69. Ağır xəsarətlər zamanı təhqiqatlar komissiya tərəfindən neçə gün müddətində aparılmalıdır? A) 25 B) 20 C) 30 D) 35
70. Ağır xəsarətlər zamanı təhqiqat komissiyası tərəfindən neçə ədəd xüsusi təhqiqat aktı tərtib edilməlidir? A) 7 B) 6 C) 5 D) 8
71. Ağır xəsarətlər, qrup halında ölümlə nəticələnmiş bədbəxt hadisə haqqında müəssisənin rəhbəri hansı təşkilatlara gün ərzində məlumat verməlidir? A) Təhlükəsizlik nazirliyinə
B) Dövlət əmək müfəttişliyinə, yuxarı təsərrüfat orqanına, sahə həmkarlar ittifaqına C) Dövlət müdafiə nazirliyinə
D) Təhlükəsizlik və müdafiə nazirliyinə
72. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən peşə xəstəliyi dedikdə nə nəzərdə tutulur? A) Vərəm xəstəliyi
B) Vəba xəstəliyi
C) Qrip xəstəliyi
D) Zərərli əmək şəraitinin insan orqanizminə təsiri nəticəsində əmələ gələn xəstəliklər
73. Xroniki peşə xəstəliyi nə vaxt yaranır? A) Elektrik cərəyanı vurduqda
B) Hərəkət edən maşın və mexanizmlərin təsirindən zədələnmə hallarında
C) Zərərli istehsalat amillərinin uzunmüddətli təsirindən yaranır D) İldırım vurma hallarında
74. İlkin təlimat hansı halda keçirilir? A) Qəza baş verdikdən sonra
B) İşçi xəsarət alandan sonra
C) İşçi sərbəst işə başlayandan əvvəl, bilavasitə iş yerində D) İşçi işə qəbul edildikdə təhlükəsizlik texnikası şöbəsində
75. Vaxtından kənar təlimat nə zaman keçirilir? A) İşçi işə qəbul edildikdə
B) Hər üç və ya altı aydan bir işlərin təhlükəsiz aparılması üzrə
C) Texnoloji prosesdə dəyişikliklər olduqda, bədbəxt hadisə baş verdikdə D) Müəssisənin rəhbərliyi dəyişdikdə
76. İstehsal müəssisələrində işçilərə təkrar təlimat neçə aydan bir keçirilməlidir? A)12 aydan bir B) 8 aydan bir
C) 6 aydan bir D) 9 aydan bir