Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Şəkil 4.16. Ləçəyin görünüşü



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə76/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   72   73   74   75   76   77   78   79   ...   84
Dənizdə təhlükəsizlik

Şəkil 4.16. Ləçəyin görünüşü
Əl sümüklərinin sınmalar və çıxmaları.
Əlamətləri – sümük boyu ağrılar,
ətrafların qeyri-təbii görünüşü, oynaq olmayan yerlərdə qeyri-təbii hərəkətlilik
(sınma olduqda), kiçik şişmədir. 
İlk yardım: dərman qutusunda saxlanılan müvafiq şinləri qoymaq. Əgər onlar
yoxdurlarsa, körpücük sümüyünün sınmasında olduğu kimi əli ləçək vasitəsi ilə
boyundan asmaq, sonra isə qoltuğaltı batığa topacıq qoymadaq əli bədənə
sarğılamaq. Əgər əl bədəndən aralanmış vəziyyətdədirsə (çıxıq zamanı), əl ilə
bədən arasına yumşaq bir şey (paltardan hazırlanmış topacıq), zədələnən yerə isə -
soyuq qoymaq. Əgər bint və ləçək yoxdursa, əli pencəyin ətəyindən asmaq
lazımdır (şəkil 4.17).
Şəkil 4.17. Əlin pencəyin ətəyindən asılması
Əl və barmaqların sınması və çıxması. Ə
l sümüklərinin sınmasını və yaxud
çıxmasını zənn edərkən əlin pəncəsini geniş şinaya (ovuc enliliyində) elə qaydada
sarğılamaq lazımdır ki, şina bazu önlüyünün ortasından başlasın, barmaqların
159


sonucunda isə bitsin. Zədələnmiş barmaqlarının bir qədər sıxılması üçün ilkin
olaraq əlin ovcuna pambıq, bint və s. topacığı qoyulmalıdır. Zədələnən yerə soyuq
əşya qoymaq lazımdır.
Aşağı ətrafın sınmaları və çıxmaları.
Əlamətləri – sümük boyu ağrılar,
kiçik şişmə, oynaq olmayan yerdə (sınma zamanı) qeyri-təbii görünüşdür. 
İlk yardım: xəstə ətrafı şin, faner lövhəcik, ağac, karton və s. vasitəsilə
(şəkil 4.18-də göstərildiyi kimi) elə qaydada bərkitmək lazımdır ki, lövhəciyin bir
sonucu çanaq sümüyünün kənarından yuxarı qoltuğa qədər, digəri isə dabana çatan
olsun. Bununla bütün aşağı ətrafın tam sakitliyi təmin olunur. Şinanı, imkan
dairəsində, ayağı qaldırmadan, onu yalnız yerində saxlayaraq və sarğıları çubuqla
belin, dizin və dabanın altından keçirərək qoymaq lazımdır. Zədələnən yerə soyuq
qoyulur.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin