Şəkil 4.5. Çiyinüstü və ya əlin yuxarı hissəsindəki yaradan qanaxma zamanı
körpücükaltı arteriyanın sıxılma yeri
Çiyindəki yaradan qanaxma zamanı yaralı əli mümkün qədər yuxarı
qaldırmaq və qoltuqaltı arteriyanı qoltuqaltı batıqda çiyin sümüyünün başına
sıxmaq lazımdır.
Bazu nahiyəsindəki yaradan qanaxma zamanı çiyin arteriyasını çiyinin
daxili tərəfindən biseps əzələsinin kənarında çiyin sümüyünə sıxmaq lazımdır
(şəkil 4.6).
Şəkil 4.6. Çiyin,
bazu və ya
biləkdən
qanaxma zamanı
qoltuqaltı
arteriyanın
sıxılma yeri
Biləkdəki yaradan qanaxma zamanı mil və dirsək arterialarını
mil-bilək
oynağında sıxmaq olar. Lakin çiyin arteriyasını sıxmaq daha rahat və yüngüldür
(şəkil 4.7).
143
Şəkil 4.7. Bilək və ya bazudakı yaradan qanaxma zamanı çiyin arteriyasının
biseps əzələsinin kənarında sıxılması
Aşağı ətrafdakı yaradan qanaxma zamanı bud arteriyasını qasıq
nahiyəsində sıxırlar. Bu yoğun arteriyadır və hər iki baş barmaqla, onları yan-yana
və ya birini digərinin qarşısında yerləşdirərək arteriyaya basmaqla hər iki əl ilə onu
sıxmaq və qalan barmaqlarla budun əzələlərini yandan və arxadan tutmaq lazımdır
(şəkil 4.8).
Dostları ilə paylaş: