Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Xilasedici salların endirilməsi və



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə29/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   25   26   27   28   29   30   31   32   ...   84
Dənizdə təhlükəsizlik

1.7.2.
Xilasedici salların endirilməsi və
 onlara mindirilmə
Hava ilə doldurulan sallar, konteynerlərin bərkitmələri açıldıqdan sonra
suya atılırlar. Küləkdöyən bortun salları külək tutmayan borta keçirilir. Suya
atmazdan əvvəl işə salma lininin hərəkət sonucunun gəmiyə bərkidilməsini
yoxlamaq lazımdır. Sal suya düşdükdən sonra işə salma lininin boşluğunu yığmaq
və onu kəskin surətdə dartmaq lazımdır; qazdoldurma sistemi işə düşür. Üzmə
kameraları hava ilə dolduqdan sonra işə salma lini vasitəsilə sal bortun yanına
çəkilir. 
Sala mindirmə nərdivanlar, xilasetmə ipləri və ya dəniz təxliyə sisteminin
platforması vasitəsilə həyata keçirilir. Bortun hündürlüyü 2 metrə qədər olduqda,
salın girişindən onun dibinə, 4,5 metrə qədər hündürlük zamanı isə salın tağları
üzərinə, onlar hava ilə dolduqdan sonra tullanmaq olar. Salın üzərinə tullanmağa
icazə verilir, lakin məsləhət görülmür, çünki bu zaman salı zədələmək və ya salda
olan insana xəsarət yetirmək olar. Əgər sala “quru” keçid mümkün deyilsə, suya
tullanmaq və sala sudan daxil olma məcburiyyəti yaranır. Salın yanına üzüb
çataraq xilas olunanlar xilasetmə leyerlərindən tutur və mindirmə meydançasından
və yaxud mindirmə nərdivanından istifadə edərək növbə ilə sala qalxırlar. 
Əgər taqətdən düşmüş insan sala sərbəst minə bilmirsə, o zaman onu
kürəyi üstə suya çevirmək və girişə tərəf yedəkləmək lazımdır. 
Artıq salda olan
iki
nəfər
taqətdən düşəni
qoltuqlarının
altından tutur və
kəskin surətdə
kürəyi üstə salın
içinə yıxılırlar,
və bu dartma ilə
onu sala salırlar.
Şəkil 1.25. Hava ilə doldurulan salların çevrilməsi
78


İstisna deyil ki, konteyner açıldıqdan və sal hava ilə dolduqdan sonra o,
suda dibi yuxarı çevrilmiş vəziyyətdə ola bilər. Bu zaman o qaz balonları
bərkidilən tərəfə əyilmiş olacaq. Salı normal vəziyyətə gətirmək üçün onu qalxmış
kənarı ilə küləyə tərəf döndərmək və dibin üstünə çıxaraq ayaqları qaz balonuna
dirəmək lazımdır. Dərindən nəfəs alaraq və nəfəsi saxlayaraq kəskin dartma ilə
salı öz üzərinizə çevirmək lazımdır. Əks tərəfdən asılan iplərə ilişmək
təhlükəsindən qaçmaq üçün salın altından qaz balonu tərəfə üzüb çıxılmalıdır. Sala
qalxdıqdan sonra tez bir zamanda onu qurutmaq lazımdır.
Hava ilə doldurulan endirilən sal gəmi göyərtəsində endirilməyə
hazırlanır. İplər kran-balkanın qarmağına bərkidilir. Sal konteynerdən azad edilir
və elə göyərtədə və yaxud kran-balkanın ipindən göyərtə üzərində qaldırılmış
vəziyyətdə qazla doldurulur. Doldurulmuş sal gəminin bortundan kənara, minmə
göyərtəsi səviyyəsinə çıxarılır və çıxışı ilə gəmiyə tərəf döndərilir. İnsanlar salın
içinə daxil olurlar; sal dəniz səviyyəsinə çatarkən qlaqol-qak verilir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin