verir (qaytarma bucağı düşmə bucağına bərabərdir) və əks etdirilmiş dalğa gəmi RLS-inə qayıtmır. Hər halda, xilasedici qayıq
və salların radiolokasiya aşkarlanması məsafəsi kiçikdir və müxtəlif qiymətləndirmələrə görə qayıqlar üçün – 1-4 mil,
xilasedici sallar üçün – 0,5-1 mil təşkil edir.
Radiolokasiya aşkarlanmasının effektliyini artırmaq üçün qayıq və sallar passiv
radiolokasiya
qaytarıcıs
ı ilə təchiz olunurlar.
Qaytarıcı
özündə metallaşdırılmış materialdan hazırlanmış
yüngül
küncvari konstruksiyanı (hansı ki, hava ilə doldurulan ola bilər) təmsil edir.
Qaytarıcını
əmələ gətirən
künclər, elektromaqnit dalğalarını gəldikləri istiqamətdə təqribən tam surətdə əks etdirmə qabiliyyətinə
malikdirlər. Bunun
sayəsində hədəfin
radiolokasiya
aşkarlanması məsafəsi bir neçə mil artır.
Sal və ya qayıqda hava ilə doldurulan
radiolokasiya qaytarıcıs
ı mümkün qədər hündürlükdə
quraşdırılır.
Radiolakasiya cavabvericisi (transponder) xilasedici sal və qayıqların aşkarlanmasının üçün
ən effektiv vasitəsidir. O, iki iş rejiminə malikdir: gözləmə rejimi və aktiv rejim. Gozləmə rejimində
yalnız gəmi RLS-nin tezliyinə köklənmiş qəbuledici işləyir. Gəmi və
təyyarə RLS-dən impulslar daxil olarkən cavabverici aktiv
rejimə keçir
və öz impulslarını şüalandırır, hansılar ki, gəmi stansiyası tərəfindən
qəbul olunur. Gəmi RLS-nin ekranında 12 qeyddən ibarət 8 mil
uzunluğunda kəsilən düz xətt əmələ gəlir. O,
cavabvericinin yerinə
müvafiq olan nöqtədən ekranın mərkəzinə radial olaraq gedir. Onu
başqa hədəflərin yaratdığı siqnallardan asanlıqla seçmək və impulsları
şüalandıran mənbəyə olan istiqaməti
və ona qədər olan məsafəni
almaq olar.
Transponder kollektiv xilasetmə vasitəsinin təchizatının
tərkibinə daxil edilə və daima orada saxlanıla bilər və ya gəmini tərk
edərkən oraya gətirilə bilər. O, müsbət üzmə qabiliyyətinə malikdir və
su üzərində olarkən işləyə bilər.
Dostları ilə paylaş: