İstiliyi təcridetmə xüsusiyyətlərinə malik materialdan hazırlanmış hidrokostyum özü-özünə və yaxud əgər hidrokostyum
xilasedici jiletin istifadəsini tələb edirsə, onunla birgə 4,5 m hündürlükdən suya bir tullantıdan sonra kifayət edən istilik
qorunmasını təmin etməlidir, elə ki, dalğalıq olmayan halda temperaturu 0-dan 2ºC-yə qədər olan dövr edən suda 6 saat ərzində
qaldıqdan sonra insan bədəninin daxili temperaturu 2°C-dən artıq aşağı düşməsin.
İstiliyi təcrid etməyən materialdan hazırlanmış hidrokostyum isti paltar
üstündən geyinilir. O təmin etməlidir ki, dalğalıq olmayarkən temperaturu 5°C olan
suda insan 1 saat ərzində qaldıqdan sonra onun bədəninin daxili temperaturu 2°C-dən
artıq azalmasın. Təcridedici və saxlayıcı hidrokostyum müsbət üzmə qabiliyyətinə
malikdir və xilasedici jiletsiz istifadə olunur. O, başaltıya malikdir, hansı ki, özündə
hava bölməsini təmsil edir. O, hava vurma şlanqının ştuseri vasitəsilə ağızla
doldurulur. Ştuseri sıxmaqla artıq havanı buraxmaq olar.
İzoləedici hidrokostyum kifayət qədər üzmə qabiliyyətinə malik deyil və o, kostyumun
üstündən geyilən xilasedici jiletlə birlikdə istifadə olunur.
Hidrokostyumlar vertolyotdan endirilən trosun stropuna birləşdirilməsi üçün
təyin olunan karabinli xilasedici kəmərə malikdir. Sol qoluna karabinli ip bərkidilib; o,
suya düşmüş insanların bir-birinə bağlanması üçün istifadə edilir.
Hidrokostyumun üzərinə işıqqaytarıcı materialdan hazırlanmış zolaqlar elə
qaydada yapışdırılır ki, onlar bütün istiqamətlərdən görünsün. Bundan əlavə,
hidrokostyum, ona qaytanla etibarlı bərkidilmiş fit və batareyalı lampa ilə təchiz
edilməlidir.
Hidrokostyumun sukeçirməmə qabiliyyəti molniyalı bağlama və başlığın
qıraqlarının sifətə kip yapışması ilə təmin olunur. Əl və ayaqlar yapışdırıcıları olan
kipləşdirici tutacaqlarla təsbit edilir; bunun sayəsində müxtəlif boy və vücudlu insanlar
tərəfindən kostyumun istifadə imkanları əldə olunur.
Dostları ilə paylaş: