Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Sement qatışığının hazırlanması



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə61/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   57   58   59   60   61   62   63   64   ...   84
Dənizdə təhlükəsizlik

Sement qatışığının hazırlanması.
Sement qatışığını (betonu) iş yerinə
yaxın yerdə (qəzalı bölmənin ölçüləri icazə verirsə), kənarları kip bərkidilmiş
taxtalardan olan xüsusi döşəmə üzərində hazırlamaq lazımdır.
Sement qatışığının komponentləri və onların nisbəti: 

tez bərkiyən sement (portlandsement, gil torpaqlı sement, Baydalin sementi və
ya digərləri) – 1 hissə; 

aşqar (qum, çınqıl, sındırılmış kərpic, müstəsna hallarda şlak) — 2 hissə; 
133



betonun bərkiməsinin tezləşdiricisi (duru şüşə - qatışığın ümumi həcminin 5-8%
miqdarında, kaustuk soda - 5-6%, kalsium xlorid - 8-10%, xlorid turşusu - 1-
1,5%); 

su (dəniz və ya içməli, lakin dəniz suyundan beton hazırlandıqda onun keyfiyyəti
10% azalır) - tələb olunduqda. 
Əvvəlcə döşəməyə aşqar (qum), üstündən sement tökülür, sonra isə, bir
qayda olaraq, iki nəfər qarşı-qarşıya bellə işləyərək sementin tərkib hissələrini
qarışdırırlar. 
Qatışığın ortasına hissələrlə su tökmək və qatı xəmiri xatırladan ümumi
vahid kütlə alınanadək mükəmməl qarışdırmaq lazımdır. 
Sement qatışığının quruma müddətini azaltmaq üçün qatışığın ümumi
tərkibinə yuxarıda göstərilən nisbətdə faizlə tezləşdiricilər əlavə olunur. 
Hazırlanmış qatışıqla dərhal daxili və xarici qəliblərin arasındakı yer
doldurulur. Sement təqribən 8-12 saat ərzində özünü tutur, 3 sutkadan sonra isə
tam bərkiyir. 
Böyük dəlikləri betonlayarkən gəminin gövdəsinə qaynaqlanmış
armaturun qoyulması (məftillə birləşdirilmiş polad çubuqlar) məqsədəuyğundur.
Zədələnmələrin betonlanmasının müxtəlif variantları 3.20–3.25
şəkillərində göstərilmişdir. Sement yeşiyinin qoyulması (betonlama) müvəqqəti
tədbirdir. Buna görə də gəmi tərsanəyə (hovuza) qoyularkən və ya limana gələrkən
zədələnmiş birləşmələr dəyişdirilir və ya dəliklər qaynaqlanır. Əgər gəmini
tərsanəyə qoymağa imkan yoxdursa, gəmi gövdəsi üzərindəki beton tutmanı
dövrələmə olaraq qaynaqlayır, yəni gövdəyə qaynaqlanan polad qutu içərisinə
qoyulur. Bu zaman əgər imkan varsa, çatın özünü və ya gəminin gövdəsinin
aralanmış qaynaq yerini xaricdən və daxildən qaynaqlayırlar.
Beton tutmanın və
ya sement yeşiyinin ətrafını əhatə edən qutunun divarlarını əmələ gətirən lövhələri
adətən bilavasitə gəminin üzlüyünə və ya yığımına qaynaqlayırlar. Sonra sement
yeşiyinin bütün azad boşluqlarını yeni qatışıqla doldurur və qoyulan lövhələrlə
yuxarıdan qaynaqlayırlar.
134



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin