Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası



Yüklə 98,2 Kb.
səhifə2/2
tarix05.06.2023
ölçüsü98,2 Kb.
#125544
1   2
Əliyev Hüseyn

Nizami Gəncəvi Azərbaycan ədəbiyyatında ideyalar şairi kimi şöhrət qazanmış, şərqdə ilk dəfə «Xəmsə» yaratmışdır. Sözə, söz sənətinə, onun qüdrətinə həssaslıqla yanaşan böyük ustad yazırdı:

Sözün də su kimi lətafəti var,


Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verər su da.

Əsərlərində xalqa məhəbbətlə, istəklə, arzularla yanaşan şair həmişə bərabərlik, qardaşlıq ideyalarını təbliğ etmişdir. Bu da onun «Əxilər» (qardaşlıq deməkdir) cəmiyyətinə rəğbətindən irəli gəlirdi. Yaratdığı əsərlər içərisində «Sirlər xəzinəsi»ndə sözün qüdrətinə ayrıca bir fəsil ayırmışdır.


Doğan hər fikir, xəyal, buna heç şübhə olmaz,


Etdi söz quşlarının qanadlarında pərvaz.
Yeniliklər törədən bu qoca kainatda,
Sözdən kəskin və incə bir şey tapılmaz hətta
Düşüncənin əvvəli, bütün sonların sonu,
Sözdür, yadında saxla, unutma əsla bunu!
«Sirlər xəzinəsi», s.36

Daha sonra müəllif, adı çəkilən poemada şairin və şerin həyatdakı rolunu izah etməyə çalışır. Sözü, xüsusilə bədii sözü insanların həyatında, cəmiyyətin inkişafında ən əsas amillərdən biri sayır:


Qələm ki, bu həyatda tərpənərkən ilk dəfə,


Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə.
Bu xəlvət pərdəsini açan zaman əlbəəl,
Söz oldu bu həyatda cilvələnən ilk gözəl.
O zamandan ki, qələm yazı yazdı, dürr saçdı,
Bu dünyanın gözünü ilk dəfə sözlə açdı.
«Sirlər xəzinəsi», s.36

Dahi şairimiz sözü dünyanın ən böyük sərvəti sayır. Qızılla müqayisə edir. «Qızıl nə itdir? Qızıl onun adıdır ancaq» fikrini təsdiqləyir. Sözü dünyanın ən gözəl bəzəyi, incisi kimi təsvir edir:


Sordu: - köhnə qızılmı, təzə sözmü yaxşıdır?


Söz sərrafı söylədi: «söz dünyanın naxışıdır».
Söz qasidi hər yolu hey özbaşına gedər,
Sözün gördüyü işi kimsə görməz bu qədər.
Sözün yanında gümüş torpaqdır, yalnız torpaq,
Qızıl nə itdir? Qızıl onun adıdır ancaq
Sözdən başqa yuxarı başda oturan yoxdur,
Mülkün dövləti yalnız onundur, danan yoxdur.

Sözün ecazkar qüdrətindən söz açan şair, söz söyləyənləri, alimləri həmişə böyük ehtiramla yad edir: «elə natiqlər ki, dilləri atəş, heyrandı onlara səmada günəş; alim, uzaqgörən, hikmət ərbabı» kimi ifadələrlə, obrazlı şəkildə tərənnüm edirdi. Lakin şair yeni yazan, gənc şairlərə də dəyərli məsləhətlər verirdi.


Fikrini daha qüvvətli şəkildə söyləyən Nizami «İsgəndərnamə» əsərində sırf natiqlik sənətinə, nitq mədəniyyətinin əsas məsələlərinə toxunur. O, yunan natiqlik sənətinin görkəmli nümayəndələrinin adını çəkir, tarixi şəxsiyyət olan çar Filippin, onun oğlu Aleksandrın, məşhur filosof Nikomaxın, Aristotelin adlarını qeyd edir. hətta Aleksandrın Aristoteldən fəlsəfə dərsi aldığını və yaxın dost olduqlarını təsvir edir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ədəbiyyatında söz və onun qüdrəti haqqında bir-birindən gözəl ifadələr, kəlamlar işlənsə də, natiqlik sənəti və yunan filosofları barədə heç bir fikir söylənməmişdir. Bu yalnız Nizami Gəncəvinin əsərlərində təsvir olunur.
Deyilənlərdən bu qənaətə gəlmək olar:
Birincisi, Nizami hələ gənc vaxtlarından fəlsəfə ilə maraqlanmış və bu elmi incəliklərinə qədər öyrənib, yeri gəldikcə əsərlərində ona dair fikir və mülahizələrini ifadə etmişdir. Məsələn, «Xosrov və Şirin» əsərində eşq haqqında olan mülahizələrinə fəlsəfi məzmun verən şair yazır: «Əgər daşın qəlbində eşq varsa, o gövhəri məşuqə kimi qucaqlayır. Əgər maqnit aşiq olmasaydı, dəmiri o qədər böyük bir şövq ilə özünə çəkməzdi. Əgər kəhraba aşiq olmasaydı, saman çöpünü axtarıb tapmazdı. Saysız-hesabsız cisimlər bir qanunla öz mərkəzlərinə meyl edirlər. Od yerin altında cəzbedici qüvvə tapmazsa, yeri yarar və fəzaya yüksələr. Lakin bir qədər havada qaldıqdan sonra öz təbiətinə görə aşağı enər».
Müəllif eşqi təbiətdəki cazibə qüvvəsi ilə əlaqələndirir. Dünyada ilk dəfə olaraq ümumdünya cazibə qüvvəsini, yerin öz oxu ətrafında hərəkət etməsi konsepsiyasını kəşf edir:

Maqnit olmasaydı eşqin əsiri,


Çəkməzdi özünə dəmir zənciri.
Kəhrabanın eşqə düşməsə canı,
Elə cəzb etməzdi quru samanı.

Göründüyü kimi, Nizami Gəncəvi filosof-alim olmuşdur. Nyutonun və Kopernikin etdikləri kəşfi neçə əsr əvvəl söyləmişdir.


İkincisi, Nizami əsərinə qəhrəman seçdiyi Aleksandrın həyatını, fəaliyyətini dərindən öyrənmiş çox güman ki, bir çox filosofların «Ritorikası» ilə də yaxından tanış olmuşdur. Şair bu əsəri yazarkən, ömrünün kamillik dövrünü yaşayırdı. Hikmət bulağı çağlayırdı. Məhz, bu xüsusiyyətlər «İsgəndərnamə» əsərini dünya ədəbiyyatının nadir incisinə çevirmişdir. Müəllif bütün təsvir etdiyi hadisələrdə məzmun formaya, dilə, üsluba, bədii təsvir vasitələrinə, obrazlılığa, aydınlığa, dəqiqliyə, yığcamlığa, dürüstlüyə, təmizliyə, təsirliliyə tam riayət etmişdir.
Ədəbiyyatımızda ilk dəfə olaraq natiq obrazını yaradan Nizami həm də onu səmimiyyətlə, hörmətlə, məhəbbətlə tərənnüm edir:

Bir rumlu var idi, olduqca insan,


Natiqdi, bir neçə dildə danışan.
Alimdi hər fikri, sözü qurmaqda
Söhbəti tutini kəməndə salmış,
Özü Tuqiyanuş adını almış,
O qədər kəskindi sözü, hünəri,
Özünə çəkərdi dinləyənləri.

Şair, Tutiyanuşu natiq olmaqla bərabər, gözəl alim kimi də təsvir edir:


Sarayda nədimdi, həm də arabir,


Ay, günəş sirrindən söhbətlər edir.

Şair təsvir edir ki, qüdrətli hökmdar olan İsgəndər elmə, fəlsəfəyə, sənətə yüksək qiymət verir. Məğlub etdiyi ölkələri dağıtmır, qan tökmür, özü ilə xüsusi dəstələr aparır. Bu dəstələr onun bütün səfərlərində iştirak edir. Onların içərisində olan natiqləri qeyd edir. Pulun, qılıncın, qızılın, əfsunçuların, hakimlərin görə bilmədiyi işi natiqlər görür.


Əvvəlcə qızılı işə salardı,


Qızıl tək işləri tez həll edərdi.
Qızıl iş görməsə iş ona mahal,
Qılınca atardı əlini dərhal.
Qılınc etməsəydi bu işə çara,
İşi tapşırardı əfsunçulara.
Bir iş görməsəydi onlar da əgər,
Gələrdi köməyə onda natiqlər.

Şair yeni nitqə, sözə və söz sənəti olan natiqliyə yüksək qiymət verir.


M.Füzuli. Ədəbiyyat tarixində üç dildə yazıb yaradan, şeir, qəzəl ustadı Məhəmməd Füzuli öz sələfləri kimi (Nizamidən başqa) natiqlik sənəti haqqında bəhs etməsə də, söz haqqında dəyərli fikirlər söyləmişdir.

İlahi, feyzdən bir xəzinədir söz,


Tükənməz qıldıqca dəmadəm
Məcazi şahların gənci deyil bu,
Ki, bir həbbə götürdükdə ola kəm.

Şair sözə, sözün məzmununa, onun təsir qüvvəsinə çox böyük əhəmiyyət verir. Böyük mütəfəkkir, insanlığın, insanın qabiliyyətinin, dünyagörüşünün, mədəniyyətinin, xarakterinin açılmasında, üzə çıxmasında sözü əsas meyar götürür:


Artıran söz qədrini, sidq ilə qədrin artırır,


Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərir hər dəm niqabi-qeybdən ruxsar söz.

Söz üzərində ciddi işləyən, deyilənləri təkrar etməməyi əsas tutan şair, divanının müqəddiməsində (fars divanı) yazırdı: «Elə vaxtlar olmuşdur ki, səhərə qədər oyaq qalmışam, axtarıb tapdığım sözləri bağrımın qanı ilə yazmışam. Səhər yazdıqlarımın başqa şairlərin əsərinə oxşatdığımı görüb, yazdığımı pozmuşam (şeirlərin sırasına salmamışam). Elə vaxtlar olmuşdur ki, səhərdən axşama qədər düşüncə dəryasına dalıb, söz alması ilə məna gövhərini deşməklə məşğul olmuşam. Amma, oxuyanlara bu fikir anlaşılmır, bu söz xalq arasında işlənmir və xoşa gəlmir deyən kimi, yazdıqlarım gözümdən düşmüş, hətta üzünü də köçürməmişəm» (Əsərləri III cild, səh.20).


Şair orta əsrlərə məxsus olan dəbdəbəli üslubda qəsidələr, fəxriyyələr, mədhiyyələr yazanlara «Rind və Zahid» əsərində atasının nəsihətlərinə qulaq asdıqdan sonra Rindin dili ilə «səndən nə gizlədim, qarışıq sözlərin içində məna mənə aydın olmadı… Əsl məsələ mənadadır, kəlmələri bəzəməkdə deyildir. Söz odur ki, onu avam da başa düşə. Oxucuların nəsihətini eşit, hər kəs ilə onun öz əqlinin səviyyəsində danış» deyir.
Füzuli əsərin mənasını məzmun, sözü isə onun şəkli hesab edir:
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-biriylə asılıdır, necə ki, cism ilə can.
Füzuli elə bir ziddiyyətli dövrdə yaşayırdı ki, sənətə, şerə, sözə, sözün hikmətinə qiymət verən yox idi. «Leyli və Məcnun» poemasnın girişində bu məsələyə toxunan şair yazırdı:
Bir dövrdəyəm ki, nəzm olub xar,
Əşar bulub kəsadi-əsar.
Ol rütbədə qədri-nəzmdir dun,
Kim küfr oxunur, kəlami-mövzun.

Şair sözün, şerin hörmətini qaldırmaq üçün, tarixi şəraiti nəzərə alaraq (din hakim mövqeyə malik idi) allahı, peyğəmbəri istinad kimi təsvir edir. Şeri allahın kərəmi ilə əlaqələndirir.


Sözə xor baxmaq olmaz, hər bir söz


Ərşdəndir gəlib hədiyyə bizə
Qəlbimiz meyl edir həmişə ona,
Çünki söz nazil oldu qəlbimizə.

Şair və yazıçılar sözün qədir-qiyməti haqqında çoxlu fikirlər söyləyiblər. Belə şəxslər sözün sərkərdəsi hesab olunub, hətta dövrdən asılı olaraq, şair və yazıçı olmayan adamlar da gözəl nitq söyləyib, natiq kimi tanınıblar. Məsələn, Babək, Cavidan, Uzun Həsən, Xətai.


XX əsrin son otuz ilində dünya şöhrəti qazanmış, məşhur siyasi xadim Heydər Əlirza oğlu Əliyevin dilimizin saflığı, çiçəklənməsi və inkişafı uğrunda əvəzsiz xidmətləri olub. Dilimizin inkişafına və tərəqqisinə təkan verən silsilə çıxışları ilə onun toxunulmazlığını və qorunmasını tövsiyə edən ümummilli lider Heydər Əliyev dilçilərin və ədəbiyyatçıların qarşısında çox şərəfli vəzifələr qoymuşdur.
Dilimizin necə adlanması ilə bağlı yaranan hərc-mərcliyi, qalmaqalı məhz, ulu öndər həll etdi. Bir qrup alim «Azəri türkcəsi», bir qrupu «Azərbaycan türk dili», bir qrupu isə sadəcə olaraq «türk dili» terminini məqbul hesab edirdilər. Nə üçün qazaxlar, özbəklər, qırğızlar, türkmənlər dillərini millətin adı ilə birgə «Qazax dili», «Özbək dili», «Qırğız dili», «Türkmən dili» işlətsin, biz isə bunu bir-birindən ayıraq?!
«Azərbaycan dili» türk dilləri ailəsinə məxsusdur. «Türk dili» isə daha geniş mənanı ifadə edir.
İkincisi, «Azərbaycan dili» anlayışı millətin adı ilə bağlıdır. Üçüncüsü, əgər dilimiz «türk dili» adlansa, gələcəkdə «Azərbaycan dili» anlayışı öz-özünə aradan çıxıb, məhdud dairədə işlənəcək.
Bunlardan əlavə, Heydər Əliyevin keçirtdiyi mətbuat konfransları onun natiqliyinin əsas xüsusiyyətlərini nümayiş etdirir. Suallara tutarlı cavab və yaxud manevr etmək natiqin əsas xüsusiyyətlərindən biridir.
Heydər Əliyevin nitq və çıxışları haqqında ətraflı məlumat verən professor Nizami Xudiyev onların məna xüsusiyyətlərini ətraflı və dolğun şəkildə şərh etmişdir. Biz artıq fikir söyləməyi lazım bilmədik.
Dünya natiqlik sənəti, onun ən gözəl nümunələri Azərbaycan dilinə çevrilmiş və onlardan layiqincə istifadə olunmuşdur. Məhz, bu illərdə M.İbrahimov, S.Vurğun, Ə.Sultanlı, H.Araslı, Ə.Dəmirçizadə, H.Mirzəzadə, M.Cəlal, M.Quluzadə, A.Qurbanov, Y.Seyidov, A.Axundov, T.Hacıyev və başqa görkəmli dilçilər, söz ustaları, uslub və üslubi prinsiplər haqqında, ədəbi dil, dil tarixi haqqında elmi əsərlər, kitablar, məqalələr yazıb çap etdirmişlər. Natiqlik sənətini hamı bilməlidir (ziyalılar nəzərdə tutulur). Müasir dövrümüzdə xalq kütlələri arasında, idarələrdə, müxtəlif sahələrdə çalışan insanları informasiya ilə təmin etmək üçün cəmiyyətimizə savadlı natiqlər lazımdır. Natiq xalqının həm təbliğatçısı, həm də təşkilatçısı olmalıdır. Ona görə də cəmiyyətimizin qaymağı sayılan müəllimlər, mədəniyyət xadimləri, bilik cəmiyyətlərində fəaliyyət göstərən mühazirəçilər, ağsaqqallar natiqlik sənətinin əsaslarını dərindən öyrənməli və yeri gəldikcə məqsədyönlü şəkildə bundan istifadə etməlidirlər. Bu günümüzün tələblərinə cavab vermək üçün hər bir natiq dərin biliyə və müşahidə qabiliyyətinə malik olmalıdır. Natiq həmçinin dilin incəliklərini dərindən bilməlidir.
Bu gün təhsil ocaqlarımızda minlərlə müəllim natiqlik sənətinin inkişafına xidmət edir. Sual-cavablar, keçirilən ədəbi gecələr, disputlar, elmi mübahisələr natiqlik sənətinin inkişafına, yüksək nitq mədəniyyətinə yiyələnmək üçün geniş imkanlar açır.
Cəmiyyətimiz inkişaf etdikcə informasiya bolluğu yaranır. Televiziya, radio hər gün nə qədər informasiyanı əhatə edir. Dünyada baş verən hadisələrin şərhi, daxili xəbərlər, rəsmi xronika, siyasi icmalçıların təhlili və s. natiqlik sənətinin inkişafına xeyli köməklik göstərir, xalqın dünyagörüşünü zənginləşdirir.
Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin