Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Elektrik cərəyanından zərərçəkənə ilk yardım tədbirləri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə69/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   65   66   67   68   69   70   71   72   ...   84
Dənizdə təhlükəsizlik

Elektrik cərəyanından zərərçəkənə ilk yardım tədbirləri
İlk yardım tədbirləri, zərərçəkəni elektrik cərayanının təsirindən azad
etdikdən sonra onun vəziyyətindən asılıdır.
Əgər zərərçəkən özündədirsə, lakin buna qədər huşunu itirmişdisə və ya
uzun müddət cərəyan altında olmuşdusa, həkim gələnə qədər ona tam sakitlik
təmin etməklə nəfəs almasına və nəbzinə fasiləsiz müşahidə aparmaq lazımdır.
Zərərçəkənin vəziyyəti pisləşən halda, onu lazımi nəqliyyat vasitələri və xərəklə
təmin edərək dərhal həkimə göndərmək və ya çatdırmaq lazımdır. 
Əgər zərərçəkən huşsuz vəziyyətdədirsə, lakin nəfəsi və nəbzi varsa, onu
rahat, düz və sakit uzatmaq, geyimini boşaltmaq və düyməsini açmaq, təmiz hava
axını yaratmaq, artıq adamları uzaqlaşdırmaq, naşatır spirtini iylətmək, su çiləmək
(ağızdan olmaz), bədənini ovuşdurmaq və isitmək lazımdır. Təcili həkim çağırmaq
lazımdır. Əgər zərərçəkən çətin nəfəs alırsa (çox kəskin və titrək, ölən adam kimi),
ona süni nəfəs vermək lazımdır. 
Həyat nişanələri (nəfəsalma, ürək döyüntüsü, nəbz) olmadıqda
zərərçəkəni ölmüş hesab etmək olmaz. Çox hallarda ölüm zahiri olur. Belə
vəziyyətdə zərərçəkənə dərhal süni nəfəs vermək kimi ilk yardım göstərilməsə,
onun həyatına ölüm təhdidi ola bilər. Süni nəfəsverməni həkim gələnədək fasiləsiz
olaraq etmək lazımdır, hansı ki, təcili çağırılmalıdır. 
Zahiri olaraq öləni canlandıran zaman hər saniyə qiymətlidir, buna görə,
ilk yardımı, imkan çərçivəsində, hadisə yerində dərhal göstərmək lazımdır və o
hallarda ki, əgər zərərçəkənə və yardım edənə təhlükə təhdid göstərməyə davam
edirsə və yaxud yerində yardım etmək mümkün deyilsə, zərərçəkən başqa yerə
aparılır.
Elektrik cərəyanından zərərçəkəni yalnız ağır xarici zədələnmələr,
məsələn, yıxılma zamanı kəllənin parçalanması, bədənin tam yanması halında
ölmüş hesab etmək olar.
150


Digər hallarda yalnız həkim ölüm halını təsdiq edə bilər.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin