orqanizminə təsirinə davam gətirmək imkanından asılıdır.
Xilasetmə vasitəsi
ekipajı kollektivində mənəvi iqlim, yaşamaq iradəsi,
baş vermiş təhlükələri və
məhrumiyyətləri, heç nəyə baxmayaraq, “məqsəd fanatizmi” adlanan keyfiyyətlə
rəf etmə istəyi müstəsna əhəmiyyət kəsb edir.
Kollektivin liderinin – xilasetmə vasitəsi komandirinin rolu olduqca
əhəmiyyətlidir, hansı ki, insanlarda xilas olma ümidini qoruyub saxlamalıdır.
İnamlı, qəti səslə verilən dəqiq komanda və ya məsləhət çaşqınlığı aradan qaldırır,
pərişan və məyus əhval-ruhiyyəni dəf etmək üçün stimul olur.
Əsəbiliyin, qəm-qüssənin,
habelə yersiz tələskənliyin, lazım olmayan
danışığın yaxşı müqabili yumor hissiyyatıdır, lakin o şərtlə ki, zarafatlar təhqiredici
və şəxsi ləyaqəti alçatmamalıdır.
Kobudluq,
təkəbbür, lovğalıq, habelə şübhələnmə, etimadsızlıq
yolverilməzdir. İnsanlarla münasibətdə səbirli olmaq lazımdır. Yol verilmiş
istənilən səhv və ya psixoloji pozğunluq insana mənəvi
zədə vurur, hansını ki, o,
çox ağır keçirir. Belə bir vəziyyətdə insan ən çox dəstəyə, günahkarlıq
hissiyyatından və yol verilmiş səhvin dərk edilməsindən irəli gələn ruhi gərginliyi
aradan qaldırmağa ehtiyac duyur.
1.8.2. Batma təhlükəsi
Batma nəfəs yollarına maye dolması nəticəsində yaranan oksigen
çatışmamazlığını özündə təmsil edir. Qan dövranının və tənəffüsün dayanmasından
3-7 dəqiqə sonra beyində bərpa olunmaz dəyişikliklər başlayır, bundan sonra
orqanizmin həyat funksiyalarının tam bərpası mümkün deyil. İlk yardım mayenin
nəfəs yollarından çıxarılmasından, süni tənəffüsün və ürəyin masajının
keçirilməsindən ibarətdir. O, yalnız kliniki ölüm mərhələsində effektivdir, hansının
ki, davamiyyəti bəzi hallarda 7 dəqiqədən çox ola bilər, baxmayaraq ki, bundan da
daha böyük müddətdən sonra həyata qaytarılmanın bir sıra faktları məlumdur.
Əgər tənəffüsün dayanması boğaz əzələlərinin spazması nəticəsində baş
veribsə və su ağ ciyərlərə daxil olmayıbsa, ilk yardımın uğurla nəticələnmə şansı,
su ağ ciyərlərin alveollarına dolan hala nisbətən daha çoxdur.
Batma, fərdi xilasetmə vasitələri olmadan
suya düşən və ya onlardan
düzgün istifadə etməyən insanlara təhdid göstərir. Buna görə, olduqca
əhəmiyyətlidir ki, gəmini tərk edərkən xilas olunanların hamısının
xilasedici
85
jiletlərlə və hidrokostyumlarla təmin olunmalarına fikir vermək və onların düzgün
geyinilməsini yoxlamaq lazımdır.
Batma, təkcə gəmi bortu arxasında suya düşənlərdən başqa, su ilə dolmuş
kollektiv xilasetmə vasitələrində olanlara da təhdid göstərir. Xilasedici sallar və
qismən örtülü xilasedici qayıqlar, sal və qayığın içinə suyun daxil olmasından
qoruyan örtülmələrlə təchiz olunurlar, lakin örtülmələrin vəziyyətinə daimi
müşahidə tələb olunur.
Dostları ilə paylaş: