əgər gövdənin xarici hissəsindən dəliyə yumşaq plastır qoymaq mümkündürsə,
qəza bölməsinə suyun böyük axınını istisna edərək,
bunu görmək
məqsədəuyğundur;
qəza bölməsinin daxilindən yumşaq bortlu taxta plastıra oxşar sərt plastırı (4)
dəliyin üzərinə qoymaq və bərkitmək lazımdır; əgər gəmidə lazımi ölçüdə
plastır yoxdursa, onu hazırlamaq
zəruridir;
dəlik rayonunda bort mükəmməl təmizlənir;
dəliyin ətrafında dörd divardan və qapaqdan ibarət daxili taxta qəlib (yeşik)
qurulur (sərt plastırın və tıxacların, pazların ətrafında); taxta qəlibi qəzalı borta
kip sıxmaq
tövsiyə edilir; yeşikdə olan yarıqlar mükəmməl bağlanılır
(kəpitkələnir); əgər şərait imkan verirsə, metal qutudan istifadə etmək daha
məqsədəuyğundur;
yeşiyin aşağı hissəsində deşik açılır və kiçik enişlə metal drenaj borucuğu (3)
qoyulur (borucuğun (3) diametrini elə qaydada seçmək lazımdır ki, su sərbəst
olaraq təzyiqsiz axsın);
daxili taxta qəlibin üstündən dörd divardan ibarət (yuxarıda qapağı olmayan)
böyük ölçülü ikinci, xarici yeşik (taxta qəlib) qurulur;
daxili və xarici
yeşiklərin divarları arasındakı məsafə və qapaqdan yuxarıya üstələmə azı
250mm olmalıdır;
drenaj borucuğun uzunluğunu elə hesabla seçirlər ki, o, xarici yeşiyin (taxta
qəlibin) hüdudları kənarına çıxsın;
taxta qəliblər bərkidildikdən sonra yeşiklərin divarlarının arası əvvəlcədən
hazırlanmış sement qatışığı ilə doldurulur;
sement qatışığı tam bərkidikdən sonra drenaj borucuğunun deşiyinə taxta tıxac
vurulur.
Dostları ilə paylaş: