Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Dəniz təxliyə sistemləri (DTS)



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə28/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   24   25   26   27   28   29   30   31   ...   84
Dənizdə təhlükəsizlik

Dəniz təxliyə sistemləri (DTS)
Dəniz təxliyə sistemi müxtəlif yaşda, boyda olan və müxtəlif fiziki imkanlara malik, bəyənilmiş tipdə xilasedici
jiletlər geyinmiş insanların mindirilmə yerindən üzən platformaya və ya xilasedici qayığa və yaxud sala təhlükəsiz
endirilməsini təmin etməlidir.
Üzən platforma, əgər o, qurulursa:
-
elə olmalıdır ki, işçi yüklənmədə onun kifayət qədər üzmə qabiliyyəti təmin olunsun;
-
dalğalıqda dayanaqlı və ona xidmət göstərən şəxslər üçün təhlükısizlik zonasını təmin edən olsun;
74


-
heç olmasa, iki xilasedici salın burazlanmasını və onun üzərində mindirilməni gözləyən insanların yerləşdirilməsini
təmin edən kifayət qədər sahəyə malik olsun
-
özüboşalan olsun;
-
bölmələrə elə qaydada bölünülsün ki, onlardan hər hansının qaz itirməsi təxliyə vasitəsi kimi platformanın istismar
xarakteristikalarını azaltmasın;
- sabitləşdirici sistemlə təchiz olunsun;
- avtomatik olaraq fəaliyyətə başlamaq üçün təyin olunan və əgər zəruri olarsa, təxliyə zamanı tələb olunan vəziyyəti
saxlamaq üçün dəyişilməyə qadir olan sıxıcı ip ilə və ya bort yanında vəziyyəti saxlayan digər sistemlər vasitəsilə saxlanılan
olsun;
- sistemin xidmət göstərdiyi ən böyük hava ilə doldurulan salı etibarlı saxlamaq üçün kifayət edən möhkəmlikdə buraz
və yedək iplərilə təchiz olunsun.
Əgər DTS-nin yönəltmə qurğusu bilavasitə kollektiv xilasetmə vasitəsinə girişi təmin edirsə, o tez ayrılan qurğu ilə
təchiz olunmalıdır.
İstismar xarakteristikaları nöqteyi-nəzərindən dəniz təxliyə sistemi elə olmalıdır ki:
-
bir nəfər tərəfindən qurula bilsin;
-
gəmini tərk etmə barədə siqnal verilən andan sərnişin gəmisindən 30 dəq və yük gəmisindən isə - 10 dəq ərzində
hava ilə doldurulan xilasedici sallara layihələndirildiyi insan sayının təxliyəsinə imkan yaratsın;
- xilasedici sallar platformaya bir nəfər tərəfindən həm platformadan, həm də saldan etibarlı bərkidilə və ondan ayrıla
bilinsinlər;
- 10º-yə qədər əlverişsiz different və istənilən borta 20º-yə qədər yana əyilmə şəraitlərində gəmidən işə salına bilsin;
- maili enişlə təchiz olunan halda, sonuncunun üfüqə maililiyi:
75


a) ən kiçik istismar suya oturumu zamanı, gəmi düz kil üzərində olarkən 30-dan 35º-yə kimi təşkil etsin;
b) sərnişin gəmisinin su ilə dolmasının son mərhələsində maksimum 55º təşkil etsin;
- Bofort şkalası üzrə dənizdə 6 bal gücündə külək zamanı qənaətbəxş təxliyə təmin edilsin;
- buzlanma şəraitlərində, mümkün olan qədər, effektiv olsun.
Əgər gəmidə bir və ya çox sayda DTS varsa, o zaman qoyulduqdan sonra, onların heç olmasa yarısı fəaliyyət
üzrə sınaqlara məruz qalmalıdır. Bu cür sınaqların qənaətbəxş nəticələri zamanı qalan DTS-lər, onlar qoyulduqları
andan 12 ay ərzində fəaliiyətə yeridilməklə yoxlanılmalıdırlar. 
Konteynerin üzərinə aşağıdakılardan ibarət markakanma çəkilməlidir:
-
istehsalçının adı və ya ticarət markası;
-
seriya nömrəsi;
-
bəyənmiş orqanın adı və DTS-nin buraxma qabiliyyəti;
-
“SOLAS” sözü;
-
istehsal tarixi (ay və il);
-
sonuncu xidmət göstərilmənin yerinə yetirilmə tarixi və yeri;
-
gəminin su xəttindən icazə verilən maksimal qoyulma hündürlüyü;
-
bortda saxlanma yeri.
Endirilmə və istismar üzrə təlimatlar bilavasitə konteynerin üzərində və ya onun yaxınlığında olmalıdır.
DTS-nin üzərinə aşağıdakılardan ibarət markakanma çəkilməlidir:
-
istehsalçının adı və ya ticarət markası;
-
seriya nömrəsi;
-
bəyənmiş orqanın adı;
-
istehsal tarixi (ay və il);
76


-
sonuncu şəhadətləndirilməni keçirmiş xidmət stansiyasının adı və yeri, bu şəhadətləndirilmənin tarixi;
-
DTS-nin buraxma qabiliyyəti.
Təhlükəsizlik 
kəmərlərini 
bağlamaq
Lyukları
bağlamaq
Mühərriki 
işə salmaq
Xilasedici qayığı 
suya endirmək
Xilasedici salı 
suya endirmək
Növbətçi qayığı
suya endirmək
Qayıq tallarını 
vermək
Su ilə 
suvarmanı 
işə salmaq
Sıxılmış havanı
buraxmaq
Naytovları 
verilmək
77



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin