- suya salınması üçün mürəkkəb ləvazimatlara ehtiyacı yoxdur;
- nisbətən ucuzdur və saxlanılan zaman gündəlik qulluğu tələb etmir;
Ölçülərindən, təyinatından və xilasedici qayıqların varlığından asılı olaraq gəmilər orada olan insanların 25-dən
250%-ə qədərini yerləşdirən xilasedici sallarla təchiz olunurlar. Xilasedici salların tutumu 6-dan 45 nəfərə qədər təşkil edir. Sal
istənilən hava şəraitində azı 30 gün ərzində su üzərində istifadə üçün hesablanmışdır. Salın quruluşu onu 3mil/s sürətlə yedəyə
alınmasına imkan verir.
Hava ilə doldurulan xilasedici sal hər iki tərəfdən rezinləndirilmiş su keçirməyən sintetik materialdan hazırlanır. Salın
üzmə qabiliyyəti azı iki ayrıca bölməyə bölünən əsas üzmə kameralarının varlığı ilə təmin olunur. Üzmə kameraları elə
qaydada yerləşdiriliblər ki, istənilən
bölmələrdən biri zədələndikdə, zədələnməmiş bölmələr, salın bütün perimetri boyu
müsbət suüstü bortu saxlayaraq, salda yerləşdirilmiş bütün insanları su üzərində saxlaya bilsin. Adətən bu tələb, əsas üzmə
kameralarının bir-birinin üstündə yerləşdirilməsi ilə təmin olunur.
Üzmə kameralarını doldurmaq üçün, salın dibinin kənarında bərkidilmiş polad silindrik balonun içində, təzyiq altında
mayeləşdirilmiş vəziyyətə gətirilmiş karbon qazından istifadə olunur. Balondan çıxan zaman karbon qazı genişlənir və sürətlə
soyuyur. Kanallarda və şlanqlarda buz tıxaclarının əmələ gəlməsindən qaçmaq məqsədilə karbon qazına az miqdarda azot
əlavə olunur.
Balondakı qazın həcmi ətraf mühitin ən aşağı temperaturunda kameraları doldurmaq üçün hesablanmışdır, buna görə
də normal temperaturda kameralarda artıq
təzyiq əmələ gəlir; artıq qazın buraxılması üçün qoruyucu klapanlar nəzərdə
tutulmuşdur. Əl körüyü vasitəsilə doldurulması üçün hər kamera klapanla təchiz edilmişdir.
Qoruyucu tenti və ya mərkəzi pillersi saxlamaq üçün sal doldurulan qövslərə - dayaqlarla malikdir. Onlar üzmə
kameraları ilə eyni zamanda qazdoldurma sistemindən doldurulurlar.
Tent xarici tərəfindən parlaq narıncı rəngə malikdir. Xilasedici salın tentinin ətrafına işıqqaytaran materialdan zolaqlar
yapışdırılır. Zolaqlar həmçinin xaç şəklində hava ilə doldurulan salın altına da yapışdırılır. Tentin yuxarı hissəsində yağış
sularının toplanılması üçün “qaranquş quyruğu” tipli qurğu vardır. Şərait üzrə müşahidə aparmaq üçün tent azı bir pəncərəyə
malik olmalıdır. Tentin yuxarı hissəsində əl ilə işə salınan lampa quraşdırılmışdır, hansının ki, işığı qaranlıq gecənin aydın
47
havasında 12 saat ərzində 2 mil məsafədən görünür. İşıq həmçinin sayrışan ola bilər, bu halda o, işləməsinin ilk 2 saatı ərzində
1 dəqiqədə azı 50 və 70-dən çox olmayan sayrışan tezliyi ilə yanmalıdır.
Yerləşdirilmək üçün nəzərdə tutulmuş insan sayından asılı olaraq sal
bir və ya iki girişə malikdir; heç olmasa,
girişlərin birində yarısərt minmə meydançası quraşdırılmışdır. Meydança ilə təchiz olunmayan giriş minmə nərdivanı ilə təchiz
olunur, hansının ki, aşağı pilləsi boş salın vaterliniyasından azı 0.4m aşağıda yerləşir. Girişlər pərdələrlə örtülürlər. Tentin
əmələ gətirdiyi örtülmənin içində, onun yuxarı hissəsində əl ilə işə salınan lampa vardır.
Sal doldurulduqdan sonra o,
avtomatik olaraq işə düşür və 12 saat ərzində fasiləsiz işləməyə qadirdir.
Salın daxili və xarici perimetri boyu leyerlər bərkidilmişdir.
Salın dibi aşağı üzmə kamerasına bitişdirilmişdir. O, hava aralığı ilə bir-birindən ayrılan, 2 su keçirməyən parça
qatından ibarətdir. Soyuq havada, salın dibi əl körüyü vasitəsilə doldurularaq, salın içindəki insanları
dəniz suyunun
soyuğundan qoruyur. İsti iqlim şəraitində salın dibi hava ilə doldurulmur; bu bort arxası suyun sərinliyinin daxil olmasına
şərait yaradır və orqanizmin həddən artıq qızması təhlükəsini azaldır.
Yırtıcı balıqların diqqətini cəlb etməmək üçün xarici tərəfdən salın dibi tünd rəngli boyaya malikdir.
Salın dibinə ballast cibləri bərkidilmişdir. Sal suya düşdükdə ciblər su ilə dolur. Sal yana əyildikdə, yuxarıda olan cib
onu aşağı çəkir, bununla da salın ləpəyə davamlılığını artırır. Bundan əlavə, ciblər salın dreyfinin qarşısını alır.
Salın girişlərindən birinin yanında falinin (işə salma ipinin) kök sonucu bərkidilmişdir. Onun qarşı kök sonucu
konteynerdən çıxarılmışdır, hansına ki, sal yığılmışdır, və o, gəmidə bərkidilməlidir. Falin 10m, plyus onun qoyulduğu yerdən
gəminin ən kiçik istismar suya oturumu zamanı vaterliniyasına qədər olan məsafəyə bərabər uzunluğa malik olmalı, lakin 15
metrdən az olmamalıdır.
Sal yedək ipi ilə təchiz edilmişdir, hansı ki, təkcə yedəyə almaq üçün deyil, həmçinin iki və daha artıq sayda salları
bir-birinə birləşdirmək üçün istifadə olunur.
Dostları ilə paylaş: