Şəkil 4.12. Ağızın açılması
Çənəni qaldırıb və qabağa vermək üçün hər iki əlin dörd barmağı alt
çənənin küncünə arxasına qoyulur, böyük barmaqlar çənənin kənarına dirənir və
alt çənə qabağa elə qaydada itələnir ki, alt çənənin dişləri üst çənənin dişlərindən
irəlidə olsun (şəkil 4.12). Əgər bu üsulla ağzı açmaq mümkün olmazsa, arxa azı
dişlərin arasına (ağızın küncündə) onları sındırmamaq üçün ehtiyatla nazik taxta və
ya
metal lövhəcik, qaşıq dəstəyi və s. qoyaraq dişləri aralamaq lazımdır.
Dostları ilə paylaş: