Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası


Sosial şəbəkələrdə akademik ünsiyyət



Yüklə 76,19 Kb.
səhifə5/5
tarix28.04.2023
ölçüsü76,19 Kb.
#103971
1   2   3   4   5
Perviz az dili (2)

Sosial şəbəkələrdə akademik ünsiyyət
XXI əsrin əvvəllərində ünsiyyət vasitələri və metodlarında baş verən dəyişikliklər elm sahəsində də özünü göstərdi. Forumlar, bloqlar, təhsil platformaları və biliklərin yayılmasında ixtisaslaşmış sosial şəbəkələr kimi internet kommunikasiyanın bu cür alətləri, onlayn ünsiyyət vasitələri elm adamları tərəfindən son zamanlarda fəal şəkildə istifadə olunur, hətta bəziləri üçün mövcudluq rejiminə çevrilib. Akademik şəbəkələr müxtəlif coğrafi uzaqlıqla olan tədqiqatçıları bir araya gətirir. Elm adamlarına layihələrini və nəşrlərini elan etməyə, tam mətnləri açıq girişdə yerləşdirməyə və fikir mübadiləsi aparmağa imkan verir. Akademik şəbəkələrdə onlayn ünsiyyət gündəlik elmi təcrübənin ayrılmaz hissəsinə çevrilir və elmi iş üçün tamamilə yeni imkanlar təqdim edir. Bu şəbəkələrdən səmərəli istifadə edərək elmi fəaliyyətlərini geniş platformada nümayiş etdirmək fürsətinə əlavə olaraq, alimlər və tədqiqatçılar dünyanın digər ucundakı bir tədqiqatçı ilə əməkdaşlıq etmək və ya müxtəlif meyarlara görə yaradılan reytinqlər vasitəsilə özünün və qurumunun səviyyəsini izləmək imkanına malik olurlar. Akademik sosial şəbəkələr kollektiv sosiallaşmanın yeni növü kimi də qəbul edilir.
Akademik sosial şəbəkələrin əsas üstünlüklərindən biri də aparılan elmi tədqiqatların nəticələrinin əlçatanlığını təmin etməkdir. Yəni öyrənən və öyrədənlər arasında virtual elmi şəbəkənin formalaşması tədqiqat obyekti və mövzular haqqında məlumatların oxunma sayının artmasına xidmət edir. Bu da fərdi olaraq hər bir alimin reytinq göstəricisinin yüksəlməsinə səbəb olur.
Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və aşağıdakı terminlərlə ifadə olunur:
1. Elmdə kommunikasiya (Science communication)
2. Elmi kommunikasiya (Scientific communication)
Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication” alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science communicatio termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi kommunikasiya” kimi tərcümə edilməlidir.
“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə tutulur.
Akademik kommunikasiya isə hər iki istiqaməti özündə birləşdirən mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir.
Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması XX əsrin sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral Cəmiyyətinin iclasında “Public Understanding of Science” (Elmin cəmiyyət tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi. Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb ola bilər.
Akademik nitq, kütlə qarşısında çıxışın ümumi qaydaları. Məlum olduğu kimi, insanların sosial və ictimai münasibətlərini tənzimləyən mühüm amillərdən biri nitqdir. Hər bir uğurlu professional fəaliyyət keyfiyyətli nitq kommunikasiyası sayəsində mövcud olur. Akademik nitq elmi dünyagörüşün, yaradıcı düşüncənin inkişafına kömək edən nitq bacarığıdır. Akademik nitq idrak yönümlülüyü, məlumat vermə qabiliyyəti, ümumilikdə yüksək məntiq mədəniyyəti ilə yanaşı, intellektual səviyyəsi və estetik dizaynı ilə seçilir.


Yüklə 76,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin