Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə:İbtidai təhsil


“StatCounter” bu ilin may ayına qədər dünyada ən çox istifadə edilən internet brauzerlərini təqdim edib



Yüklə 12,54 Kb.
səhifə2/3
tarix16.12.2023
ölçüsü12,54 Kb.
#183080
1   2   3
Təqdimat (9)

“StatCounter” bu ilin may ayına qədər dünyada ən çox istifadə edilən internet brauzerlərini təqdim edib.
1. Google Chrome – 66.02 faiz 2. Apple Safari - 12.79 faiz 3. Microsoft Edge - 9.91 faiz 4. Mozilla Firefox - 5.59 faiz 5. Opera - 4.02 faiz
Siyahıya 66.02 faizlik göstərici ilə “Google Chrome” başçılıq edir.
Google Chrome — Chromiumun və Blink mühərriki əsasında Google tərəfindən hazırlanmış bir brauzerdir (2013-cü ilin aprel ayına qədər Vebkit adından istifadə edilmişdir). İlk ictimai beta versiyası 2 sentyabr 2008-ci ildə, ilk sabit — 11 dekabr 2008-ci ildə buraxıldı. StatCounter-ın məlumatına görə, 300 milyon istifadəçisi vardır.
Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir.»Safari» 2003-cü ilin yanvarında «Mac OS X Panther»də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri «iPhone»a daxil edilmişdir. Bu, o dövrlərdə «Mac»da ən sürətli brauzer idi.
2022-ci ilin may ayında "StatCounter"in məlumatına görə, "Apple"ın "Safari" veb-brauzeri "Microsoft"un "Edge"ni keçərək üçüncü ən populyar masaüstü brauzer olmuşdur. "Safari" o zaman dünya üzrə masaüstü kompüterlərin 9,61 faizi tərəfindən istifadə edilirdi.[22] Bir il sonra "Safari" yenidən ikinci yeri tutmuşdur.[23]
Microsoft Edge (ilk kod adı "Projekt Spartan" olub) — "Microsoft" tərəfindən yaradılan veb brauzer. Rəsmi olaraq 21 yanvar 2015-ci ildə açıqlanan və hər kəsə açıq olaraq 30 mart 2015-ci ildə elan olunan bu brauzer, Windows 10[4]-daki fərz edilən brauzer olaraq Internet Explorer[5] yerini aldı.
2015-ci ildə Avqust ayında Microsoft, Windows 10 Build 10532-yi Edge 21.10532.0 daxil içəridəkiləri nümayiş etdi. Bu beta versiyası, HTML5 test-də 555 baldan 445 bal toplamışdı.
2016-cı ilin İyul ayında Windows 10 Build 14390 veriyasının buraxılması ilə brauzerin inkişaf versiyasının HTML 5test hesabı 555 baldan 460 olmuşdur. Chrome 51 497, Firefox 47 456, Safari 9.1 isə 370 bal yığmışdı.
Mozilla Firefox — populyar, ödənişsiz və açıq-qaynaqlı İnternet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yüksək səviyyədə brauzerin təhlükəsizliyi imkanlarını təklif edir. Rəsmi olaraq Microsoft Windows, Mac OS X və Linux əməliyyat sistemləri üçün buraxılır.

Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin