3
- tikinti meydançasının (trassanın) seçilməsində layihə təşkilatlarının iştirakı;
- bina və qurğuların monumental-dekorativ tərtibatı həllərinin işlənməsi;
- yeni normativ sənədlərin qüvvəyə minməsi və avadanlıqların daha
mütərəqqisi ilə əvəz olunması ilə əlaqədar işçi sənədlərdə dəyişikliyin aparılması;
- zavodda istehsal olunan detallaşdırılmış metal konstruksiyaların (DMK) və
texnoloji boru kəmərlərinin cizgilərinin işlənməsi;
- yenidən qurulan, genişləndirilən və yenidən texniki cəhətdən təchiz edilən
obyektlərdə müayinə və ölçü işlərinin yerinə yetirilməsi;
- standartlaşdırılmamış və birtipli olmayan avadanlıqların hazırlanması üçün
konstruktor sənədlərinin işlənməsi (belə sənədlərin
işlənməsi üçün texniki
tapşırığın hazırlanmasına ilkin tələblərin tərtib olunmasından başqa);
- nümayiş materialları (maketlər, elektron versiyalı
prezentasiya
materialları);
- tikinti-quraşdırma işlərinin icra layihəsi, tikinti təşkilatlarının ehtiyacı üçün
müvəqqəti bina və qurğuların tikintisinə layihə-smeta sənədləri;
- müəllif nəzarəti;
- layihələndirmə zamanı elmi-tədqiqat və təcrübə-sınaq işləri;
-xidməti ezamiyyə xərcləri (inzibati heyətin ezamiyyə xərclərindən başqa).
II. LAYİHƏ İŞLƏRİNİN DƏYƏRİNİN TƏYİN EDİLMƏSİNİN
ÜMUMİ QAYDALARI
2.1 İşçi layihənin (layihə) işlənməsi dəyəri aşağıdakı düsturla təyin olunur:
Dostları ilə paylaş: