Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Toplanış yerlərinə çıxış və kollektiv xilasetmə



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə26/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   22   23   24   25   26   27   28   29   ...   84
Dənizdə təhlükəsizlik

1.6.2. Toplanış yerlərinə çıxış və kollektiv xilasetmə
vasitələrinə mindirilmə
Gəmini tərk edilməsinin həyəcan siqnalı üzrə ekipaj üzvləri toplanış yerlərinə gəlməlidirlər, hansılar ki, bir qayda
olaraq, kollektiv xilasetmə vasitələrinin qoyulduğu və onlara mindirmə yerlərinin yaxınlığında yerləşir və yaxud onlarla üst-
üstə düşür, o şərtlə ki, onlara giriş asandır, imkan dairəsində pis havadan qorunandırlar və orada toplanacaq bütün insanları
sığışdırırlar. Toplanış yerləri həyəcan siqnalı elan olunarkən göstərilir. Onlar əvvəlcədən nəzərdə tutulur, lakin böyük yana
əyilmə, göyərtəni su basması, alov və ya tüstülənmənin varlığı və s. səbəbindən dəyişdirilə bilər. 
Ən pis varianta hesab götürməklə, çıxmamışdan qabaq iqlim şəraitinə və havaya uyğun geyinmək lazımdır. Mülayim
və aşağı temperatur şəraitində isti, yaxşı olardı ki, yun paltar (isti alt paltarı, sviter) , isti corab , su keçirməyən üst qatı ilə
gödəkcə, yun əlcək, möhkəm və bağlı ayaqqabı və baş geyimi geyinmək lazımdır. Hündür dabanlı ayaqqabı geymək olmaz.
Özünlə şəxsi sənədləri, eynək və ən zəruri dərmanları götürmək lazımdır.
Toplanış yerinə hər kəs ona təhkim olunmuş fərdi xilasetmə vasitələri (xilasedici gödəkcə, hidrokostyum) ilə
çıxmalıdır.
İnsanların hərəkət marşrutları əvvəlcədən onu nəzərə almaqla müəyyənləşdirilməlidir ki, toplanış yerinə çıxışdan
qabaq həyəcan siqnalı elan edilən anda, insan olduğu yerdən ona təhkim olunmuş xilasedici gödəkcə və ya hidrokostyum olan
66


kayuta getməlidir. Təyin edilmiş təxliyə marşrutları eyni zamanda üç tipik hala uyğun olmalıdır, hansıları ki, nəzərə almaq
lazımdır:

adi iş vaxtı, haçan ki, ekipaj üzvlərinin əksəriyyəti öz iş yerlərindədirlər;
- qida qəbulu və mədəni-kütləvi tədbirlər vaxtı, haçan ki, ekipaj üzvlərinin əksəriyyəti ümumi otaqda cəmləşmişdir;
- gecə vaxtı, haçan ki, bütün ekipaj, növbə nəfərlərindən başqa, gəminin yaşayış otaqlarındadırlar.
Toplanış yerinə aparan ən təhlükəsiz yol aşağıdakı tələblərə cavab verməlidir:
- heç bir yerdə başqa marşrutlarla kəsişməməli;
- qarşılıqlı istiqamətlərdə hərəkəti istisna etməli;
- nərdivanlarda, çıxışlarda və s. insanların yığışmasına yol verməməli;
- əvvəlki tələblər nəzərə alınmaqla, toplanış yerlərinə ən qısa yol ilə aparılmalıdır.
Gəmi üzrə təxliyə marşrutlarını göstərmək üçün yaşıl fonun üzərinə ağ və ya sarı rəngdə simvol və ya yazılar olan
fotolyuminesent göstəricilər yerləşdirilməlidir. Göstəricilər həmçinin otaqdan çıxış və xilasetmə vasitələrinin yerləşmə
yerlərini və s. göstərirlər.
67


Heyət
üzvlərinin 
Xilasedici 
qayıq
Növbətçi 
qayıq
Xilasedici sal
(atılan)
Xilasedici sal 
(endirilən) 
Mindirmə 
firtına
körpücüyü 
(ştormtrap)
Təxliyə novu
Xilasedici 
dairə
Linli
xilasetmə 
dairəsi
İşıqsaçan buy
ilə xilasedici
dairə 
İşıqsaçan buy və
tüstü şaşkası ilə
xilasedici 
dairə
Xilasedici 
jilet
Uşaq
xilasedici 
Jileti
Hidrokostyum
Portativ
xilasetmə
radistansiyası
Qəza radiobuyu
Xilasedici 
radiolokasiya
cavabvericisi
Xilasetmə
vasitələri üçün
fəlakət raketi
Paraşütlü 
siqnal raketi
Lin tullama 
qurğusu
Toplanış yeri
Təxliyə
novu
Xərəklər
İstilikqoruyucu 
vasitə
Təxliyə
marşrutunun
göstəricisi
68


toplanılması həyata keçirilməlidir:
ekipajın sayı 15 nəfərə qədər olduqda – 3 dəqiqə ərzində;
ekipajın sayı 15 nəfərdən 50 nəfərə qədər olduqda – 4 dəqiqə ərzində;
ekipajın sayı 50 nəfərdən artıq olduqda – 10 dəqiqə ərzində.
Həyəcan siqnalı ilə toplanış yerlərinə çıxarkən fəaliyyətlərin dəqiqliyi, tezliyi və uzlaşdırılması gəmini tərk etmək
üzrə təlimlərdə işlənilir. Ekipaj üzvləri dəqiq bilməlidirlər ki, hansı marşrutlar üzrə və hansı çıxışlar vasitəsilə onlar toplanış
yerlərinə çıxmalı, tam qaranlıqda gəmidə yönəlməyi bacarmalıdırlar.
Qayda-qanunu mühafizə və təhlükəsizlik qruplarının ayrılmış üzvləri körpücükdən verilən komanda üzrə təxliyə
yollarını yoxlayır, hansı keçidlərin azad olduğunu və ya tutulmuş olduğunu körpücüyə məruzə edir, lazım gəldikdə tutulmuş
keçidləri azad edirlər. 
İmkan dairəsində, xilasetmə vasitələrinə ədyal, əlavə su, ərzaq və pirotexniki vasitələrin ehtiyatının gətirilməsi və
yüklənilməsi təşkil olunur. Müvafiq vəzifə borcları həvalə edilmiş ekipaj üzvləri körpücükdən daşınan radiostansiyanı,
avtomatik radiobuyu, radiolokasiya cavabvericisini gətirirlər.
Xilasedici qayıq və salların komandirləri və onların müavinləri siyahı üzrə bu xilasetmə vasitələrinə yazılmış
insanların varlığını yoxlayırlar. Siyahılar həmçinin xilasedici qayıq və sal komandirlərinin müavinlərində də olmalıdır.
Toplanış yerlərində və xilasetmə vasitələrinə mindirilərkən qayda-qanuna və nizam-intizama riayət etməyin rolu
xüsusilə böyükdür. Qayıq və ya sal komandiri öz hərəkətləri ilə inam və intizam nümunəsi göstərməli, çaxnaşma və çaşqınlığın
qarşısını almalıdır.
Hava ilə doldurulan xilasedici sala mindirilməzdən əvvəl sal komandiri xilas olunanlardan bıçaqları, vintaçanları və
digər kəsici və deşici əşyaları müsadirə edir.
Xilasedici jiletlər və hidrokostyumlar körpücükdən verilən komanda ilə geyinilir. Xilasedici sal və ya qayıq komandiri
və onun müavini geyilmənin düzgünlüyünü yoxlayırlar.
69


Kapitanın baş köməkçisi insanlardan heç birinin gəminin yaşayış və ya xidməti otaqlarında qalmamasına nəzarəti
təşkil edir. Gəmini tərk etməzdən qabaq gəmi otaqlarının gəzib yoxlanılması, ekipajın sayı 15 nəfərə qədər olduqda 3 dəq, 15
nəfərdən 100 nəfərə qədər olduqda - 10 dəq, 100 nəfərdən artıq olduqda - 15 dəq ərzində həyata keçirilməlidir.
70



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin