nəfəs vermək tövsiyə edilir. Ümumi zəiflik zamanı tünd çay və ya kofe vermək,
nəfəs dayanan halda, həkim gələnə qədqr süni nəfəsvermə etmək lazımdır.
Maye freonun dəriyə düşməsi nəticəsində yaranmış donvurma zamanı:
dəridə hissiyyat və qızartı yaranana kimi steril pambıq kürəciyi və ya tənzif
salfet ilə don vuran hissəni ehtiyatla sürtmək;
-
Qan dövranı və hissiyyat bərpa edildikdən sonra don vurmuş yeri spirtlə
sürtmək və həmən yerə təmiz bintdən sarğı qoymaq;
əgər dəridə suluqlar əmələ gəlibsə, dərini silməmək, don vurmuş yeri isə təmiz
bintdən sarğı ilə örtmək və zərərçəkəni həkimə göndərmək;
geniş donvurmalar zədələnmələr zamanı don vurulmuş yerlərə toxunmamaq,
steril sarğı qoymaq və zərərçəkəni dərhal həkimə göndərmək.
Gözə freon düşərkən gözü otaq temperaturlu kiçik təzyiqli su şırnağı ilə
yumaq, gözə steril vazalin yağı damcılamaq və dərhal
həkimə göndərmək lazımdır.
Freon refrijator qurğusu otağında zərərçəkənə həkiməqədər ilk yardımın
göstərilməsi üçün naşatır spirti, qida sodası, Vişnevskiy və ya penisillin mazı, yod,
bint, pambıq, qara “konservlər” eynəyi və oksigenlə dolu oksigen balışı ilə tibb
qutusu olmalıdır.
Dostları ilə paylaş: