Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə24/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   20   21   22   23   24   25   26   27   ...   84
Dənizdə təhlükəsizlik

Şəkil 1.21. Künclü
radiolokasiya
qaytarıcısı
Şəkil. 1.22. 
Radiocavablayıcı
60


Ona bərkidilmiş sintetik lin cavabvericini yedəyə almaq və ya münasib bir yerə bərkitmək üçün istifadə oluna bilər.
Bu yer mümkün qədər hündürlükdə olmalı və arakəsmələrlə, göyərtələrlə və s. ilə santimetr diapazonlu radiodalğalardan
ekranlanmamalıdır. Xilasedici sal dənizin səthindən 1 metr hündürlükdə radiolokasiya cavabvericisinin qoyulması üçün
qurğuya malik olmalıdır. 
Transponder suya düşdükdə avtomatik olaraq və ya əl ilə iki- və yaxud üç vəziyyətli dəyişdirici vasitəsilə işə düşür.
Sonuncu halda dəyişdiricinin “İşə salma” və “Dayandırma” vəziyyətlərindən başqa, aparaturanın iş qabiliyyətini yoxlamaq
üçün “Test” vəziyyətinə də malikdir, “İşə salma” vəziyyəti isə mil (çeka) ilə mühafizə olunur. 
Cavabverici işıq və səs indikasiyası ilə təchiz olunmuşdur, hansı ki, aparaturanın olduğu vəziyyət barədə bildiriş verir.
Bunlar aparaturanın hansı vəziyyətdə olduğu barədə xəbər (məsələn, gözləmə rejimində siqnal lampası daima yanır, aktiv
rejimə keçdikdə isə sayrışın) verir. Quraşdırılmış batareyaların həcmi, ətraf mühitin -20ºC-dən +50°C temperaturunda 96 saat
ərzində gözləmə rejimində cavabvericinin işini təmin edir. 
1 metr hündürlükdə quraşdırılan cavabverici, antenasının
hündürlüyü 15m olan gəmi RLS-nin siqnalının qəbul edilməsini və
azı 5 mil, 2500 metr hündürlükdə olan təyyarə RLS-dən isə azı 30
mil məsafədə cavab siqnalının işlənib hazırlanmasını təmin
etməlidir.
 
1.5.4. Peyk qəza radiobuyu.
Qlobal peyk sistemi KOSPAS-SARSAT özündə rusiyanın
KOSPAS (qəzaya uğramış gəmi və təyyarələrin kosmik axtarış
sistemi) və amerikanın SARSAT (Search and Rescue Satellite
Şəkil 1.23. KOSPAS-SARSAT sisteminin strukturu:
ELT – qəzalı radiovasitə;
PLB – fərdi radiobuy; EPIRB – qəzalı radiobuy;
LUT – məlumatın qəbulu və işlənilməsi stansiyası;
MCC – sistemi idarəetmə mərkəzi;
RCC- xilasetmə-koordinasiya mərkəzi;
SAR – axtarış və xilasetmə xidməti.
61


Tracking) hissələrini cəmləşdirir. Kosmik sistemin seqmentini, yer səthindən 850-1000km hündürlükdə dairəvi qütbə yaxın
orbitlərdə, müvafiq olaraq SARSAT və KOSPAS peykləri üçün 103 və 105dəq dolanma dövrü ilə dövr edən yerin süni
peykləri təşkil edir. Eyni zamanda orbitlərdə işlək vəziyyətdə 4-6 peyk olur.
Sistemin yer hissəsini məlumatın qəbulu və işlənilməsi stansiyaları (MQİS), sistemi idarəetmə mərkəzləri, gəmi və
təyyarələrin təchiz olunduqları qəza radiobuyları (QRB) təşkil edir. 
Peykdən radiogörünüş zonasının radiusu təxminən 2500km təşkil edir. Yer səthinin üzərindən uçan zaman peyk hər
dolanmada 5000km ölçüdə zolağı örtür. Hər sonrakı dolanmada bu zolaq yerdəyişmə edir. Əgər qəza radiobuyu (QRB) bu
peykin radiogörünüş zonasına düşərsə, o zaman peykin aparaturası onun ötürdüyü siqnalı qəbul edir və yadda saxlayır, əgər
düşməyərsə, o zaman siqnal növbəti peyk tərəfindən qəbul ediləcək, hansının ki, radiogörünüş zonasına QRB düşəcək.
Peykin radiogörünüş zonası MQİS-nin olma yerini örtən zaman, peykin aparaturasında saxlanılan məlumat MQİS-ə
ötürülür, harada ki, onun kodu açılır və sistemi idarəetmə mərkəzinə göndərilir, hansı ki, onu müvafiq axtarış və xilasetmə
xidmətinin nəzərinə çatdırır. Radiobuydan xilasetmə-koordinasiya mərkəzinə qəza siqnalının çatdırılmasının ləngidilmə vaxtı
orta hesabla 100dəq təşkil edir; MQİS şəbəkəsi açılmaqla bu vaxt ixtisarlanır. 
Radiobuyun olma yerinin müəyyənləşdirilməsi Dopler effektinə əsaslanır, hansı ondan ibarətdir ki, qəbuledici (peyk)
ötürücüyə - daimi tezlik titrəmələri şüalandıran mənbəyə (radiobuya) nisbətən hərəkəti zamanı, qəbuledicinin qəbul etdiyi bu
titrəmələrin tezliyi dəyişir. Peykin istənilən an məlum olan koordinatlarında tezliyin dopler dəyişikliyinin hər kəmiyyətinə yer
səthində müəyyən xətt müvafiq olur, radiobuyun peykin radiogörünüş zonasında olma vaxtı ərzində alınmış xətlərin kəsişməsi
isə ötürücünün olma yerini verir. Olma yerinin müəyyənləşdirilməsinin xətası 2-3mil hüdudunda olur. 
62


ARB-406 qəza radiobuyları 406.025MHs tezliyində şüalandırma tdirlər. Hər 50 saniyədən bir
onlar 5Vt gücündə və 0.5san uzunluğunda ötürmə işləyib hazırlayırlar. Ötürmə aparıcı tezliklər
blokundan və istifadəçi tipinin kodlarından (təyyarə, gəmi və s.), QRB-nin sahibkarı olan ölkənin adından
və gəmiyə verilmiş identifikasiya nömrəsindən ibarətdir. Radiobuy həmçinin 121.5MHs tezliyində
siqnallar şüalandırmalıdır, hansı ki, hava gəmilərinin tuşlandırılması üçün xidmət göstərir. Radiobuy, 24
saat ərzində onun dayanaqlı işləməsini təmin edən muxtar qidalanmaya malikdir. Buy, metal
konstruksiyalar (arakəsmələr, göyərtə və s.) ilə ekranlaşdırılmış otaqlardan başqa, salda, qayıqda və ya
gəminin açıq hissəsində olarkən işləyə bilir. O, müsbət üzmə qabiliyyətinə malikdir və açıq su səthində
işləyə bilir. 
Buy gəmidə quraşdırıldığı yerdən əl ilə ayırma mexanizminə və 4m dərinliyə batarkən işə düşən
avtomatik ayıran hidrostatik qurğuya malikdir. Sərbəst olaraq su üzərinə çıxdıqdan sonra buy avtomatik
olaraq işə düşür. 
Buy, onu yedəyə almağa və ya gəmidə, qayıqda və ya xilasedici salda bərkidilməyə şərait
yaradan üçün üzən lin ilə təchiz olunur. Müxtəlif istehsalçıların buraxdıqları radiobuylar konstruktiv
quruluşlarına görə fərqlənirlər. Onlardan bəzilərini işə salmaq üçün buyu bərkitməsindən ayırmaq və
çevirmək kifayətdir; digərləri isə üç vəziyyətli “Söndürülüb”-“Test”-“İşə salınıb” dəyişdiriciyə
malikdirlər, həm də sonuncu vəziyyət təsadüfi işə salmadan civ vasitəsilə mühafizə olunur. 
İşə salınmaya nəzarət etmək üçün işıq indikatoru nəzərdə tutulmuşdur.
Gəmi heyətinin hər üzvü KOSPAS-SARSAT sisteminin radiobuyundan istifadə etməyə
öyrədilməlidir. KOSPAS-SARSAT sistemi tərəfindən ARB-406 radiobuyunun siqnalının qəbul edilməsi
axtarış-xilasetmə əməliyyatının başlanılması üçün əsasdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin