Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə36/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   32   33   34   35   36   37   38   39   ...   84
Dənizdə təhlükəsizlik

1.8.6. Qidalanma payı
Aclığa qidalanma maddələrinin orqanizmə tamamilə qəbul edilməməsi və
ya onun kifayət etməməsi səbəb olur. Aclıq zamanı orqanizmin yaşaması piy
ehtiyatı və orqanizmin öz toxumalarının tədricən atrofiyası nəticəsində azad olunan
maddələr hesabına saxlanılır. İdeal şəraitlərdə insan qidasız 65-70 günə qədər
yaşaya bilər. İlk 2-4 gün ərzində aclıq daha kəskin hiss olunur; bədənin çəkisi
90


gündə 1 kq-a qədər azalır. Sonra isə aclıq hissiyyatı zəifləyir, halsızlıq, süstlük və
daima mürgüləmə ilə əvəzlənən yüksək əsəbilik, baş ağrısı, yuxusuzluq əmələ
gəlir. 5-7 gün davam edən aclığın sonuncu mərhələsində pozulma ürək əzələsinə və
mərkəzi əsəb sisteminə toxunur.
Xilasedici qayığın və xilasedici salın təchizatında olan qəza qidalanma
payı 3 gün üçün nəzərdə tutulmuşdur. O, dozalara bölünüb, hansılardan ki, hər biri
gün ərzində bir insanın istifadəsi üçün təyin edilmişdir. Xilasetmə vasitələrində
hər doza su - hava keçirməyən örtükdə olan sublimasiyalı qida qarışığı briketlərini
özündə təmsil edir, hansı ki, zülal və piy komponentləri əlavə edilən xırda
doğranmış noxuddan və lobyadan ibarətdir. Üçgünlük payın enerji qiyməti
adambaşına 10 MCoul təşkil edir, hansı ki, 1200 qr çovdar çörəyinin və yaxud
700-750 qr qaletin, ya da 1100-1300 qr mal ətinin, yaxud 450 qr şokoladın
kalorisinə bərabərdir.
Qidanı yaxşı çeynəməklə və davamlı olaraq ağızda saxlamaqla kiçik
dozalarla qəbul etmək lazımdır. 
Qida ehtiyatını doldurmaq üçün balıq tutma dəsti təyin olunmuşdur,
hansını ki, təkcə balıq tutmaq üçün deyil, quşları da ovlamaq üçün tətbiq etmək
olar. Axçasız, parlaq rəngbərəng boyalanmış və yaxud tikanlı balığı yemək üçün
istifadə etmək olmaz, çünki o, zəhərli ola bilər.
Balığın kürüsünü, toxum vəzisini və qara ciyərini yemək lazım deyil,
çünki onlarda olan A vitamininə görə zəhərlənmə – orqanizmin hipervitaminozu
baş verə bilər.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin