Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Yanıqlar zamanı ilk yardım



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə73/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
Dənizdə təhlükəsizlik

 
4.9. Yanıqlar zamanı ilk yardım
Yanıqlar, yüngül qızartıdan başlayaraq dəri toxumalarının, bəzən isə daha
dərin toxumaların böyük sahədə ağır ölməsinə qədər olmaqla üç dərəcəyə bölünür.
Ağır yanıqlar zamanı böyük ehtiyatlıqla yanmış hissələrdən geyimi və
ayaqqabını çıxarmaq – ən yaxşısı kəsmək lazımdır. Yaddan saxlamaq lazımdır ki,
yara çirkləndikdə irinləməyə başlayır və uzun müddət sağalmır. Buna görə, dərinin
yanmış yerinə əl ilə toxunmaq və ya onu hansısa mazlarla, yağlarla, vazelinlə və
yaxud məhlulla yağlamaq olmaz. Yanmış səthi təzə yara kimi paketdən steril
material və ya təmiz kətan əski ilə örtmək, üstündən pambıq qoyaraq, bütün bunları
bintlə bərkitmək, sonra isə zərərçəkəni xəstəxanaya göndərmək lazımdır. 
İlk yardımın bu cür üsulu əmələgəlmə səbəbindən - buxardan, volt
qövsündən, turşudan və s. asılı olmayaraq bütün yanıqlar zamanı tətbiq edilir. Bu
zaman suluqları açmaq, yanmış və yapışmış geyim hissələrini qoparmaq olmaz
(zəruriyyət halında onları qayçı ilə kəsmək lazımdır).
Tünd turşuların (azot, sulfat, xlor) və aşındırıcı qələvilərin (paltar və
kaustik sodası) təsiri nəticəsində əmələ gələn yanıqlar 10–15 dəqiqə ərzində iti
axan su şırnağı altında zədələnən dərini dərhal və bolluca yumaq lazımdır.
Həmçinin yanmış ətrafı təmiz su olan vedrəyə salmaq və orada onu hərəkət
etdirmək olar. Təmiz su ilə mükəmməl yuduqdan sonra yanmış dəriyə islatma
dərmanı qoyulur: turşularla yanıqlar zamanı – soda məhlulundan (1 çay qaşığı 1
stəkan suya), qələvilərlə yanıqlar zamanı isə – zəif sirkə məhlulundan (dadına görə
bir qədər turş) və ya bor turşusundan (1 çay qaşığı 1 stəkan suya).
Aşındırıcı qələvilər və yaxud onun buxarları ağız boşluğuna və gözə
düşən zaman onları 2%-li bor turşusu məhlulu ilə yumaq lazımdır.
Turşunun və ya qələvinin təsiri ilə eyni zamanda şüşə ilə yaralanarkən,
hər şeydən öncə əmin olmaq lazımdır ki, yarada şüşə qırıntıları yoxdur, sonra isə
yaranı müvafiq məhlulla yumaq, onun kənarlarını yod məhlulu ilə sürtmək və steril
pambıq və bintdən istifadə etməklə yaranı sarğılamaq lazımdır. Yuxarıda sadalanan
məhlullar gəmi dərman qutusunda həmişə olmalıdır. 
155


Əgər geyim yanırsa, hər şeydən öncə onu söndürmək lazımdır. Bunun
üçün insanın üstünə su tökür və ya xalça, palto və s. ilə örtürlər. Böyük yanıqlar
zamanı ilk yardım göstərildikdən sonra onu dərhal həkimə yollamaq lazımdır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin