Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə21/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   17   18   19   20   21   22   23   24   ...   84
Dənizdə təhlükəsizlik

Рис. 1.18. Спасательное
кольцо с плавучим линем
Şəkil 1.18. Üzən linlə xilasedici
dairə 
52


endirilmiş üzən lövbər su ilə dolur, açılır, drektov dartılaraq
tarımlanır, və lövbər salın və ya qayığın dreyfinə - küləyin təsiri
altında onların hərəkətinə maneçilik törədir.
Əgər sal və ya qayığın dreyfinin azaldılmasına zəruriyyət
olmazsa, o zaman konusun təpəsinə bərkidilmiş, yığmaq üçün təyin
edilmiş tros – niral vasitəsilə üzən lövbəri yığmaq lazımdır. Hava ilə
doldurulan xilasedici salın təchizatına iki ədəd üzən lövbər daxildir,
hansılardan ki, biri elə qaydada bərkidilmişdir , qazdoldurma sistemi
işə düşdükdə və konteyner açdıqda lövbər suya düşür.
Salın içində iplərlə bağlanılaraq ciblərə onun aşağıdakı
istismar vasitələri yerləşdirilmişdir:
- üzən ehtiyat lövbər;.
- yüngül dyural borucuqlarından ibarət iki avar;
- tutumu 12 nəfərdən çox olmayan xilasedici sal üçün bir və tutumu 13 nəfər və çox olan xilasedici sal üçün iki üzən çanaq;
- iki lif (qubka);
- falinin xilasedici sala birləşmə yerinin yaxınlığında tentin bayır tərəfindəki cibdə iplə bərkidilən və saxlanılan üzən tutacaq ilə
yığılmayan bir bıçaq. Bundan əlavə, tutumu 13 nəfər və çox olan xilasedici sal üçün ikinci bıçaq olmalıdır, hansı ki, yığılan ola
bilər;
- üzmə kameralarında baş vermiş deşikləri aradan qaldırmaq üçün təyin olunmuş təmir ləvazimatı dəsti (sıxaclar, tıxaclar,
qayçı, yamaq hazırlamaq üçün rezinləşdirilmiş parça, yapışqan);
- əl körüyü.
Həyat təminedici vasitələr su keçirməyən çexolda olan tubanın içinə yerləşdirilib. Onlara aiddir:
- dərmanlar dəsti ilə bir ilk yardım göstərmə qutusu, hansı ki, açıldıqdan sonra yenidən kip bağlana bilər və ilk yardımın
göstərilməsi üzrə təlimat;
Şəkil 1.19. Üzən lövbər
53


- xilasedici salda yerləşdirilməyə icazə verilən insanların sayına görə hər adambaşına energetik qiyməti azı 10000 kCl (2400
kkal) hesabı ilə ərzaq payı və 1,5 l içməli su ehtiyatı;
- üç konservaçan və bir cüt qayçı. Təhlükəsiz konservaçanı olan bıçağın olmasına icazə verilir;
- içmək üçün dərəcələrə bölünmüş paslanmayan qab;
- balıq tutmaq üçün bir ləvazimat dəsti (qarmaqlar, metal lövhəcik, ağırlıq, iki kapron ip yumağı);
- dəniz xəstəliyinə qarşı həblər (heç olmasa, 48 s ərzi üçün );
- gigiyenik paketlər (hərəyə bir ədəd);
- birinci növbəli fəaliyyətlər üzrə təlimat;
- istilikqoruyucu vasitələr, xilasedici salda yerləşdirilməyə icazə verilən insanların sayının 10%-i üçün kifayət edən miqdarda
və yaxud iki ədəd, hansının çox olmasından asılı olaraq.
Təchizat komplektinə su şirinləşdirici və onun tətbiqi üzrə təlimat daxil ola bilər.
Diqqəti cəlb edən və siqnalizasiya vasitələri komplektinə daxildir:
- 4 ədəd paraşütlü raket;
- 6 ədəd falşfeyer;
- 2 ədəd üzən tüstü şaşkası;
- suburaxmayan qablaşdırmada bir ehtiyat batareyalar komplekti və bir ehtiyat lampa ilə morze əlifbası üzrə siqnalizasiya
vermək üçün yararlı elektrik fənəri; 
- dəniz və hava gəmilərinə siqnallar vermək üçün istifadə təlimatı ilə gündüz siqnallaşması üçün bir siqnal güzgüsü (qelioqraf);
- bir fit və ya ona ekvivalent olan səs siqnalı; 
- sudanqoruyucu və ya sukeçirməyən qablaşdırmada bir nüsxə xilasetmə siqnallar cədvəli;
- effektiv radiolokasiya qaytarıcısı (əgər radiolokasiya cavabvericisi quraşdırılmayıbsa).
Xilasedici qayığın təchizat komplektinə eyni əşyalar daxildir (əl körüyü, təmir ləvazimatları dəsti və sal üçün avarlar
istisna olmaqla), bundan əlavə:
- naktouzda maqnit kompası;
54


- sərbəst düşmə ilə endirilən qayıqlar istisna edilməklə,- sakit suda qayığın hərəkətini təmin etmək üçün kifayət qədər üzən
avarlar. Hər avar üçün “koçet
"
tipli avar yeri, dönən avar yeri və ya digər bərabər qiymətli ləvazimat nəzərdə tutulmalıdır.
Avar yerləri iplərlə və ya zəncirlərlə qayığa bərkidilməlidir;
- iki ədəd itələyici qarmaq;
- üzən çanaq və iki vedrə; 
- qayığın hər sonucunda biri olmaqla iki balta;
- gəminin ən kiçik istismar suya oturumu zamanı vaterliniyadan xilasedici qayığın qoyulma yerinə qədər olan məsafəni azı iki
dəfə üstələyən, və yaxud 15 m uzunluğunda, hansının çox olmasından asılı olaraq, iki etibarlı falin. Sərbəst düşmə ilə endirilən
qayıqlarda hər iki falin qayığın burnunda istifadəyə hazır vəziyyətdə olmalı və bu zaman onlardan biri ayırıcı qurğuya, digəri
isə - möhkəm olaraq forştevnə və ya onun yaxınlığında bərkidilməlidir;
- ip ilə pasatmayan parç (kovş);
- xilasedici qayıqda yerləşdirilməsinə icazə verilən insanların sayına görə hər adambaşına 3 l hesabından şirin suyu saxlamaq
üçün sukeçirməyən qablar;
- qayığa iplə bərkidilən yığılan bıçaq;
- əgər qayıq özüboşalan tipdən deyilsə, müvafiq məhsuldarlıqda əl nasosu;
-mühərrik üçün ehtiyat hissələri və alətlər;
- daşınan odsöndürən (yanan neft məhsullarını söndürmək üçün).
Xilasedici qayıq üfqi və şaquli sektoru heç olmasa 6º və ölçülmüş işıq intensivliyi 2500 kd olan, azı 3 s ərzində
fasiləsiz işıq saçmağa qadir olan projektorla təchiz olunmalıdır. 
55



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin