Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə:İbtidai təhsil İxtisas:İbtidai sinif müəllimliyi Kurs:III Qrup:2107ɓ Fənn:İbtidai siniflərdə informatika və onun tədrisi metodikası Müəllim:P.ü.f.d. Baş müəllim Səfərəliyeva Fəxriyyə Qaryağdı qızı Tələbə:Həsənova Xədicə Plan:
DÜNYADA ƏN ÇOX İSTİFADƏ EDİLƏN VEB BRAUZERLƏR Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera , Safari və Galeondur. Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi. Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır. Amma bu kifayət deyil. veb masterlər işlərində ancaq Microsoft Internet Explorer, Firefox və Operanın nəzərə alınmasını istifadə olunan brauzerların statistikasına əsasən apardıqlarını iddia edirlər.