olduqda, əl körüyündən istifadə edərək salın dibi hava ilə doldurulur. Əgər tent altı
boşluğa kameralardan karbon qazı sızarsa, otağı havalandırmaq lazımdır.
Salın komandiri zədə alan və xəstə olan xilas olunanlara ilkin tibbi yardım
göstərilməsini təmin edir.
Xilasedici qayıqda da analoji fəaliyyətlər həyata keçirilir.
Orada da
həmçinin həyatın qorunması üzrə təlimnamə və yaxud təlimat vardır.
Sal və ya qayıq komandiri kollektiv xilasetmə vasitəsinin ekipaj üzvləri arasında
vəzifə borclarını bölüşdürür. O, növbə nəfərlərini təyin edir, hansılar ki, ətraf şərait
üzrə müşahidə aparırlar, müşahidəçilərə aşkar edilmiş hər bir üzən əşya barədə
məruzə etməyi tapşırır; onlardan yararlı olanları borta qaldırırlar.
Salın vəziyyətinə müşahidəni təmin edən növbə nəfərləri təyin edilir,
hansılar ki, mümkün ola biləcək zədələnmələri aşkar etmək üçün sala müntəzəm
baxış keçirməli və üzmə kameralarında dəlikləri
düzəltmək üçün ləvazimat
komplektindən istifadə edərək təmiri həyata keçirməlidirlər. Fırtına şəraitində
xilasedici salın girişlərinin örtüklərini daim müşahidədə saxlamanı, onların
cırılması zamanı isə girişlərin düzəldilməsinə daimi hazırlığı
təmin etmək
lazımdır; girişin dalğanın zərbəsi ilə girişin dağılması, salın içinə suyun dolmasına
və insanları həlak olmasına gətirib çıxara bilər.
İçməli su və qida ehtiyatlarının saxlanılması, yağış suyunun yığılması və
balıq tutması və s. üzrə cavabdeh şəxslər ayrılır. Xilasedici vasitədə yaşayış
yararlığını saxlamaq üçün sanitar normaları təyin olunmalıdır.
Salda və ya qayıqda olan insanların siyahısı, eləcə də bütün baş verən
hadisələr qeyd olunan gündəliyi aparmağa komandir borcludur.
Salda və ya qayıqda olan aşkaretmə vasitələrini hazırlamaq və istifadə
etmək lazımdır: radiolokasiya qaytarıcısını quraşdırmaq və bərkitmək və ya
radiolokasiya cavabvericisindən
istifadə etmək, qəza radiobuyunu işə salmaq.
Pirotexniki vasitələr, onların görünmə ümidi olduqda, diqqəti cəlb etmək və fəlakət
siqnallarını vermək üçün istifadə etmək lazımdır.
Xilasetmə vasitəsinin ekipajı xilasedici gəminin yaxınlaşmasına, yedəyə
almağına və ya xilasedicinin bortuna qalxmağa və vertolyot vasitəsilə xilas olmağa
hazırlaşmalıdır.
Bir qayda olaraq, gəmini xilasedici sal və ya xilasedici qayıqla batan tərk
etdikdən sonra, real olaraq ən yaxın sahilə və ya intensiv gəmiçilik rayonlarına
çatmaq ümidi yoxdursa, ən yaxşısı - qəzanın baş verdiyi yerdə qalmaqdır, harada
ki, fəlakətə uğrayanları axtaracaqlar. Sal və qayıqları bir yerdə toplamaq lazımdır;
81
Sal və qayıqları bir-birinə falin və ya yedək linləri ilə birləşdirirlər,
hansılar ki, digər möhkəm iplərlə uzadılır və dalğalıqda qırılmasından
qaçmaq
üçün tam uzunluğu boyu verilirlər. Dreyfi azaltmaq üçün üzən lövbər buraxılır,
sallarda isə dib ballast cibləri açılır.
Dostları ilə paylaş: