Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Endirilən hava ilə doldurulan xilasedici sal



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə20/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   16   17   18   19   20   21   22   23   ...   84
Dənizdə təhlükəsizlik

1.4.8. Endirilən hava ilə doldurulan xilasedici sal. 
Şəkil 1.15. Xilasedici salın atılması və 
 
hava ilə doldurulması 
50


Sərt xilasedici sallar.
Endirilən xilasedici sal o cəhətdən
rahatdır ki, insanlar gəminin göyərtəsindən
bilavasitə ora minirlər və bu səbəbdən suya
tullanmaq və ya girmək və sudan sala daxil
olmaq ilə əlaqəli təxliyənin ən təhlükəli
mərhələsi istisna olunur. Əgər təxliyə dəniz
səthindən 25m və artıq olan hündürlükdən
həyata keçirilərsə, endirilən xilasedici
salların tətbiqi mütləqdir. 
Endirilən
 
hava ilə doldurulan
xilasedici salların konstruksiyası atılan salın konstruksiyası ilə eynidir. Endirilən sal
gəminin bortuna dəymə zərbələrinə və azı 3metr hündürlükdən suya atılmaya davamlı olmalı, bu zaman heç bir zədə
almamalıdır.
Salın endirilməsi üçün dönən kran-tir istifadə olunur, hansının ki, ipindən qlaqol-qak bərkidilmişdir.
Sərt xilasedici sallar
metal və ya plastmasdan
hazırlanırlar. Salın dibi suyun
daxil olmasının qarşısını almalı,
insanları suyun xaricində effektiv
saxlamalı və onları soyuqdan
təcrid etməlidir. Sal quraşdırılan
tent ilə təchiz olunur. 
Şəkil 1.16. 
 
Endirilən hava ilə doldurulan xilasedici sal
Şəkil 1.17. Sərt xilasedici sal
51


Hansı tərəfi ilə yuxarı olaraq üzməsindən asılı olmayaraq, sal təhlükəsiz istismar olunmalı və ya elə ləpəyə
davamlılığa malik olmalıdır ki, özbaşına asanlıqla bərpa olunsun və yaxud bir nəfər tərəfindən asanlıqla çevrilə bilsin.
1.5. Xilasedici salın və xilasedici qayığın təchizatı.
1.5.1. Sal və qayığın təchizatının komplekti.
Xilasedici salın və
 
xilasedici qayığın təchizatına salın və qayığın istismar vasitələri, həyatı təminedici vasitələr, siqnalizasiya
və diqqət cəlbedici vasitələr daxildir. Təchizat əşyaları elə yerləşdirilməlidir ki, gəmini tərk etmə üzrə fəaliyyətlərə maneçilik
törətməsin.
SOLAS-74 Konvensiyasının qaydaları xilasedici salın təchizat komplektinin üç variantını nəzərdə tutur:
SOLAS A PACK - məhdudiyyətsiz üzmə rayonu gəmiləri üçün;
SOLAS B PACK - sahilyanı üzmə gəmiləri üçün; 
SOLAS C PACK - mühafizə olunan sularda üzən gəmilər üçün.
Salın qablaşdırıldığı konteynerin üzərinə müvafiq yazı yazılır. 
Aşağıda göstərilən siyahı SOLAS A PACK komplektinə aiddir.

Xilasedici sal, uzunluğu azı 30m olan üzən xilasetmə
lininə bərkidilmiş xilasedici dairə ilə, xilasedici qayıq isə
- iki belə dairə ilə təchiz olunur.
Üzən lövbər paraşütə oxşar formada parçadan
hazırlanmış, təpəsində bir dəliyi olan konusvari
ləvazimatı özündə təmsil edir. Konusun enli sonluğunda
drektov - tros bərkidilmişdir, hansı ilə ki, o, salın və ya
qayığın arxasınca özünü saxlayır. Bort arxasına

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin