Şəkil 1.4.
Xilasedici
jilet
17
-
geyilmə qaydası göstərildikdən sonra, kənardan kömək olmadan bir dəqiqə ərzində bütün şəxslər onu düzgün
geyinsinlər;
-
təmamilə aydın olsun ki, onu yalnız bir tərəflə və yaxud daxili tərəfilə xaricə geymək olar və əgər yanlış geyinilsə,
ziyan vura bilməsin;
-
xilasedici jiletin bərkidilmə üsulu, düyün vurmanı tələb etməyən, tez və sadə olsun;
-
onu rahat daşımaq olsun;
-
bədən zədələnmələri almadan və bu zaman jiletin və ya onun avadanlığının yerdəyişməsi və yaxud zədələnməsi
olmadan əlləri jiletin üstünə qoyaraq azı 4,5 m hündürlükdən və əllər başda olmaqla azı 1m hündürlükdən onunla
suya tullanmaq mümkün olsun..
Böyük insan üçün xilasedici jiletlər dalğalıq olmayan zaman şirin suda kifayət qədər üzmə qabiliyyətinə və ləpəyə
davamlılığa malik olmalıdırlar ki:
-
böyük insan üçün RTD ilə təmin olunan orta hündürlükdən az olmayan orta hündürlükdə taqətdən düşmüş və ya
huşunu itirmiş insanların ağzını saxlasın;
-
huşunu itirmiş üzü ilə suda olan insanların bədənini RTD-ni üstələməyən vaxt ərzində, onun ağzı su üzərində olan
vəziyyətə çevirsin;
-
RTD minus 5º bucaqdan az olmayan bədənin orta bucağı ilə şaquli vəziyyətdən bədəni arxaya əysin;
-
RTD minus 5º bucaqdan az olmayan profilin orta bucağı ilə başı üfüqdən yuxarıda saxlasın;
-
bədəni embrion pozasından üzmə vəziyyətindən üzü yuxarı sabit vəziyyətə qaytarsın.
Böyük insan üçün xilasedici jilet elə olmalıdır ki, onunla qısa məsafəyə üzmək və xilasedici qayığa və xilasedici sala
qalxmaq mümkün olsun.
18
Körpəдər və uşaqlar üçün xilasedici jilet, aşağıdakılar istisna edilməklə, böyüklər üçün xilasedici jilet kimi xarakteristikalara
malik olmalıdırlar:
-
kiçik uşaqlara və körpələrə jiletin geyilməsində kömək göstərməyə icazə verilir;
-
böyük insan üçün RTD əvəzinə uşaqlar və körpələr üçün müvafiq RTD-lərdən istifadə edilməlidir;
-
xilasedici qayığa və ya xilasedici sala minərkən kömək göstərilə bilər.
Üzmə qabiliyyəti və düzəlmə xarakteristikaları istisna olmaqla, zəruriyyət yarandıqda, körpələr üçün xilasedici
jiletlərə tələblər aşağıdakılara görə azaldıla bilər:
-
körpəyə baxan şəxsə, onun xilas edilməsini yüngülləşdirmək;
-
körpəyə baxan şəxsə onu bərkitməyə şərait yaratmaq və bununla da onlar arasındakı yaxınlığı dəstəkləmək;
-
körpə sərbəst nəfəs alarkən onu quru saxlamaq;
-
təxliyə zamanı körpəni zərbələrdən və çırpılmalardan qorumaq;
-
körpəyə baxan şəxsə, körpənin istilik itirməsinə göz qoymağa və nəzarət etməyə şərait yaratmaq.
Xilasedici jiletin hər siqnal işığı:
-
yuxarı yarımsferanın bütün istiqamətlərində azı 0,75 kd işıq gücünə malik olmalıdır;
-
azı 8 s ərzində 0,75 kd işıq gücünü təmin etməyə qadir olan enerji mənbəyinə malik olmalıdır;
-
xilasedici jiletə bərkidilərkən, yuxarı yarımsferanın ən böyük hissəsində, bu praktiki mümkün olan qədər, görünən
olmalıdır.
Əgər siqnal işığı sayrışındırsa, bundan əlavə:
-
elektrik əl açarı ilə təchiz edilməlidir;
-
dəqiqədə 50-dən az və 70-dən çox olmayan tezliklə sayrışınlar verməli və azı 0,75 kd effektiv işıq gücünə malik
olmalıdır.
Su ilə dolan batareya yalnız dəniz (şor) suyundan işləyir; şirin suda, lampanın yandırılmasına səbəb olan kimyəvi
reaksiya baş vermir.
19
Jilet elektrik dövrəsinin qapanması nəticəsində işə düşən sadə batareya ilə də təchiz oluna bilər. Su, dövrəni
qapadaraq və lampanı yandıraraq keçirici kimi fəaliyyət göstərir. Bu tipli batareya şirin suda da işləyir.
Suda digər şəxsin xilasedici jiletinə bağlamaq üçün xilasedici jilet azad olunan üzən ip və ya digər vasitə ilə təmin
olunmalıdır. Xilasedici jilet insanı sudan xilasedici qayığa, xilasedici sala və ya növbətçi qayığa qaldırmaq üçün xilas edənə
imkan yaradan lazımi vasitə ilə təmin edilməlidir.
Xilasedici jilet gəmidə olan bütün insanlar və bundan əlavə, növbə xidmətinin tam heyəti üçün nəzərdə tutulmalıdır.
Onlar elə yerləşdirilməlidirlər ki, istifadə üçün əl çatan olsunlar (kayutlarda, növbə aparılan yerlərdə). Əgər jiletlər gəmidə olan
bütün şəxslər arasında bölüşdürülməyibsə, o zaman 20 ədəddən çox olmamaq şərtilə, onların istifadə üçün asanlıqla əl çatan
bir yerdə saxlanılmasına icazə verilir.
Jiletin üzərinə silinməyən rənglə gəminin və qeydiyyat limanının adı, ekipaj üzvlərinin jiletlərinin üzərinə - gəmi
nömrələri, növbə xidməti heyətinin jiletlərinin üzərinə isə - “növbə mexaniki”, “kapitanın növbə köməkçisi” və s. yazılır.
Körpələr və ya uşaqlar üçün xilasedici jilet “infant” və ya “child” simvoluna malik olmalıdır.
Əgər xilasedici jilet toqqalı kəmərlər və düymələrlə təchiz olunubsa, o zaman ekipaj üzvü onu alandan dərhal sonra o,
elə uyğunlaşdırılmalıdır ki, jilet bədənə kip otursun. Xilasedici jilet saxlanılan zaman və geyinməzdən əvvəl lampa və fitin
varlığı, batareyadakı dəliklərin tıxacla bağlı olması, kəmər və qayışların vəziyyəti yoxlanılmalıdır. Gəmi həyəcanı siqnalları
üzrə toplanış yerlərinə jiletlə çıxmaq, gəmini tərk etməmişdən qabaq isə onu geyinmək lazımdır.
20
Xilasedici jiletlərin geyinilməsi barədə komanda üzrə lampanın yerləşməsinə görə jiletin xarici tərəfini
müəyyənləşdirmək, jileti baş tərəfdən geymək, qayışları kürəkdə çarpazlayaraq, dartaraq tarımlamaq və beldə düyünləmək və
yaxud kəmərləri bağlamaq lazımdır.
Əgər xilas olunan xilasedici jiletdə gəminin bortundan suya tullanmağa məcburdursa, o zaman o, mümkün qədər ən
alçaq və elə yer seçməlidir ki, suda dalğa və axın onu gəmidən uzaqlaşdırsın. Suya tullanmazdan əvvəl jileti yuxarı hissədə
əllərinizlə bədənə möhkəm sıxın, çünki suya düşərkən bədənin ağırlıq qüvvəsinin və jiletin üzmə qabiliyyətinin itələyib
çıxarma qüvvəsinin əks tərəfə istiqamətlənməsi ağır zədələnməyə gətirib çıxara bilər. Bir əl ilə jileti bədənə sıxmaq, burun və
ağızı örtməklə soyuq su udmaqdan qaçmaq lazımdır, hansı ki, soyuq şoka səbəb ola bilər. Suya tullanmaq istədiyiniz yerin
maneəsiz olduğuna əminlik yarandıqdan sonra, irəli addımlayın. Başınızı düz saxlayın, gözlərinizi bağlayın, ayaqlarınızı sıx
birləşdirin.
21
Tullanandan sonra suyun üzünə çıxdıqda, gözlərinizi açıb yuxarı baxın; hər hansı bir üzən əşyaya dəymə təhlükəsi varsa,
kənara üzün.
Su üzərinə çıxdıqdan sonra, mümkün qədər tez təhlükəli rayondan üzüb aralanın. Kürək üstə üzmək, əllərdən avar
kimi istifadə etmək lazımdır.
Suda olarkən xilasedici sala minmək üçün bütün imkanlardan istifadə etmək lazımdır. Diqqəti cəlb etmək üçün fitdən
istifadə edin, hansının ki, səsi insan səsinə nisbətən daha uzaq məsafəyə yayılır. Günün gecə vaxtında su ilə doldurulan
batareyanın şnurundan dartaraq, tıxacı çıxarmaqla elektrik lampasını işə salın.
Xilasedici salın leyerindən tutduqdan sonra onu buraxmaq lazım deyil, çünki külək salı apara bilər. Salın içinə
girdikdən sonra yaş olmuş paltarlarınızı sıxmaq halı istisna olmaqla, xilasedici jileti çıxarmayın.
Xilasedici salın içinə daxil olmaq mümkün deyilsə, istiliyin itirilməsini minimuma endirmək - dizləri çənəyə sıxmaq,
əlləri qoltuqaltı nahiyələrə qoyaraq dirsəkləri yanlara sıxmaq və ya açılmış qolları yanlara sıxmaq və açılmış ayaqları sıx
birləşdirmək lazımdır. Eyni zamanda bir neçə insan suya düşərsə, birləşmək, mümkün qədər yaxın bir-birinə sıxılmaq,
ayaqları çarpazlaşdırmaq lazımdır. Bu nəinki istiliyin itirilməsini azaldar, həmçinin onların mənəvi durumlarını bərkidər,
nəticə etibarilə isə insanların xilas olma şansını artırar.
Dostları ilə paylaş: |