Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Soyuğun təsiri. Hipotermiya



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə34/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   30   31   32   33   34   35   36   37   ...   84
Dənizdə təhlükəsizlik

1.8.3. Soyuğun təsiri. Hipotermiya.
Dənizdə sağ qalma şəraitində insan orqanizminə suyun təsir xüsusiyyətləri
onunla əlaqədardır ki, dəniz suyunun istilik keçirmə qabiliyyəti 25-26 dəfə havanın
istilik keçirmə qabiliyyətindən çoxdur. Bu səbəbdən suya batırılmış insanın istilik
itirməsi, havada olan vəziyyətindən əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, suyun
+12
0
C temperaturunda o, havanın həmən temperaturuna nisbətən 15 dəfə çoxdur.
Maddələr mübadiləsi nəticəsində əmələ gələn istiliklə və ətraf mühitlə səbat
zamanı onun verilməsi arasında balansın pozulması hipotermiyaya - insan
bədəninin temperaturunun yol verilən həddən şiddətlə aşağı enməsinə səbəb
olur,hansı ki, istilik tənziminin, ürək və sinir fəaliyyətinin pozulması ilə müşahidə
olunur.
Təhlükə artdıqca orqanizmin həddən artıq soyuması bu şəkildə özünü büruzə verir:
dəri örtüklərinin kəskin ağarması, güclü titrəmə (üşütmə), ümumi zəiflik, ümumi
donma (keyləşmə), çeynəmə əzələlərinin və yaxud əl və ayaq əzələlərinin qıc
olması. Sinir sisteminin pozulması ilə yaranan təzahürlər inkişaf edir: süstlüklə,
yorğunluqla, hərəkət etmək istəyinin olmaması ilə əvəzlənən yüksək əsəbilik,
təhlükə hissiyyatının itirilməsi; hərəkətlərdə yöndəmsizlik, qıc olmalar; nitqin
pozulması və huşun itirilməsi. 
İnsan bədənin temperaturu 34
0
C-dək aşağı düşdükdə beynin fəaliyyətinin
pozulması başlayır, 33
0
C–də ürəyin vurma tezliyinin kəskin azalması, 30
0
C-də
ürəyin aritmiyası başlayır və huş itir. Həddən artıq soyuma nəticəsində ölüm
bədənin daxili tempraturu 24-26
0
C-dən aşağı düşərkən baş verir, hansı ki, 10
0
C
temperaturlu suya düşəndən 0,25-1,5 saat və 19-21
0
C temperatur zamanı 8-10
saatdan sonra, lakin temperaturun kəskin aşağı düşməsi olmadan da baş verməsi
mümkündür. Bədənin soyuma dərəcəsi və suda qalmanın müvafiq müddəti insanın
86


köklüyündən, geyimindən və fiziki aktivliyindən aslı olaraq böyük fərdi
fərqlənmələrə malikdir. 
Yalnız suyun 33-34
0
C temperaturu zamanı suya batırılmış insan bədəni
ətraf mühitlə istilik balansında olur və bu onun temperaturunun aşağı düşməsinə
gətirib çıxarmır. Buna görə, hipotermiya təhlükəsi Dünya okeanının istənilən
rayonunda və istənilən fəsildə mövcuddur. 
Əgər suda olan insan üzərində bir neçə geyim, xüsusilə də, xarici
izolyasiya təbəqəli yun geyim varsa, istilik mübadiləsi ləngiyir. Hətda tam islanmış
paltar istilik mübadiləsinin intensivliyini azaldır, suda olarkən müəyyən dərəcə
soyumadan qoruyur; paltar altında temperatur ətraf suyun temperaturundan 4-5
0
C
yüksəkdir.
İstilik itirməni azaltmaq üçün ən intensiv istilikvermə yerlərini qorumaq
lazımdır: ənsə, boyun, qoltuqaltı nahiyə, qasıq,
əllər. Gəmini tərk etməzdən əvvəl
boyunu şərf və ya məhrəba ilə bürümək, başa yun və ya xəz papaq, əllərə isti əlcək
geymək lazımdır. Suya düşən insan, paltarın başlığı varsa, onu geyinməsi və yaxud
yaxalığı qaldırması; embrion pozasını alaraq qruplaşması; dizləri əllərlə
qucaqlayaraq onları qarına sıxması lazımdır. Bu, dərialtı mühafizə piy toxuması az
olan döş qəfəsi nahiyəsində istilin saxlanılması üçün olduqca əhəmiyyətlidir. Başı
mümkün qədər yuxarı tutmaq lazımdır, çünki onun üzərinə orqanizmin bütün
istilik itirməsinin azı yarısı düşür.
Suda olarkən enerji məsrəfini azaltmaq üçün tam hərəkətsizliyi saxlamaq
lazımdır; bu sağ qalma müddətini iki dəfədən çox artıra bilər. Üzmə, yalnız
xilasetmə vasitəsinə çatmaq və ya suda olan digər insanlarla birləşmək üçün real
imkan olduqda yol veriləndir. 
Hipotermiyanın xəbərdar edilməsinin radikal üsulu təcridedici
hidrokostyumun istifadə edilməsidir. 
Kollektiv xilasedici vasitədə yaş paltarı sıxmaq, imkan dairəsində onu
qurusu ilə əvəzləmək və ya adyala bürünmək, istilikqoruyucu vasitədən istifadə
etmək lazımdır. 
Qəza vaxtı birbaşa suya düşməkdən qaçmış insanlarda da orqanizmin
həddən artıq ümumi soyuması həmçinin ölümlə nəticələnə bilər. Soyumaya
orqanizm qanın dəridən daxili orqanlara axması səbəbindən oradan istiliyin
verilməsinin məhdudlaşdırılması, hərəkət, iş, əzələ titrəməsi zamanı əzələlərdə
istilik məmulatının artırılması ilə reaksiya verir. Bu fizioloji mexanizmin
bitməsindən sonra hipotermiya inkişaf edir, hansına ki, hərəkətliliyin
məhdudlaşdırılması, sərxoşluq, psixoloji şok, qanitirmə nəticəsində orqanizmin
87


termotənzimləməsinin pozulması, eləcə də xarici amillər - paltarların islanması,
mənfi tempraturun və küləyin birgə təsiri səbəb olur.
Zərərçəkənləri xilasedici gəmiyə qaldırdıqdan sonra suyun tempraturunu
34-36
0
C-dən 40-45°C-yə qədər tədricən artırmaqla onları isti duşun altında və ya
vannada isindirmək, isti yeməklə, şirin çay və ya kofe ilə təmin etmək, quru paltar
geyindirmək lazımdır. Huşunu itirənlərə süni tənəffüs və ürək nahiyəsində masaj
edilməlidir.
Soyuq suyun dəriyə qəfil təsiri və onun damarsıxıcı fəaliyyəti nəticəsində
soyuq şok - əsəb sisteminin yenidən qıcıqlanması baş verə bilər, hansının ki,
səbəbindən insan suya düşəndən 5-10 dəqiqə sonra, yəni orqanizmin ümumi
soyumasının ölümə gətirib çıxarmasından əvvəl ölə bilər. 
Kiçik şaxtada, hətta müsbət tempraturda küləyin və havanın yüksək
rütubətinin təsiri, eləcə də fəlakət zamanı sağ qalmanın ekstrimal şəraitində
orqanizmin müqavimətinin aşağı düşməsi ətrafların və sifətin donmasına səbəb
olaraq onlar üçün böyük təhlükəni təmsil edir. Donmanın profilaktikası üçün
sifətin dərisinə, qulaqlara, dodaqlara, əllərə piy sürtülməlidir. İlk yardım donmuş
toxumalarda qan dövranının tezliklə bərpa olunmasına yönəldilir. Zədələnmiş
sahələr donmaya məruz qalmayan bədənin digər hissələri ilə və ya 18-20
0
c
tempraturlu su ilə, onun tempraturunu 37-38
0
C-dək tədricən qaldırmaqla və yaxud
spirt sürtməklə isidilir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin