Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 12 iyun
2012-ci il tarixli 03 № Qərarı ilə təsdiq edilmişdir.
15201206120003 qeydiyyat nömrəsi ilə Hüquqi aktın Dövlət Reyestrinə daxil edilmışdir və
21 iyun 2012-ci il tarixdən respublika ərazisində qüvvəyə minmişdir.
«Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə
Ümumi göstərişlər»
GİRİŞ
Tikinti üçün layihə işlərinin qiymətlər topluları (bundan sonra Toplu
adlanacaq), ölkə iqtisadiyyatının
müxtəlif sahələrində yeni müəssisə, bina və
qurğuların tikintisinə və mövcud olanların genişləndirilməsi, yenidən qurulması və
texniki cəhətdən yenidən təchiz edilməsinə dair layihə-smeta sənədlərinin,
həmçinin rayon, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və
tikilməsinə dair sxem və layihələrin hazırlanması dəyərinin müəyyən edilməsi
üçün nəzərdə tutulmuşdur.
Tikinti üçün layihə işlərinin qiymətlərinin hesablanması, «Tikinti üçün
layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə Ümumi göstərişlər»ə (bundan
sonra Ümumi göstərişlər) və layihələndirilən obyektin xüsusiyyətlərini, müəssisə,
bina və qurğuların tikintisinə layihə-smeta sənədlərinin qiymətlərinin tətbiqi
qaydalarını əks etdirən toplulara əsasən aparılır.
Toplular üzrə tikinti üçün layihə işləri qiymətləndirilərkən, Ümumi
göstərişlərin tətbiq edilməsi (hər-hansı bölmədə qiymətlərin tətbiqi qaydası
şərtləndirildiyi və Ümumi göstərişlərdəki şərtlərdən fərqləndiyi hal istisna
olmaqla) vacibdir.
Toplu, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyi, Maliyyə
Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq
edilmişdir.
2
I
Dostları ilə paylaş: |