
lövhəcikdən istifadə etmək olar. Bundan ötrü lövhəciyi tam uzadılmış əldə tutmaq və lövhəciyin dəliyindən hədəfi müşahidə
57


etmək lazımdır. Gelioqrafı gözünüzə yaxınlaşdırıb, güzgüdə olan dəlikdən, lövhəcikdə olan dəliyə və hədəfə baxmaq lazımdır;
güzgünün vəziyyətini dəyişərək, nail olmaq lazımdır ki, şüa lövhəcikdəki dəliyin və nəticə etibarı ilə, hədəfin üzərinə düşsün.
Fəlakətin işıq siqnalını verilmək üçün elektrik fənəri istifadə olunur. Siqnal Morze əlifbası üzrə SOS sözünün
hərflərini özündə təmsil edir: üç nöqtə, üç tire, üç nöqtə.
Dorda (şüvüldə, avarda və s.) qaldırılmış kvadrat bayraq və onun üzərində və ya altında
qaldırılmış şar və ya şara oxşar bir şey fəlakətin siqnalını bildirir.
Yan tərəflərə uzadılmış əllərin yavaş-yavaş qaldırılıb-endirilməsi həmçinin fəlakət siqnalını
bildirir.
Fəlakətin radiotelefon siqnalı “Mayday” (“Mede”) sözünün səslə deyilməsidir. Kollektiv
xilasetmə vasitələrinin öz aralarında və tərk edilmiş gəmi ilə, eləcə də görünüş hüdudunda olan digər
gəmilərlə radiorabitə saxlamaq və fəlakətin radiotelefon siqnalını verilmək üçün daşınan UGD (ultra
qısa dalğalı) radiostansiya istifadə olunur. Gəminin hərəkət növbəsi aparılan yerində 2-3 ədəd stansiya
olmalıdır. Əgər stansiyalar gündəlik işdə istifadə olunurlarsa, o zaman onlarla birlikdə ehtiyat
batareyaları saxlanılmalıdır; əgər stansiyaların gündəlik istifadəsinə icazə verilmirsə, o zaman onlar
möhürlənmiş halda saxlanılmalıdırlar. Gəmini tərk edərkən radiostansiyalar xilasedici qayıq və ya
sallara aparılır.
Daşınan UGD radiostansiya sukeçirilməyən variantda hazırlanmışdır. İkitərəfli əlaqə telefonu
UGD-nin 16-cı kanalında və bundan əlavə minimum əlavə bir kanalda işləməyi təmin etməlidir.
Batareya qidalanması ötürmə, qəbul və növbətçi qulaq asma üzrə vaxtın 1:1:8 nisbətində 8 saat
ərzində işləmək üçün hesablanmışdır. Radiostansiyanın işləməsi gəmidə rabitəni təmin etmək üçün
azaldılmış
 
güclə (0.25Vt) və xilasetmə vasitələrinin öz aralarında və gəmi ilə rabitə saxlamaları üçün
tam güclə (2-5Vt) həyata keçirilə bilər. İşə salma, kanalların və iş rejimlərinin seçilməsi düyməli
idarəetmə ilə həyata keçirilir . 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin