Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   2   3   4   5   6   7   8   9   10   ...   84
Dənizdə təhlükəsizlik

1.3.2. Xilasedici jiletlər (XJ).
Xilasedici jilet suya düşmüş insanın su üzərinə çıxmasını və onu bu vəziyyətdə saxlanılmasını elə təmin etməlidir ki,
sifət su səthinin üzərində olsun.
Jilet yanmanı dəstəkləməməli və alovla tam əhatə olunduqda, 2 san ərzində əriməyə davam etməməlidir. Gəmilərə,
cədvəldə göstərildiyi kimi üç ölçüdə xilasedici jiletlər verilməlidir. Əgər xilasedici jilet iki qonşu ölçünün tələblərinə cavab
verirsə, o, hər iki ölçü ilə markalana bilər. Xilasedici jiletlər cədvələ müvafiq olaraq ya çəki, ya boy, ya da çəki və boy üzrə
birgə markalanır.
Cədvəl
Xilasedici jiletin ölçüsünü müəyyən etmək üçün kriterilər
Xilasedici jiletin
markalanması
Körpələr üçün
Uşaqlar üçün
Böyüklər üçün
16


İstifadə üçün 
ölçülər:
Çəki, kg
Boy, sm
15-dən az
100-dən az
15 və artıq, lakin 
azı 43
100 və artıq, lakin 
azı 155
43 və artıq
155 və artıq
Əgər böyük insan üçün xilasedici jilet, çəkisi 140 kg qədər və döş qəfəsinin dövrəsi 1750 mm qədər olan şəxslərin
geyinməsi üçün müəyyən olunmayıbsa, bu şəxslərin üzərində jileti bərkitməyə imkan verən lazımi ləvazimatlar olmalıdır.
Suda xilasedici jiletin xarakteristikaları müvafiq ölçülü etalon xilasedici jiletin, yəni İMO-nun tövsiyələrinə cavab
verən nəzarət-sınaq qurğusunun (RTD) xarakteristikaları ilə müqayisə etmə yolu ilə qiymətləndirilməlidir 
Jilet möhkəm sintetik və ya təbii parçalardan hazırlanır. Müsbət üzmə qabiliyyəti sərt su əvəzləyici doldurucular və ya
hava ilə doldurulan kameralar vasitəsilə əldə olunur. Doldurulan xilasedici jilet iki ayrıca kameraya malik olmalıdırlar,
hansılar ki, suya batan zaman bir hərəkətlə fəaliyyətə gətirilən qaz baloncuğundan və ya ağız vasitəsilə doldurulurlar.
Xilasedici jilet 24 saat ərzində şirin suda saxlanıldıqda onun üzmə qabiliyyəti 5%-dən artıq azalmamalıdır.
İşıqqaytaran materialın zolaqları jiletin üzərinə elə qaydada yerləşdirilməlidir ki, bütün
istiqamətlərdən, həm suüstü və həm də hava gəmisindən onlar görünə bilsinlər.
Böyük insan üçün xilasedici jiletin quruluşu elə olmalıdır ki:
-
jiletin quruluşu ilə qətiyyən tanış olmayan şəxslərin heç olmasa 75%-i heç bir kömək,
təlqin etmə və ya əvvəlcədən göstərmə olmadan bir dəqiqədən çox olmayan zaman
ərzində ondan düzgün istifadə edə bilsinlər;

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin