Şəkil 4.14. Süni nəfəsvermə zamanı havanın ağıza üfürülməsi
üçün tətbiq edilən borucuq
153
Süni nəfəsverməni keçirmək üçün müasir portativ əl nəfəs aparatları
tətbiq oluna bilər. Bu cür aparatlar zərərçəkənin başına geydirilən maskalarla təchiz
olunur. Bu aparat vasitəsilə ciyərlərə 2 litrə qədər hava üfürmək olar. Hava
çıxarılma passiv həyata keçirilir, bunun üçün aparatda xüsusi klapan nəzərdə
tutulmuşdur.
Lakin hər zaman elektrik cərəyanı ilə zədələnmiş insanı yalnız süni
nəfəsvermə ilə canlandırmaq mümkün olmur. Nəfəsin dayanması səbəbindən
oksigenin qandan itməsi artıq bir neçə dəqiqədən sonra asfiksiya (boğulma)
nəticəsində ürəyin ikinci dəfə dayanmasına gətirib çıxarır. Əgər ürək baş vermiş
fibrilyasiya nəticəsində döyünmürsə, təkcə süni nəfəsvermə (hətta vaxtında
başlanmış) belə orqanizmin canlanmasına gətirib çıxara bilmir. Bu hallarda süni
nəfəsvermədən başqa qan dövranının bərpası üçün tədbirlər götürülməlidir. Bu
məqsəd üçün ürəyin qapalı (qeyri-açıq) masajı tətbiq edilir.
4.8. Ürəyin qapalı masajı
Ürəyin qapalı masajı ovucun alt hissəsi ilə döş qəfəsinin qabaq hissəsində
qabırğaların arasında yerləşən döş sümüyünün alt hissəsini sıxmaq yolu ilə həyata
keçirilir. Sıxılma zamanı döş sümüyü onurğa sütunu tərəfinə yerini dəyişir. Bu
zaman onun ürəyin sıxılması və qanın damarlara basılması ilə müşayiət olunan
onurğa sütununa tərəf yerdəyişməsi baş verir. Döş sümüyünü sıxmaq üçün böyük
qüvvə tələb olunur, buna görə, o, yardım göstərənin əyilmiş vəziyyətdə əllərini bir-
birinin üstünə qoyaraq həyata keçirilir, çünki əllərin gücünə sonuncunun kütləsi də
əlavə edilir (şəkil 4.13). Hər sıxılmadan sonra əllər zərərçəkənin döş qəfəsindən
götürülür. Sıxılma dayandırıldıqdan sonra döş qəfəsi düzəlir, hansı ki, qanın
venalardan ürəyə daxil olmasına və onun dolmasına səbəb olur. Döş sümüyünün
sıxılması tez təkan şəklində, onun 3–4 sm yerdəyişməsi üçün kifayət edən qüvvə
ilə edilir. Bir neçə sıxılma etdikdən sonra zərərçəkənin nəfəsalma və nəfəs
buraxmanın başlaması vaxtı qədər fasilə edir, sonra isə yenidən ürəyin masajını
təkrarlayırlar.
Ürəyin qapalı masajı vasitəsi ilə arterial təzyiqi lazımi səviyyədə və
ürəyin sərbəst fəaliyyəti bərpa olunana qədər orqanizmin həyatını uzun müddət
saxlamaq mümkündür. Ürəyin masajını və süni nəfəsverməni zərərçəkəndə sərbəst
nəfəsalma və ürəyin fəaliyyəti bərpa olunanadək davam etdirmək lazımdır.
154
|